11
Çətin coğrafi şəraitdə, Azərbaycanın dəniz yataqlarına xas olan
ayrı-ayrı istismar üsullarında maili istiqamətlənmiş quyuların işi ilə
bağlı mürəkkəbləşmələr yaradan amillər təhlil edilərək, onların
tənzimlənməsi yolları göstərilmişdir.
Neft yataqlarının işlənməsində və hasilat quyularının
istismarında uğurlu nəticələr əldə etmək üçün tətbiq edilən
texnologiyaların geniş təsnifatı verilmiş, onların hərtərəfli təhlili
əsasında texnoloji proseslərin yüksək səviyyədə yeniləşdirilməsinə
və təkmilləşdirilməsinə nail olunması məsələsi əsas məqsəd
kimi qarşıya qoyulmuşdur.
Bunlarla yanaşı, müasir dövrün texnologiyası adlandırılan
nanotexnologiyaların işlənməsi və neft sənayesinin müxtəlif
sahələrində tətbiq edilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni
tərkibdə nanomaye sistemlərin işlənməsi və müxtəlif texnoloji
əməliyyatlar zamanı onlardan istifadə olunmasının mümkünlüyü
nəzərdən keçirilmiş, hal-hazırda bu məsələlərin aktual olduğu
diqqətə çatdırılmışdır.
Göstərilmişdir ki, fiziki sahələrin, xüsusilə də maqnit sahəsinin
və akustik dalğaların tətbiqinin texnika və texnologiyası ilə əlaqədar
kifayət qədər elmi-tədqiqat işləri aparılmasına baxmayaraq
problemin aktuallığı hələ də öz elmi-praktiki əhəmiyyətini
itirməmişdir. Bu sahələrdə yeni texniki və texnoloji həllərin tapılması
və
istifadə
olunması
neftçıxarma
proseslərinin
intensivləşdirilməsində əsas amil kimi qiymətləndirilmişdir.
Digər texnologiyaların işlənməsi, o cümlədən neftçıxarma
proseslərində ən çox mürəkkəbləşmələrə səbəb olan quyuların
məhsulunun sulaşması və onun törətdiyi fəsadlar, qum təzahürünün
yaratdığı problemlər geniş təhlil edilmiş, bu məsələlərin həlli ilə
bağlı quyulara daxil olan lay sularının qarşısının alınması və yeni
təcrid üsullarının işlənməsi, həmçinin qum tıxaclarının aradan
qaldırılmsı üzrə həyata keçirilən yeni texnoloji tədbirlərin
perspektivli olduğu əsaslandırılmış, onların praktiki cəhətdən
səmərəliliyi qeyd edilmişdir.
Dostları ilə paylaş: