www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
69
yavaş – F.Ə.) ilə çürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz
tayfa da gərək mürür ilə yox olsun» [30, 22]. O, «Dil birliyi»
məqaləsində isə yazırdı ki, Rusiya dövlətinə tabe olan
müsəlmanların hamısının etnik mənşəyi türk, dilləri türk
dilidir. Amma bu dil ayrı-ayrı yerlərdə müxtəlif şivələrə
bölünüb ki, ilk növbədə Rusiya türklərinin dil birliyinə nail
olmaq lazımıdır. Zərdabi yazırdı: «Ona görə də bizlərə
vacibdir ki, indi vaxt keçməmişdən dil birliyi dalıncan olub
bir ümumi dil bina edib, bu ümumi dildə yazıb-oxuyaq ki,
gələcəkdə o dil hamının yazıb-oxumaq dili olsun. Belə də
Rusiyada olan türk tayfaları getdikcən bir-birilərinə artıq
yaxınlaşıb, birləşməkdən artıq da güclənib tərəqqi etməyə
qadir olurlar və qardaşlıqları dəxi möhkəm olur» [30, 14].
Deməli, XIX əsrin ikinci yarısında Qafqaz müsəlmanlarının
milli oyanışına, yəni mədəni türkçülüyə və mədəni islamçılığa
təkan verən H.Zərdabi bu işinin davamı olaraq 1900-cu illərdə
Rusiya, o cümlədən Qafqaz türklərinin dil-millət və din-islam
birliyi ətrafında birləşməsini vacib saymışdır. Onun bu
dövrdə,
milli
ideoloq
kimi
Azərbaycan
türklərini
maarifləndirmək yolu ilə ayrıca bir millət kimi varlığını isbat
etməyə və milli birliyinə çalışması, xüsusilə diqqətəlayiqdir.
Bu baxımdan H.Zərdabi XX əsrdə yetişən Azərbaycan
türklərinin - Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və
başqalarının birmənalı şəkildə ideoloqu, müəllimidir [185,
151; 28, 119; 237, 40; 196, 169]. H.Zərdabinin tədqiqatçı-
larından fəlsəfə elmləri doktoru, prof. İzzət Rüstəmovun o
fikrilə də tamamilə razılaşırıq ki, «Zərdabi Azərbaycanda, o
cümlədən bütöv Rusiyada, Şərqdə XIX əsr reallıqlarının
doğurduğu titanlardan-nəhənglərdən biridir» [190, 186].
|