www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
66
66
birliyi» ideyaları yaranmışdı. Fikrimizcə, ümumiyyətlə türklüyü
və türkçülüyü də bir-birindən fərqləndirmək lazımdır. Türklük
daha çox sadəcə şəxsi kimliyini, danışdığı dili, tapındığı adət-
ənənələri türk olaraq qəbul edib bununla kifayətlənməkdirsə,
türkçülük millətdə milli ruh, mili düşüncə, milli özünüdərk
uğrunda mübarizə aparmaq, bir sözlə onu məfkurə halına
gətirməkdir. Bunu, M.Ə.Rəsulzadə belə ifadə etmişdi:
«Türklüklə türkçülük arasında böyük fərq vardır. O fərq nədir?
…Millətdə milli ruh, milli düşüncə, milli özünütanıma, milli
şəxsiyyət lazımdır. Biz millətə bunu verməyə çalışırız» [34,
260].
Qeyd edək ki, mədəni türkçülük XIX əsrin ikinci
yarısından başlayaraq, eyni vaxtda Türkiyə, Azərbaycan,
Krım, Türküstan, Uyğurustan və başqa türk ellərində yaşayan
aydınlarımızın – İ.Şinasi, Əhməd Vefik Paşa, M.Cəlalləddin
Paşa, Süleyman Paşa, Şeyx Süleyman Əfəndi, Ə.Cevdət,
Ə.Mithəd, A.A.Bakıxanov, M.F.Axundzadə, N.Kamal, H.Zər-
dabi, Ş.Mərcani, İ.Qaspıralı və başqalarının mədəni-fəlsəfi
irsində özünü büruzə vermişdi. Fikrimizcə, ilk dövrlərdə
türkçülüyün siyasiləşə bilməməsinə əsas səbəb dini-ideoloji
amillər, yəni sufilik, mövlanəlik, şiəlik, osmançılıq, islamçılıq
və b. təlimlərin təsiri altında olması olmuşdur. Bu mənada ilk
siyasi türkçülərdən Y.Akçuraoğlu düzgün qeyd edirdi ki, XIX
əsrin ikinci yarısında türkçülükləri aydın və şüurlu olan
Osmanlı türk ziyalıları (Ə.Vefik, M.Cəlaləddin, Süleyman
Paşa və b.) belə siyasətdə türkçülüyə deyil, «islam birliyi» və
«osmanlı milliyyəti»nə önəm vermişlər. Ən yaxşı halda bu
dövrdə türkçülük həmin anlayışlarla qarışmış şəkildə
olmuşdur [22, 80].
|