10
İşin quruluşu və həcmi: Dissertasiya işi giriş, 7 fəsil, nəticə
və təkliflər, 274 adda ədəbiyyat siyahası, həmçinin əlavələrdən
ibarətdir. İşin həcmi 325
səhifədə çap olunmuş, onun mətninə 108
şəkil, 59 cədvəl daxildir və iş dörd yüz otuz üç min yüz altımış altı
işarədən ibarətdir.
Müəllif qeyd etməyi özünə borc bilir ki, dissertasiya işinin bir
çox müddəaları və elmi istiqamətləri mərhum akademik A.X.
Mirzəcanzadə tərəfindən (ruhu şad olsun) irəli sürülmüş, bu
məsələlərin həllinin icrası da bilavasitə onun rəhbərliyi altında həyata
keçirilmişdir.
Müəllif dissertasiya işinin yerinə yetirilməsi prosesində
problem
məsələlərin qoyuluşunda, alınan nəticələrin müzakirəsində
göstərdikləri diqqətə, verdikləri dəyərli tövsiyələrə görə akademik
F.A. Əliyevə, AMEA-nın müxbir üzvləri R.Ə. Əliyevə və R.S.
Qurbanova öz dərin təşəkkürünü bildirir.
Müəllif həmçinin dissertasiya işinin ərsəyə gəlməsində
göstərdiyi dəstəyə, istehsalatda tətbiqi zamanı verdiyi dəyərli tövsiyə
və məsləhətlərə görə t.e.n. Y.M. Əliyevə, eyni zamanda çalışdığı
“Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-nin və
ADNSU-nun “Neft Mühəndisliyi” kafedrasının kollektivinə
minnətdarlığını bildirir.
İŞİN MƏZMUNU
Giriş hissəsində dissertasiya işinin mövzusunun aktuallığı
əsaslandırılmış, işin məqsədi, müdafiəyə təqdim olunan əsas elmi
məsələlər müəyyən olunmuş, dissertasiyanın elmi yenilikləri,
tədqiqatların məqsəd və vəzifələri şərh edilmişdir.
Birinci fəsildə maili istiqamətlənmiş
quyular vasitəsilə neft
yataqlarının işlənməsi və layların neftveriminin artırılması, həmçinin
quyuların istismar göstəricilərinin yaxşılaşdırılması məqsədilə həyata
keçirilən yeni texnologiyaların tətbiqinin geniş təhlili verilmişdir.
Dissertasiya işinin məzmununa uyğun olaraq göstərilən sahələr üzrə
mövcud işlənmələr haqqında məlumatlar qruplaşdırılmış,
sistemləşdirilmiş, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin
metodoloji prinsipləri və əsas istiqamətləri müəyyənləşdirilmişdir.
11
Çətin coğrafi şəraitdə, Azərbaycanın dəniz yataqlarına xas olan
ayrı-ayrı istismar üsullarında maili istiqamətlənmiş quyuların işi ilə
bağlı mürəkkəbləşmələr yaradan amillər təhlil edilərək, onların
tənzimlənməsi yolları göstərilmişdir.
Neft yataqlarının işlənməsində və hasilat quyularının
istismarında uğurlu nəticələr əldə etmək üçün tətbiq edilən
texnologiyaların geniş təsnifatı verilmiş, onların hərtərəfli təhlili
əsasında texnoloji proseslərin yüksək səviyyədə yeniləşdirilməsinə
və təkmilləşdirilməsinə nail olunması
məsələsi əsas məqsəd
kimi qarşıya qoyulmuşdur.
Bunlarla yanaşı, müasir dövrün texnologiyası adlandırılan
nanotexnologiyaların işlənməsi və neft sənayesinin müxtəlif
sahələrində tətbiq edilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni
tərkibdə nanomaye sistemlərin işlənməsi və müxtəlif texnoloji
əməliyyatlar zamanı onlardan istifadə olunmasının mümkünlüyü
nəzərdən keçirilmiş, hal-hazırda bu
məsələlərin aktual olduğu
diqqətə çatdırılmışdır.
Göstərilmişdir ki, fiziki sahələrin, xüsusilə də maqnit sahəsinin
və akustik dalğaların tətbiqinin texnika və texnologiyası ilə əlaqədar
kifayət qədər elmi-tədqiqat işləri aparılmasına baxmayaraq
problemin aktuallığı hələ də öz elmi-praktiki əhəmiyyətini
itirməmişdir. Bu sahələrdə yeni texniki və texnoloji həllərin tapılması
və
istifadə
olunması
neftçıxarma
proseslərinin
intensivləşdirilməsində əsas amil kimi qiymətləndirilmişdir.
Digər texnologiyaların işlənməsi, o cümlədən neftçıxarma
proseslərində ən çox mürəkkəbləşmələrə səbəb olan quyuların
məhsulunun sulaşması və onun törətdiyi fəsadlar, qum təzahürünün
yaratdığı problemlər geniş təhlil edilmiş,
bu məsələlərin həlli ilə
bağlı quyulara daxil olan lay sularının qarşısının alınması və yeni
təcrid üsullarının işlənməsi, həmçinin qum tıxaclarının aradan
qaldırılmsı üzrə həyata keçirilən yeni texnoloji tədbirlərin
perspektivli olduğu əsaslandırılmış, onların
praktiki cəhətdən
səmərəliliyi qeyd edilmişdir.
Dostları ilə paylaş: