MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə67/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   63   64   65   66   67   68   69   70   ...   614
mədəni türkçülük (dil, ədəbiyyat, tarix və s. sahələrdə türkçü-

lük);  2)  siyasi-ideoloji  türkçülük  (Türk  xalqlarının  birliyi, 

Turan  birliyi  və  s.);  3)  etnik  türkçülük  (Türkiyə  türkçülüyü, 

Azərbaycan türkçülüyü, Türküstan türkçülüyü və s.) keçmişdir. 



Mədəni  türkçülük.  Türkçülüyün  ilk  mərhələsi  olan 

mədəni  türkçülüyün  yaranmasına  başlıca  səbəb  XVIII  əsrdən 

başlayaraq  müsəlman  dövlətlərinin,  o  cümlədən  Osmanlı  və 

Səfəvilər  kimi  türk  imperiyalarının  Avropa  dövlətləri  ilə 

müqayisədə  elm,  təhsil,  texnoloji  və  başqa  sahələrdə  geri 

qalması,  get-gedə  tənəzzülə  uğraması  idi.  XIX  əsrdən  etibarən 

türk  aydınları  bundan  çıxış  yolu  axtarmağa  başlamış  və  belə 

nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün yalnız Avropa 

mədəniyyətini,  texnologiyasını  təqlid  yetərli  ola  bilməz.  Bu 

baxımdan,  onlar  bir  millət  üçün  vacib  olan  soykök,  dil, 

mədəniyyət və tarix sahələrini tədqiq etməyə başlamış, bununla 

da  türkçülüyün  ibtidasının,  yəni  mədəni  türkçülüyün  əsasını 

qoymuşlar. Əslində ilk türk aydınları sistemli şəkildə deyil, daha 

çox parakəndə halda türk dili, türk ədəbiyyatı, türk mədəniyyəti 

sahəsində  müəyyən  işlər  görüblər.  Ancaq  bütün  türk 

coğrafiyasında  bir-birindən  xəbərsiz,  sistemsiz  şəkildə  yaranan 

mədəni  türkçülük  çox  keçmədən  ümumtürk  mədəniyyətini, 

ədəbiyyatını, dilini hədəfləmişdir. Bununla da, türk coğrafiyasını 

özündə  əhatə  edən  mədəni  «Türk  birliyi»  və  yaxud  da  «Turan 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin