www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
461
sürmüş Azərbaycan Cümhuriyyətinin xələfi elan edib, 70 il
yaşamış Azərbaycan Sovet Sosialist Respublikasından
(Azərbaycan SSR) imtina etməyimizə baxmayaraq, bəzi
hallarda kifayət qədər ziddiyyətli hallarla qarşılaşırıq.
Ümumiyyətlə, əgər bu gün söhbət «türkçülük» və
«azərbaycançılıq» arasındakı fərqlərdən və oxşalıqlardan
gedirsə, onda məntiqi olaraq Azərbaycan Respublikası
Azərbaycan Cümhuriyyətinin, yoxsa Azərbaycan SSR-nin
varisi olması məsələsi də gündəmə gəlməlidir. Çünki bu
varislik bir çox məsələlərdə, o cümlədən türkçülüklə bağlı
mənəvi-ideoloji sahədə sözdə qəbul edilsə də, əməldə bunun
tamamilə əksi ortaya qoyulur. Belə ki, özünü Azərbaycan
Cümhuriyyətinin xələfi elan edən bir respublika bəzi hallarda
Cümhuriyyətin başlıca ideoloji prinsiplərinə (türk dili, türk
milləti və s.) deyil, daha çox SSRİ ideoloqlarının Azərbaycan
SSR üçün müəyyənləşdirdiyi ideyalara (Azərbaycan milləti,
Azərbaycan dili və s.) sahib çıxmışdır. Çox təəssüflər olsun ki,
yalnız millət və dilin adı ilə bağlı deyil, ərazi məsələsində də
Azərbaycan Respublikası eyni yolu tutmuşdur. Ən düşündürücü
hal odur ki, bu günə qədər nədən Azərbaycan Cümhuriyyətinin
ərazisinin deyil, məhz Azərbaycan SSR ərazisinə varis
çıxmağımzla bağlı doğru-dürüst fikirlərə, açıqlamalara rast gələ
bilmirik. Bu baxımdan millət və dilin adı problemi ilə yanaşı,
ərazi məsələsində də varislik problemi gündəmə gətirilməlidir
[81
a
, 436-437].
Azərbaycançılığın əsas ideoloqlarından akademik Ramiz
Mehdiyevin Azərbaycan milli ideologiyası ilə bağlı mülahizə-
lərindən belə çıxır ki, bu günün milli ideologiyası, əsasən tarixə
qovuşmuş, ümumi və mücərrəd mahiyyət daşıyan türkçülük
(türk birliyi, türk həmrəyliyi və s.) deyil, «ölkədə yaşayan bütün
|