www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
472
472
«azərbaycanlılar»la əvəz olunmasının «müqavimətsizlik» və
milli mənlik şüurunun etinasızlığı ilə bağlamaq nəinki ağlabatan
deyildir, bu elmi obyektivlikdən çox uzaqdır.
Maraqlıdır ki, akademik xalqın təbii istəyilə milli mənlik
şüurunda yer tapan «türk» etnoniminə münasibətdə
etinasızlıqdan bəhs etdiyi halda, «azərbaycanlı» etnoniminin
«kütləvi mənlik şüuruna» yeridilməsini yanlız inzibati-amirlik
sisteminin siyasi-ideoloji amilləri ilə deyil, zamanca üst-üstə
düşən mədəni inqilab, sənayeləşmə proseslərinin etnososial
nəticələrilə əlaqələndirir. Hətta, Ə.Daşdəmirovun fikrincə, nəticə
etibarilə bu və ya digər etnonimin (türk, azərbaycanlı və b.) necə
və nə məqsədlə yayılması, qərarlaşması deyil, vacib məsələ
xalqın əsas kütləsi tərəfindən bu etnonimin qəbul edilməsi,
yaxud rədd olunmasıdır: «Bu baxımdan, «azərbaycanlılar»
etnonimi, onun «müəllifləri»nin siyasi niyyətlərindən asılı
olmayaraq Azərbaycan etnosunun şüuruna, demoqrafik
toplumun psixikasına möhkəm daxil olmuşdur. Və bu real etnik
vəziyyəti dəyişmək cəhdləri insanlar üzərində, onların
mentallığı, mənəvi mənliyi üzərində zorakılıqdan başqa bir şey
deyildir» [72, 141].
İnzibati-amirlik sisteminin siyasi-ideoloji amilləri ilə
etnonimin adında nə cür dəyişikşliklərin baş verməsi barədə
geniş müzakirə açmadan, qeyd etmək istərdik ki, burada
akademiklə razılaşmadığımız əsas məqam vurğunun etnonimin
necə və nə məqsədlə yayılmasının deyil, etnonimin xalq kütləsi
tərəfindən iqrar və ya inkarının üzərinə düşməsi məsələsidir.
Daşdəmirovun fikrindən belə anlaşılır ki, bir millətin məqsədcə,
mənaca ona yaxın və doğma olan türk etnonimini deyil,
işğalçılıq dövründə «yuxarıdan aşağıya» ona zorla qəbul etdirilən
istənilən etnonimi, o cümlədən «azərbaycanlı» kimliyini qəbul
|