MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə491/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   487   488   489   490   491   492   493   494   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

464 



464 

«azərbaycançılıq ideologiyasında vahid polietnik  millətin Azər-

baycan  dövlətçiliyinin  yaradılmasına  dair  maraqlarının 

ümumiliyi,  demokratiyanın,  sərbəst  iqtisadiyyatın,  sosial  həyat 

şəraitinin  inkişafı  uğrunda  mübarizəsinin  məqsədləri  öz  əksini 

tapmışdır. 

İdeologiya 

kimi 


azərbaycançılıq 

müstəqil 

Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosio-mədəni və etnik-

geosiyasi cəhətlərini özündə birləşdirmişdir» [140, 460]. 

Əlbəttə,  akademikin  bu  gün  nədən  türkçülüyün  deyil, 

onun  təzahür  forması  olan  azərbaycançılığın  Azərbaycan  milli 

ideologiyası  ilə  bağlı  fikirlərində  xeyli  həqiqət  vardır.  Ancaq 

bununla  yanaşı  hesab  edirik  ki,  azərbaycançılıqla  bağlı  etniklər 

məsələsinin  həddən  artıq  qabardılması,  bunun  əvəzində  bu 

dövlətin  qurucusu  olan  Azərbaycan  türklərinin  mövqeyinin 

azaldılması düzgün deyildir. Yəni Azərbaycan milli ideologiyası 

ilə bağlı turklər və etniklər arasında bərabərlik qoyanda da, bunu 

birtərəfli  deyil,  hərtərəfli  şəkildə  etmək  lazımdır.  Bu  mənada, 

«Türk» anlayışının (türk milləti, türk dili və s.) Əsas Qanunda öz 

əksini tapmaması bir tərəfə qalsın, hətta Azərbaycan türklərinin 

milli  kimliyini  və  dilini  bəzən  bu  mənada  ifadə  etmələrinin 

birmənalı  qarşılanmaması  tamamilə  yanlışdır.  Artıq  bu  bir 

millətin  təbii  haqqı  olduğu  milli  kimliyinin  və  milli  dilinin 

üstündən  xətt  çəkilməsidir.  Başqa  sözlə,  müstəqil  bir  dövlətin 

yaranmasında  müstəsna  rol  onyayan  və  ona  müstəqil  bir  ideya 

bəxş edən türkçülüyü indi həmin dövlətçiliyə zidd kimi görmək 

doğru deyildir. Bu mənada, Azərbaycan nə qədər çoxetnoslu bir 

dövlət olursa-olsun, onun əsas sütununu ən azı 2 min ilə yaxındır 

ki, Azərbaycan türkləri təşkil etmişdir və bu gün də belədir. Ona 

görə də, azərbaycançılıqla bağlı hər bir məsələdə Azərbaycanın 

çoxetnoslu  olması  faktının  şişirdilməsi,  xüsusilə  azsaylı 

etniklərin  maraqlarının  nəzərə  alınmasının  ifratlaşdırılması  və 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   487   488   489   490   491   492   493   494   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin