MaiLİ İSTİqaməTLƏNMİŞ quyularin səMƏRƏLİ İSTİsmarini təMİn edən profiLLƏRİn və yeni texnoloji optimallaşdirma təDBİRLƏRİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix23.12.2022
ölçüsü1,03 Mb.
#77619
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
A-referat-az

k
arasında asılılıq tədqiq edilmişdir. 
Məlum olmuşdur ki, 
k
-nın qiymətinin artması ilə quyularda aparılan 
təmir işlərinin (həm yeraltı, həm də əsaslı) sayı əvvəlcə artır, lakin 
k
-
nın müəyyən qiymətindən sonra (
k
= 0,38) kəskin azalmağa 
başlayır. Bununla yanaşı, 
k
-nın göstərilən qiymətindən sonra hər
intervalda istismar kəmərinin sınma sayı və ümumi fonddan 
silinmiş quyuların payı parametrlərinin qiyməti artmaqda davam 
edir. 
Növbəti araşdırmada quyuların ancaq bir horizontda istismarı 
zamanı işinin təhlili məsələsinə baxılmışdır. Elə quyular seçilmişdir 
ki, onlar hər hansı horizontda istismarını başa vuraraq fonddan 
çıxarılmış və yaxud başqa horizonta keçirilmişdir. Bu məqsədlə, 
QÜQ horizontundan işləyərək istismar müddətini bu və ya digər 
səbəbdən başa çatdırmış 41 hasilat quyusunun məlumatlarına 
baxılaraq yenə də yuxarıda göstərilən üsulla təhlil aparılmışdır. 
Quyuların QÜQ horizontunda ardıcıl işləmə müddəti və bu müddət 
ərzində aparılan təmir işlərinin sayının 
k
-dan asılılığı nəzərdən 
keçirilmişdir. Təhlilin nəticələri göstərmişdir ki, 
k
-nın qiymətinin 
artması ilə quyuların ardıcıl iş müddəti kəskin azalır. Bu hal onunla 
izah edilir ki, lüləsi böyük əyriliyə malik maili istiqamətlənmiş 
quyularda yaranmış texniki çatışmazlıqları aradan qaldırmaq 
mümkün olmur, bu da quyuların tez bir zamanda sıradan çıxmasına 
gətirib çıxarır. Təmir işlərinin dinamikası isə yuxarıdakı nəticələrlə 
üst-üstə düşür. 
Buradan belə nəticə çıxarmaq olur ki, hər-hansı yataqdan 
işləyən maili istiqamətlənmiş quyular üçün konkret təbii və texniki 
şərtlər daxilində onların lüləsinin vertikaldan kənarlaşma 
parametrinin elə bir qiyməti mövcuddur ki, bu qiymətdən sonra belə 
quyularda təmir işi aparmağın nəticəsi ya səmərəsiz olur və yaxud
həmin quyularda ümumiyyətlə təmir aparmaq mümkün olmur.


15 
Bundan başqa, lülə profilinin quyularda aparılan təmir işlərinə 
sərf olunan xərclərə təsiri məsələsinə də baxılmışdır. Əsas iqtisadi 
göstərici kimi bir təmirə düşən xərci əks etdirən parametr (C) 
götürülmüşdür. 
Əsaslı təmirə sərf olunan xərclərin (C) lülənin əyilmə (α) və 
onun istiqamətinin dəyişmə intensivliyindən (n) asılılığı tədqiq 
edilmişdir. Müəyyən olunmuşdur ki, lülənin əyilmə bucağı artdıqca 
bir təmirə düşən xərclər artmağa başlayır, bununla yanaşı, lülənin 
istiqamətinin dəyişmə intensivliyinin təsiri də özünü göstərir. 
Həmçinin, quyu lüləsinin əyilmə bucağının eyni qiymətində lülənin 
istiqamətinin dəyişmə intensivliyinin artması ilə təmir işlərinə sərf 
olunan xərclər kəskin şəkildə artır. Eyni zamanda, əyilmə bucağının 
və lülənin istiqamətinin əyilmə intensivlyinin artması ilə təmir 
işlərinə sərf olunan xərclərin artım tempi daha da yüksəlir. 
Qeyri-müəyyənlik şəraitində müxtəlif geoloji-texniki tədbirlərin 
(GTT) həyata keçirilməsi üçün qərarların qəbul edilməsi 
məsələlərinə baxılmışdır. Bununla bağlı, faydalılıq nəzəriyyəsi 
tətbiq etməklə faydalılıq funksiyası qurulması yolu ilə bir neçə 
alternativ variantdan ən düzgününü seçərək yeganə bir qərar qəbul 
etmək prinsipi həyata keçirilmişdir. 
Belə risk şəraitində hər alternativ nəticənin nisbi
üstünlüyünü qiymətləndirmək və ən yaxşı fəaliyyəti seçmək üçün 
fon Neyman və Morqenştern nəzəriyyəsinə əsaslanan faydalılıq 
funksiyasından istifadə olunmuşdur: 
U (x) = pU (x
1
) + (1 - p) U (x
2
) (2) 
burada: x

- p ehtimalı ilə seçilən ən yaxşı obyekt; x

- əlavə (1-
p) ehtimalı ilə seçilən ən pis obyektdir. 
Bu funksiyanın məğzi ondan ibarətdir ki, U (xx ≠ x
1
x
2
, üçün, 
yəni x
2
<x<x

daxilində 0
o həm də yeganədir. Bu şərtə uyğun gələn x kəmiyyəti 
determinləşmiş ekvivalent adlanır və faydalılıq nəzəriyyəsində əsas 
hesab edilir. 
Faydalılıq nəzəriyyəsinə əsasən Neft Daşları NQÇİ-də tətbiq 
olunan səthi-fəal maddələrlə quyudibi sahəsinə təsir üsulunun 


16 
səmərəliliyi təhlil edilmiş və bu tədbirin həyata keçirilməsi üçün 
lazım olan xərclərin optimal qiyməti müəyyənləşdirilmişdir. 
Əlavə quyuların qazılması ilə işlənmə şəbəkəsinin 
sıxlaşdırılması və bu zaman işlənmə prosesinə sonradan daxil edilən 
quyuların optimal sayının iqtisadi cəhətdən əsaslandırılması bir çox 
kriteriyaların təhlili və tətbiqi vasitəsilə həyata keçirilmişdir. İlk öncə 
Neft Daşları yatağının QÜQ horizontu üzrə V blokun quyularının 
hasilat göstəricilərinin dinamikası loqistik tənlik tətbiq etməklə
işlənmiş, Levenberq-Markvardt metodu ilə neft, su hasilatının və 
neftvermə əmsalının dinamikasında üç mərhələ müəyyən edilmiş, 
qazılmış əlavə quyuların bu mərhələlər üzrə gedən dinamik 
proseslərə təsiri təsdiq olunmuşdur.
Sonra iqtisadi göstərici kimi hasilat quyularından alınan 
mənfəət əsas götürülərək Laplas, Qurviç, Vald, Sevidj kriteriyaları 
təhlil edilmiş, faktiki mənfəətə əsasən hər bir kriteriyaya görə 
qazılacaq əlavə quyuların optimal sayı müəyyən edilmiş, alınmış 
nəticə riyazi gözləmənin orta taraz qiyməti ilə müqaisə edilərək 
dəqiqləşdirilmişdir.
Mədən şəraitində geoloji-texniki tədbirlərin aparılması üçün 
quyuların ümumi sayının təyin edilməsi məsələsinə baxılmışdır. Bu 
məsələni həll etmək üçün yenə də faydalılıq funksiyası modelinə 
əsaslanan, ancaq intervalla qiymətləndirilən Şoke (Choquet) 
inteqralından istifadə edilmişdir:
𝑈𝑈(𝑓𝑓
1
) = ∑ �𝑋𝑋
𝑖𝑖(𝑗𝑗)
− 𝑋𝑋
𝑖𝑖(𝑗𝑗+1)

𝑚𝑚
𝑗𝑗=1
𝜂𝜂
{(1),..,(𝑗𝑗)}
(3) 
 
burada: 𝜂𝜂
{(1),..,(𝑗𝑗)}
qeyri-xətti ölçü, 𝑋𝑋
𝑖𝑖(𝑗𝑗)
= 𝑓𝑓
𝑖𝑖
�𝑆𝑆
(𝑗𝑗)
� 𝑆𝑆
(𝑗𝑗)
vəziyyətində 𝑓𝑓
𝑖𝑖
alternativinin intervalla qiymətləndirilən nəticəsi, () 
indeksi 𝑋𝑋
𝑖𝑖(𝑗𝑗)
dəyərlərinin qaydaya əsasən 𝑋𝑋
𝑖𝑖(𝑗𝑗)
≥ 𝑋𝑋
𝑖𝑖(𝑗𝑗+1)
və 
𝑋𝑋
𝑖𝑖(𝑚𝑚+1)
= 0 kimi sadalandığını bildirir. Bu ölçü vasitəsilə qeyri-
müəyyənlik şəraitində qərar qəbuledən şəxsin seçimlərinin qeyri-
xəttiliyi modelləşdirilə bilər.
Tətbiq olunan faydalılıq funksiyası modeli alternativləri 
müqayisə edərkən (quyuların alternativ sayını) qərarla bağlı 
məlumatların dəqiqliyini və qərar qəbuletmə məsələlərinin qeyri-
xəttiliyini nəzərə almağa imkan verir. Dörd alternativli praktiki qərar 


17 
qəbuletmə məsələsinin həlli intervalla qiymətləndirilən faydalılıq
funksiyası modelinin etibarlılığını və onun tətbiq olunmasının 
mümkünlüyünü göstərir. 
İlk dəfə olaraq neftçıxarmada interval şəklində verilmiş 
ehtimallarla investisiya qoyuluşu məsələsinə baxılmışdır. Üç 
alternativli (layın hidravlik yarılması, quydibi sahənin işlənməsi, 
quyulara polimer məhlulu vurulması) dörd meyarlı (ekoloji 
tarazlığın pozulması, təmirarası müddət, debitin artması, qoyulan 
vəsaitin özünü doğrultması) investisiya qərarqəbuletmə 
məsələsinin həlli yolları araşdırılmış, sərmayə qoyulacaq alternativ 
(quyudibi sahənin işlənməsi) müəyyən edilmişdir. Göstərilmişdir ki, 
geoloji-texniki tədbirlər həyata keçirmək üçün investisiya qoyuluşu 
zamanı, klassik ehtimala əsaslanan qərar qəbuletmədən fərqli olaraq, 
interval ehtimallara əsaslanan üsuldan istifadə etmək daha 
məqsədəuyğundur.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin