MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə490/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   486   487   488   489   490   491   492   493   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

463 


bugünkü  vəziyyət  də  bir  daha  ortaya  qoyur.  Belə  ki,  hazırda 

Azərbaycan  türkləri  siyasi  mənsubiyyət  olan    «azərbaycanlı» 

anlayışını etnik mənada da qəbul edirlər. 

Ümumiyyətlə,  R.Mehdiyev  bir  tərəfdən  ötən  əsrin 

əvvəllərində  yaranmış  azərbaycançılığı  türkçülüyün  konkret 

təzahürü  kimi  qiymətləndirməklə  yanaşı  [143,  196],  digər 

tərəfdən çağdaş Azərbaycan dövlətçiliyinin ideologiyasının əsas 

ünsürləri  kimi  türkçülük  və  islamçılığın  olması  fikri  ilə 

razılaşmır  [143,  198].  Onun  fikrincə,  artıq  türkçülük  öz 

missiyasını  yerinə  yetirərək,  öz  yerini  Azərbaycan  milli 

ideyasına,  yaxud  da  azərbaycançılığa  verdiyi  üçün  ondan  bir 

varis  kimi,  ən  yaxşı  halda  isə  hazırda  bütün  türkdilli  xalqların 

mədəni  və  iqtisadi  əməkdaşlığı,  bir-birinə  yaxınlaşması 

mənasında  danışmaq  olar  [143,  200].  Beləliklə,  R.Mehdiyevə 

görə,  türkçülük  əsasında  azərbaycançılıq-Azərbaycan  milli 

ideyası  yaranmışdı  ki,  Azərbaycan  Cümhuriyyətinin  süquta 

uğraması  ilə  SSRİ  dövründə  müstəqillik  ideyaları  boğulmuşdu. 

Ancaq  müstəqilliyimizin  bərpası  ilə  Azərbaycan  milli  ideyası 

yenidən  dirçəlib  ki,  «bu  gün  Azərbaycan  Konstitusiyası 

Azərbaycan milli ideyasının rəsmi ifadəsidir» [142, 20].  

Deməli,  akademik  azərbaycançılıq  ideologiyasının 

yaranmasında türkçülüyün müstəsna rolunu inkar etməsə də, bu 

gün türkçülük ideyasının Azərbaycan Respublikası üçün  yararlı 

olmadığı,  əksinə  bir  sıra  problemlər  yarada  bilməsi 

qənaətindədir. Xüsusilə, türkçülüyün etnik azlıqlar tərəfindən də 

qəbul edilməzliyini önə çəkən R.Mehdiyevin fikrincə, dövlətçilik 

ideologiyası  baxımından  da  ən  doğru  seçim  azərbaycançılıqdır. 

Bu mənada Heydər Əliyevin azərbaycançılıq və dövlətçiliyi milli 

ideologiyanın iki ən əsas tərəfi kimi göstərməsini bir medalın iki 

üzü  kimi  qiymətləndirən  [141,  413]  akademikə  görə, 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   486   487   488   489   490   491   492   493   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin