www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
71
ideoloji türkçülüyün nəzəri əsaslarını işləyib hazırlayan
Y.Akçuraoğlu qeyd edirdi ki, irq üzərinə dayalı bir türk siyasi
milliyyəti meydana gətirmək fikri çox yenidir; indiyə qədər,
başda Osmanlı olmaqla heç bir türk dövlətlərində bu fikir
olmamış, son zamanlarda İstanbulda meydana çıxan türk
milliyyəti arzu edən kadrlar isə siyasi olmaqdan daha çox elmi
mütəxəssislər (Ş.Sami, N.Asim, V.Çələbi və b.) olmuşdur [22,
189]. «Nə olursa olsun, irqə dayalı bir siyasi milliyyət icadı
fikri meyvələrini verir» deyən Yusif bəy açıq şəkildə
«Osmanlı milləti» ideyasını rədd edir və əsas diqqəti
türkçülüyə (Türk birliyinə) və islamçılığa (İslam birliyinə)
yönəldirdi. Bunlar arasında hansına üstünlük verilməsi
məsələsində müəyyən qədər tərəddüdlərinə baxmayaraq,
Yusif bəy sonda belə qənaətə gəlir ki, bir çox səbəblərdən türk
dünyası, o cümlədən Osmanlı Türkiyəsi üçün də (xristian
dövlətlərinin İslam birliyini istəməməsi və s.) İslam birliyi ilə
müqayisədə Türk birliyi daha realdır [22, 192]. Ancaq o, bu
zaman «türklük siyasəti» ilə «Türk birliyi»ni, «İslam
siyasəti» ilə «İslam birliyi»ni birbirilə qarışdırmışdır.
Akçuraoğlu sonralar özü də etiraf edirdi ki, həmin anayışlar
fərqli mənalar daşıyır. Belə ki, Osmanlı dövlətinin öz
daxilində Türklük və İslam siyasəti yürütməsi, onun xaricdə
«panturanizm» və «panislamizm» tərəfdarı olması demək
deyildir [22, 193].
Qeyd edək ki, Krım türklərindən Həsən Səbri
Ayvazov da Y.Akçuraoğlu və Ə.Hüseynzadə kimi, siyasi-
ideoloji türkçülükdən çıxış edərək türklərin birliyini və ortaq
türk dilinin yaranmasını müdafiə etmişdir. Bu fikirlərini
Bakıda nəşr olunan milli mətbuatda («Həyat», «Füyuzat» və
b.) irəli sürən Ayvazov yazırdı ki, türklər ilk növbədə, millət və