MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə511/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   507   508   509   510   511   512   513   514   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

484 



484 

dövlətləri  tərəfindən  dəstəklənən  osmançılıq  ideologiyasının 

Türkiyədə  özünü  doğrultmaması  kimi,  azərbaycançılığı  da 

Azərbaycanda belə bir tarixi tale və perspektiv gözləyə bilər, 

hər  halda  bunu,  düşünməyə  dəyər.  Ə.Tağıyev  yazır: 

«Osmançılığı  Qərb  ölkələri  müdafiə  etdikləri  kimi 

azərbaycançılığı  da  bir  sıra  qonşu  dövlətlər  dəstəkləyirlər. 

Onlara  görə  bu,  Azərbaycanı  Türkiyədən  uzaqlaşdırmaq 

vasitəsinə də çevrilə bilər» [213, 184]. Deməli, bütün hallarda 

azərbaycançılıq türkçülük və islamçılıq ideyaları ilə bir yerdə 

mövcud  ola,  ancaq  zamanın  tələbləri  və  məqsədləri 

baxımından  müəyyən  mənada  önə  də  çəkilə  bilər.  Bütün 

hallarda  isə,  bu  zaman  azərbaycançılıq  türkçülüyə  və 

islamçılığa qarşı qoyulmamalı, əksinə ortaq nöqtələrdən çıxış 

edilməlidir. 

Eyni  zamanda,  Ə.Tağıyevin  bir  neçə  həmmüəlliflə 

(Azər  Mustafayev  və  Məmməd  Balayev)  birgə  irəli  sürdüyü 

aşağıdakı fikirlərlə isə tamamilə razılaşmaq mümkün deyildir. 

Müəlliflər  yazırlar:  «Azərbaycan  xalqı  çox  mürəkkəb  və 

keşməkeşli  bir  tarixə  malik  olmuş,  onun  formalaşıb  bir 

millət  halına  gəlib  çatmasında  istər  türk,  istərsə  də  qeyri-

türk etnik elementlərin rolu olmuşdur. Ona görə də bu fakt 

milli ideya sahəsində xeyli polemikalara səbəb olmuşdur» 

[211,  11].  Bizə  elə  gəlir  ki,  milli  ideya  sahəsindəki 

problem «çox mürəkkəb» və «keşməkeşli tarix» məsələləri 

ilə  deyil,  Azərbaycan  Cümhuriyyətinin  şah  damarı  olan 

türklərin  milli  şüur,  milli  özünüdərketmə  səviyyəsi  ilə 

bağlıdır.  Belə  ki,  Azərbaycanı  müəyyən  dövrlərdə  əsarət 

altında  saxlayanlar  (çar  Rusiyası,  Sovet  Rusiyası,  İran-

Pəhləvi  rejimi,  İran  fars-molla  rejimi  və  b.)  ilk  növbədə, 

burada  yaşayan  türklərə  qarşı  assimilyasiya  siyasəti 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   507   508   509   510   511   512   513   514   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin