ABŞ Texnoparkları Texnoparklar bir və ya bir necə universitet, həmçinin elmitədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər
olub, tərkibində elmi nəticələrə və yuksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulmuş kompleksdir.
Texnoparkda fəaliyyət göstərən müəssisələrə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbükarlıq və muəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların forma laşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (müəssisələrlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Texnoparkın Amerika modelinin quruluşu müxtəlif ölçülü innovasiya icarədar müəssisələrdən və servis firmalarından təşkil olunmuşdur. Araşdırmalar göstərir ki, hazirda ABŞ-da texnoparkın sayı 700-ü ötmüşdür. ABŞ-da texnoparkın əksəriyyəti baza universitetləri əsasında təşkil olunur. Son illər texnoparkların əhatə dairəsi genişlənərək təkcə ABŞ-ı yox, həm də Böyük Britaniyanı, Almaniyanı, Fransanı, Yaponiyanı, Belçikanı, Niderlandı, Cənubi Koreyanı, Çini və digər ölkələri əhatə etməkdədir.
XX əsrin 60-cı illərində onların «vətəni» sayılan ABŞ-da əksər «elmi parklar» yaranan zaman Böyük Britaniyada, Fransada, Almaniyada bu parkların ilk rüşeyimləri meydana gəlməyə başlamışdır. Keçən əsrin əvvəllərində ABŞ-da və Qərbi Avropada olan texnoparkların ikinci mərhələsi təşəkkül tapmağa başlayan zaman bu texnoparkların heç bir vaxt olmadığı ölkələrdə (Yaponiyada, Cənubi Koreyada və s. ölkələrdə) də həmin parklar yaranmağa başladı Texnoparklar ilk dəfə XX əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbusu ilə yaradılmışdır. Həmin dovrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hokumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yuksək texnologiyalar sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər. Ona gorə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəlir. Belə ki, boş qalmış həmin ərazilərin satılması Lilend Stenfordun vəsiyyəti ilə qadağan olunmuşdu. Son illər elmin sənaye ilə inteqrasiya forması kimi «elmi parklar» ərazi elmi sənaye komplekslər qrupuna aid edilir. «Elmi parklar»ın inkişafında iki mərhələni xüsusilə qeyd etmək olar : ABŞ nümunəsində - Silikon Vadisi (Silicon Valley) teknoparkı ilk olaraq 1950-ci illərdə ABŞ-da yaranmışdır. 1952-ci ildə Stanford Universiteti tərəfindən ilk qurulan "Silikon Vadisi" dünyanın ilk texnoparkı ünvanını daşımaqdadır. Silikon Vadisinin memarı olan Stanford Universiteti 1891-ci ildə Stanford Ailəsi tərəfindən qurulmuşdur. 1939-cu ildə Stanford Universiteti professoru Frederick Terman tərəfindən təşviq edilən Stanford Universiteti məzunları David Packard and William Hewlett Palo Altoda bir qarajda kiçik bir elektron şirkəti qurdular. O şirkət HP olaraq adlandırıldı. (Hewlett Packard).
Bundan başqa, həmin şirkətlər bu və ya digər formada universitetlə əlaqəli şəkildə fəaliyyət gostərirdilər. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəlir. Silikon vadisi bu gün çox məşhur olan "Hewlett-Packard", "Polaroid", "Eastman Kodak", "General Electric", "Shojkley Transistor", "Lockheed" kimi şirkətlərin ilkin özünutəsdiq meydanı olub.
Bu qaraj əslində Silikon Vadisinin yarandığı yer oldu. Həmin tarixindən Stanford Universiteti Silikon Vadisi ekosisteminin ən vacib və əsas komponenti və təbii hərəkətvericisi olmuşdur. Stanford Universiteti nəzdində reallaşdırılan araşdırma çalışmaları bir çox əsas şirkət, təşkilat və təşəbbüsün təməli və aparıcı gücü olmuşdur. Bu mənada təşəbbüskar universitet olaraq bilinməkdədir. Həm elmi araşdırmalar reallaşmaqda, həm də elmin tətbiqə çevrilməsini təmin edən sahibkarlar yetişdirməkdə və beləcə innovativ proqramları istehsal edən bir mexanizm yaratmaqdadır. Bu şəkildə bir çox böyük müəssisə və innovasiya bu universitet bünyəsindən çıxmışdır: Google, Yahoo, Cisco Systems, Sun Mikrosistemlər Stanford Universiteti tələbələri tərəfindən inkişaf etdirilən müəssisələr arasındadır.
Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi boyuməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzadıldı.
Həmin illərdə kompüter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə İnternetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi. Yeri gəlmişkən Silikon vadisinin bəzi göstəricilərini diqqətə çatdırmaq istərdik:
•
•
•
•
Hazırda Amerikada 700-dən artıq texnopark, 150-dən çox İnformasiya
Texnologiyaları - Parkı fəaliyyət gostərir.
Amerika texnoparkı baza universitetləri əsasında yaranmışdır. Bu park kompleks binadan ibarət olmaqla həm işləmək imkanını, həm də yaşayış şəhərciyi, servis xidmətləri, istirahət və idmanla məşğulluq üçün zonanı ozundə birləşdirir. Əsas prinsip - hər şeyin bir yerdə olmasıdır və burada işləyən şəxs heç bir yerə getməməlidir.
Əməkdaşlar elə əhvali-ruhiyyəyə köklənməlidirlər ki, günün 24 saatını sanki işləyirlər. Ona görə də onlar bir yerdə yaşamalı və işləməli, burada istirahət etməli, ailə-uşaq problemləri ilə məşğul olmalıdırlar. Yalnız bu halda gözlənilən nəticəni əldə etmək mümkün olur. ABŞ-dan sonra dünyanın inkişaf etmiş bütün ölkələrində texnoparklar yaradılmış və inkişaf etdirilmişdir. Hazırda dünyada 4000-ə yaxın texnopark fəaliyyət gostərir. Texnoparkları inkişaf etdirmiş olkələr yuksək texnologiyalara surətlə yiyələnə bilirlər. Ona gÖrə də dünyanın ən qabaqcıl sənaye markaları həmin ölkələrin adı ilə 12 birbaşa bağlıdır.
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!