www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
462
462
etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri
əsasında birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-
1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq
əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmiş»
[140, 458] azərbaycançılıqdır. O yazır: «Yeni demokratik
dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti ünsürlərinin,
yeni iqtisadi sistemə, tarazlı xarici siyasətə istiqamətlənmiş
dünyəvi, hüquqi dövlətin prioritetlərinin təşəkkülünün, yeni
demokratik təsisatların qurulması, yeni siyasi birliklərin
yaradılması, siyasi plüralizmin inkişafı və milli ideologiyanın
əsas ünsürlərinin tədricən formalaşması prosesinin ağlasığmaz
dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan
dövlətçiliyinin milli identifikasiyasının başlıca ehkamları məhz
həmin dövrdə formalaşmışdır» [139, 22-33].
Akdemik hesab edir ki, «azərbaycançılıq» anlayışınn
sosial-etnik tərkibi Azərbaycan ərazisində yaşayan bütün xalqları
əhatə etdiyi halda, «azərbaycanlılılq» məfhumu isə bir milləti
ifadə edir [143, 191]. Fikrimizcə, bu məsələnin də bir qədər
dəqiqləşdirilməsinə ehtiyac var. Belə ki, «azərbaycanlılıq»
«türkiyəlilik», «gürcüstanlılıq», «rusiyalılılq», «iranlılıq» və
başqaları kimi əslində konkret bir etnik milləti, məsələn yalnız
türkləri nəzərdə tuta bilməz. Əslində «azərbaycanlılıq» başda
türklər olmaqla, Azərbaycanda yaşayan bütün etnosları siyasi
millət anlamında ifadə etmişdir. Ancaq o başqa məsələdir ki,
Azərbaycan əhalisinin böyük əksəriyyəti türklərdən ibarət
olduğu üçün, «azərbaycanlılıq» anlayışı ilk növbədə onlara şamil
edilir. Eyni zamanda, türklər azlıq təşkil edən etnik qruplardan
fərqli olaraq, «müsəlman» məfhumu kimi «azərbaycanlı» və
«azərbaycanlılıq» anlayışlarını daha çox mənimsəmiş,
«azərbaycanlı» olmaqda da elə bir zorluq çəkməmişlər. Bunu,
|