MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə69/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   65   66   67   68   69   70   71   72   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

67 


Azərbaycanda  da  mədəni  türkçülüyün  meydana  çıx-

ması  yeniləşmənin,  maarifçiliyin  və  ilkin  İslama  qayıtmanın 

təsiri  altında  XIX  əsrin  ikinci  yarısında  başlamışdır. 

Fikrimizcə,  XIX  əsrdə  A.A.Bakıxanov,  M.F.Axundzadə, 

S.Ə.Şirvani,  H.Zərdabi  və  başqaları  mədəni  türkçülüyün 

(siyasi-ideoloji  mənada)  Azərbaycanda  ilk  nümayəndələri 

olmuşlar. Mədəni  türkçülük  A.A.Bakıxanovun milli  «Tarix»-

indən başlamış, Axundzadənin türkcə yazdığı komediyaları ilə 

davam  etdirilmiş  və  Zərdabinin  milli  ruhlu  «Əkinçi»si  ilə 

milli  status  almağa  qədəm  qoymuşdur  (kitabın  1-ci  hissəsinə 

baxmalı).  

Qeyd  edək  ki,  Ziya  Gökalp  da  M.F.Axundzadəni  və 

İ.Qaspıralını  Rusiyada  yetişən  iki  böyük  türkçü  kimi  qələmə 

vermişdir [88, 27]. Ancaq biz daha çox Y.Akçuraoğlunun bu 

məsələ  ilə  bağlı  fikri  ilə  razılaşaraq  hesab  edirik  ki,  Krım 

türklərindən  İsmayıl  bəy  Qaspıralı  M.F.Axundzadə  ilə 

müqayisədə həm nəzəriyyədə, həm də əməldə türkçülüyə daha 

çox xidmət  etmişdir.  Qaspıralı  «Türküstan  üləması»  əsərində 

yazırdı ki, İslam fəlsəfəsinin və elminin tarixi araşdırlarsa, bir 

çox  alimlərin  türk  və  türküstanlı  olduqları  görülər.  Onun 

fikrincə,  vaxtilə  türk  alimləri  müsəlmanların-türklərin  indi-

indi alışdığı dünyəvi elm və təhsili tədris etmişlər: «Avropada 

dünyəvi elmlər az olan bir zamanda Türküstanda müstəqil əqli 

və  nəqli  elmlər  olmuşdur»  [128,  5].  Bununla  da,  o,  bir 

tərəfdən  İslam  dininin  həyatında  türklərin  mühüm  mövqe 

tutmasını, digər tərəfdən isə onların həmişə dünyəvi bir millət 

olmasını  göstərmək  istəmişdi.  Başqa  sözlə,  Qaspıralının  bu 

fikirləri türkçülük adına yeni bir dönəmin əsasını qoymuşdur.  

Türkçülük şüarı  «dildə, fikirdə və əməldə birlik» olan 

Qaspıralı  bu  ideyalarını  bütün  türklərin  ortaq  qəzeti  olan 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin