www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
77
hökuməti təşkil etsin və bütün hüquqlarına ona verməklə,
özünü ləğv etsin [154, 99-101]. Fikrimizcə, Ə.Ağaoğlunun
Milli Şuraya qarşı tutduğu kəskin mövqe həm o zaman, həm
də sonralar onun ayrı-ayrı müstəqil türk dövlətlərinin deyil,
vahid islam-türk dövləti ideyasının tərəfdarı olması mülahizə-
sinin yaranmasına səbəb olmuşdur.
Ümimiyyətlə, etiraf etmək lazımdır ki, Azərbaycanın
milli istiqlalı məsələsində Ə.Ağaoğlu bir qədər ziddiyyətli
mövqe tutmuşdur. Belə ki, istər Nuru paşanın «siyasi
müşaviri» və ilk Parlamentin millət vəkili olduğu dönəmlərdə
Azərbaycanın Milli İstiqlalı bağlı fərqli mülahizələrdən çıxış
etmişdir. «Siyasi müşavir» kimi Milli Şuranın ləğvinə və
Türkiyə ilə birləşmək istəyən «ilhaqçılar»a meyilli yeni höku-
mətin təşkilinə nail olan Ə.Ağaoğlu, Türkiyədən gələn türk
əskəri Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra,
Bakıda çıxan rusdilli qəzetlərdən birinə verdiyi müsahibəsində
Azərbaycanın yenidən Rusiyanın tərkibinə qayıtmasını ən
məqbul variant kimi göstərmişdi: «Azərbaycan türklərinin
indiyə qədər arxalandıqları Türkiyə, Dünya müharibəsi
nəticəsində məğlub olmuşdur. Azərbaycan müstəqil yaşaya
bilmədiyi üçün Rusiya ilə Türkiyədən birinə arxalanmalıdır.
Türkiyə məğlub olduqdan sonra Azərbaycanın öz taleyini
Rusiyaya bağlamaqdan başqa çarəsi qalmır. Özü də mədəni
cəhətdən Rusiya Türkiyə ilə müqayisədə daha yüksək pillədə
durur. Bütün bu mülahizələri nəzərə alaraq, eləcə də
Azərbaycan məsələsinin Avropadakı sülh konfransında qəti
həllini tapmayacağı təqdirdə, Azərbaycan xalqı ÜmumRusiya
Federasiyasının tərkibinə daxil olmağa razılaşmalıdır» [51,
148].
|