www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
78
78
Ancaq Azərbaycan Parlamentinin yaranması və
mövcud siyasi böhranın aradan qalxmasından sonra, artıq
millət vəkili kimi Ağaoğlu Azərbaycan Cümhuriyyətinin
istiqlalını dəstəkləmişdir. Bunu, Ə.Ağaoğlunun parlamentin
iclaslarındakı çıxışları da təsdiq edir: «Hökumətin
bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim
hamımzın əfzəl (birinci) amalımızdır! Hər bir öz şərəfini, öz
amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda
olmalıdır!» [34, 129]. Onun fikrincə, Azərbaycanın bir coğrafi
isim deyil, yer üzündə yaşayan bir millətin yurdu, dövləti
olmasını artıq bütün dünyaya, o cumlədən Avropaya da
tanıtdırmaq lazımdır [34, 130]. Bütün bunlarla yanaşı, qeyd
edək ki, Ağaoğlunun siyasi-ideoloji görüşlərindəki bu kimi
ziddiyyətlər sonralar da davam etmişdir.
Ə.Ağaoğlu, Y.Akçuraoğlu və başqaları ilə yanaşı,
1900-1910-cu illərdə islamçılığın və türkçülüyün, xüsusilə
İslam-Türk birlyinə əsaslanan “Osmanlı türkçülüyü”
ideyasının böyük davamçılarından biri də Azərbaycan türk
ideoloqu Əli bəy Hüseynzadə olmuşdur. O, hələ 1-ci Rusiya
inqilabına (1905) qədər, əsasən mədəni türkçülüyü və mədəni
turançılığı təbliğ etmişdir [109, 32]. Bu baxımdan ilk turançı
hesab olunan Ə.Hüseynzadə, ancaq turançılığı şiddət və
qətiyyətlə müdafiə etməmişdir; yəni o, daha çox mədəni,
şairanə turançı olmuşdur. Fikrimizcə, bir çox müəlliflərin
(Y.Akçuraoğlu və b.) də təsdiqlədiyi kimi Ə.Hüseynzadədə
əsil milliyyətçilik, türkçülük fəaliyyəti Rusiya-Yaponiya
müharibəsi ərəfəsində meydana çıxmışdır [22, 208].
Ümumiyyətlə,
Ə.Hüseynzadənin
nəzəri-fəlsəfi
yaradıcılığının Azərbaycan dövründəki (1905-1910) iki
istiqaməti: 1) «islamlaşmaq, türkləşmək və avropalaşmaq»
|