www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
81
Ə.Hüseynzadənin islamçı qədər türkçü olmasını,
Azərbaycanda olduğu dönəmdə türklərin etnoqrafiyasına,
dilinə, mədəniyyətinə, qədim dini-fəlsəfi təlimlərinə, ümumi-
likdə türk tarixinə həsr etdiyi yazılar da bir daha sübut edir.
Çünki Ə.Hüseynzadə türklərin dünya tarixi və mədəniyyətinin
inkişafında oynadıqları fövqəladə mühüm rolu yaxşı bilir və
həmin ənənələrin bir zamanlar yenidən dirçələcəyinə inanırdı:
«Çəkilin ortadan! Mədəniyyət gəlir. Təbriz mücahidlərinin,
Səttarxanların qalibiyyəti ilə gəlir» [110, 114]. Deməli,
Ə.Hüseynzadə nə qədər milli-dini bütövlükdən çıxış etsə də,
türk xalqlarının o cümlədən, Azərbaycan türklərinin milli və
dini kimliklərini müəyyən mənada bir-birindən ayrıb siyasi
iradə nümayiş etdirmələrini də zəruri hesab etmişdir. Hər
halda, «Məktubi-məxsus» məqaləsindən də göründüyü kimi,
1-ci Rusiya inqilabına (1905) qədər Ə.Hüseynzadə əsasən,
çağdaş ruhlu islamçılıq və türkçülüyün vəhdətindən çıxış
etmişdir. Bu mənada, o, türk-müsəlman xalqlarının nicatı
uğrunda doğru yolun nə bolşevizmlə, nə də nasionalizmlə deyil,
milli və müasir ruhlu islamiyyət və türklüklə bağlı olduğuna
inanmışdır.
Bizcə, Ə.Hüseynzadə çağdaş ruhlu türkləşmək və
islamlaşmaq ideyalarını «Həyat»ın ilk sayında qələmə aldığı
«Qəzetimizin məsləki» məqaləsində açıq şəkildə ifadə etmişdir.
Bu məqaləsində o, M.F.Axundzadə, H.Zərdabi və başqa sələf-
lərindən fərqli olaraq milli-dini ideyaları sistemləşdirməyə çalış-
araq,
onun
başlıca
prinsiplərini
müəyyənləşdirmişdir.
M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp, M.B.Məmmədzadə
və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə
nəşr olunan «Füyuzat» jurnalında «İslam əqidəli, Türk qanlı və
Avropa qiyafəli bir insan olalım» - deməklə, bütün türk
|