www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
63
tanısınlar. Özəlliklə, müstəmləkə halına gətirilmiş, zaman-zaman
milli-mənəvi dəyərlərinə qəsd edilmiş bir millət üçün yenidən
milli özünüdərk, milli özünütəyin əsas və vacib ideyalardan biri-
dir. Fikrimizcə, istisna hal olaraq, yalnız bu cür milli ideya –
milli özünəməxsusluq, milli özünütəyin yetərli ola bilər ki, digər
ideyaların yardımı olmadan belə milli ideologiyaya çevrilsin.
Ancaq bunun çox zor olmasını da söyləmədən keçmək mümkün
deyildir. Buna başlıca səbəb də milli özünəməxsusluğun,
milliliyin əksər hallarda mürtəce millətçilik-şovinizm kimi
yozulmasıdır. Bu mənada, müstəmləkə halında olan bir millətin
milli özünəməxsusluqdan çıxış edərək milli azadlıq uğrunda
mübarizə aparması nə qədər müsbət sayılırsa, artıq müstəqillik
əldə etmiş millətin həmin ideyanı eynilə uyğulamağa davam
etməsi bir o qədər də mənfi qəbul edilir.
Ona görə də XX yüzilin əvvəllərində milli azadlıq
hərəkatı uğrunda mübarizə aparan Azərbaycan xalqının əsas
milli ideyasının türkçülük olması nə qədər təbiidirsə, 1930-cu
illərin sonlarından etibarən Sovetlər Birliyi dövründə, eləcə də
hazırda müstəqil Azərbaycan Respublikasında məsələnin bu cür
qoyuluşuna birmənalı baxışın olmaması da anlaşılandır. Bu
baxımdan biz, araşdırıdığımız dövrdə Azərbaycan Cümhuriy-
yətinin yaranmasında və inkişafında türkçülüyün oynadığı
əvəzsiz rolu indiki zamanın baxışından deyil, dövrünün
tələblərinə və şəraitinə görə dəyərləndirmişik. Həmin dövrün
əsas tələbi də ondan ibarət idi ki, müstəmləkədən azad olmaq
istəyən bütün millətlər kimi Azərbaycan türklərinin də məhz
milli özünütəyindən – türkçülükdən çıxış etməkdən başqa bir
yolu yox idi. Çünki türkçülük çar Rusiyasının müstəmləkəsi
halına gətirilmiş Qafqaz-Azərbaycan müsəlmanlarının yeni bir
dövlət qurmağın əsas xətti idi. Ən azı ona görə ki, Qafqaz müsəl-
|