Üçüncü fəsil quyuların profillərinin ŞQN və qazlift istismar
üsullarında texnoloji göstəricilərə təsirinin tədqiqi məsələlərinə həsr
olunmuşdur.
Maili istiqamətlənmiş quyuların ŞQN üsulu ilə istismarını
səciyyələndirən parametrlər təhlil olunmuş, onların nasos
qurğusunun işinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, nasos
qurğusunun
buraxılma
dərinliyində
lülənin
vəziyyətini
səciyyələndirən əyilmə intensivliyi onun işinə təsir edən əsas
parametrlərdən biridir.
Əyilmə intensivliyini ümumi şəkildə eyni vaxtda zenit və
azimut bucaqlarının dəyişməsini nəzərə alaraq lazım olan istənilən
intervalda aşağıdakı kimi təyin etmək olar:
orta
2
2
2
2
sin
2
sin
2
sin
sin
arc
2
α
ϕ
∆
+
α
∆
=
α
(4)
α
orta
– verilmiş intervalda orta əyilmə bucağı: α
orta
= (α
1
+ α
3
)/2.
ŞQN üsulunda nasos qurğusunun buraxılma dərinliyində
lülənin əyilmə (zenit) bucağının maksimum qiyməti və əyilmə
intensivliyi parametrlərinin nasosun neftvurma əmsalına təsiri tədqiq
edilmişdir. Müəyyən olunmuşdur ki, neftvurma əmsalı ilə hər iki
18
parametr arasında asılılıq mövcuddur və onların qiymətinin artması
ilə neftvurma əmsalı azalır, lakin nasosun işinə əyilmə intensivliyinin
təsiri daha güclüdür, belə ki, bu parametrin qiymətinin artması ilə
neftvurma əmsalı daha intensiv azalır.
Həmçinin,
ŞQN üsulunda əsas göstərici olan təmirarası
müddətin hər iki parametrdən asılılığı araşdırılmışdır. Bu halda da
hər iki parametrin artması ilə təmirarası müddətin kəskin azalması
müşahidə olunmuşdur. Müəyyən edilmişdir ki, əyilmə bucağının
qiyməti 10
0
-dən 40
0
-yə qədər artdıqda və əyilmə intensivliyi hər 10
m-ə 4
0
təşkil etdikdə təmirarası müddət iki dəfədən də çox azalır.
ŞQN üsulu ilə istismar zamanı maili istiqamətlənmiş quyuların
profilinin əyilmə intensivliyinin nasos qurğusunun işinə təsiri tədqiq
edilmişdir. Bu məqsədlə Neft Daşları yatağında istismar olunan
xarakterik profilə malik 2046 saylı maili istiqamətlənmiş quyuda
xüsusi tədqiqat aparılmışdır. Quyunun dərinliyi 785 m, zenit
bucağının maksimal qiyməti 47
0
15', quyudibində lülənin inhirafı
688.8 m təşkil etmişdir. Nasosun buraxılma dərinliyi zonasında (465-
495 m) 40 m intervalda hər 10 m-ə düşən əyilmə intensivliyi müvafiq
olaraq 1
0
,
2
0
, 3
0
və 3
0
30'
olmuşdur. Nasos qurğusu lülənin göstərilən
əyilmə intensivliklərinə uyğun hər 10 m uzunluqda intervalların
orta hissəsinə buraxılaraq dinamoqrammalar çıxarılmışdır. Hər
dinamoqrammanın göstəriciləri emal edilərək nasosun buraxılma
dərinliyində gətirilmiş dartılma gərginliyinin qiyməti hesablanmış,
bu parametrlə lülənin əyilmə intensivliyi arasında asılılıq müəyyən
edilmişdir. Aydın olmuşdur ki, lülənin əyilmə intensivliyi artdıqca
dartılma gərginliyinin qiyməti də artır.
Lülə profilinin hasilat quyularının istismar əmsalına təsiri
tədqiq edilmişdir. Bu parametr istismar xərclərinin təyin edilməsində
əsas rol oynayır və eyni zamanda quyu fondundan səmərəli istifadə
olunmasının əsas göstəricilərindən biridir. Qeyd edək ki, lülə
profilinin istismar əmsalına təsirini aydınlaşdırmaq üçün tədqiqatlar
ayrıca həm qazlift, həm də ŞQN istismar üsulu üçün aparılmışdır.
Təhlillər Neft Daşları və Palçıq Pilpiləsi yataqlarının maili
istiqamətlənmiş quyularının məlumatları əsasında həyata
keçirilmişdir. Hər iki istismar üsulu üçün istismar əmsalı aşağıdakı
ifadə ilə təyin edilmişdir:
19
K
𝑖𝑖𝑖𝑖𝑖𝑖
=
T
1
−(T
2
+ T
3
)
T
1
(5)
burada: T
1
-təqvim vaxtı; T
2
-yeraltı təmir, əsaslı təmir və
avadanlıq gözləməklə bağlı boşdayanma vaxtı; T
3
-yeraltı təmirlə
bağlı olmayan təşkilati səbəbdən boşdayanma vaxtıdır.
Hesablanmış istismar əmsalı ilə maksimal əyilmə bucağı
kəmiyyətləri arasında olan asılılığın dəyişmə xarakterini müəyyən
etmək və onu ən düzgün ifadə edə bilən modeli seçmək üçün
Teylor kriterisinə görə minimum dispersiyaya əsaslanan
diskriminasiya metodu tətbiq edilmişdir. On müxtəlif modelə
baxılmış və onlardan minimum dispersiyaya malik ən az orta xəta
verən ən dəqiqi seçilmişdir. Məlum olmuşdur ki, həm qazlift, həm də
ŞQN istismar üsulu üçün minimum dispersiya şərtinə cavab verən
model parabola şəklindədir.
Qazlift üsulu ilə işləyən maili istiqamətlənmiş quyuların
profillərinin işçi agentin sərfinə təsiri öyrənilmişdir. Qeyd edilmişdir
ki, verilmiş dərinlikdə və həmin dərinlikdə quyudibinin vertikaldan
kənarlaşma məsafəsi (inhirafı) kəmiyyətləri çərçivəsində elə müxtəlif
profilə malik quyular qazmaq olar ki, onların arasında yeganə bir
variantda mayeni yer səthinə qaldırmaq üçün minimum enerji sərfi
tələb olunsun.
Bu məqsədlə Neft Daşları yatağının qazlift quyularının işi
haqqında məlumatlar təhlil edilmişdir. Bu məlumatlara əsasən işçi
agentin xüsusi sərfi (V
0
) ilə inhiraf ( ℓ) parametri arsında asılılıqdan
məlum olmuşdur ki, ℓ-in artması ilə V
0
-ın qiyməti kəskin artır və bu
halda da parametrlər arasındakı asılılıq parabola şəklindədir.
Sonra ℓ-in dəyişmə qiymətlərinin təhlili kiçik seçmə (nümunə)
üsulu tətbiq etməklə aparılmışdır. Nəticədə ℓ üçün üç müxtəlif
interval müəyyən edilmişdir. Bunlar: 0< ℓ<300 – birinci interval,
300< ℓ<600 – ikinci interval və ℓ>600 – üçüncü interval.
Maili istiqamətlənmiş quyuların təbii əyilmə xarakterindən,
həmçinin α və φ parametrlərinin geniş miqyasda dəyişməsindən asılı
olaraq quyularda lülənin yer təkində fəza koordinatları üzrə dəyişmə
baş verir. Bu halda lülənin dəyişmə istiqamətini göstərən əsas
təyinedici parametr kimi azimut bucağı φ götürülür, yəni φ bucağının
20
lülə boyu neçə dəfə istiqamətini dəyişməsi istismar zamanı quyunun
işinə təsir edən əsas amil kimi özünü göstərir.
Təcrübə göstərir ki, belə quyuların işində istənilən istismar
üsulunda ciddi mürəkkəbləşmələr baş verir. Lüləsi məkan
əyilmələrinə məruz qalmış qazlift quyularının lift borularında qaz-
maye qarışığının hərəkəti çoxsaylı dəyişikliyə uğrayır ki, bu da
mayeni yer səthinə qaldırmaq üçün lazım olan enerji sərfinə öz
təsirini göstərir. Belə quyuların istismarı zamanı lülənin istiqamətinin
dəyişmə sayının ( n) işçi agentin xüsusi sərfinə təsirinin öyrənilməsi
praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir.
Bunun üçün yuxarıda göstərilən maili istiqamətlənmiş
quyuların inklinometrik məlumatları kiçik nümunə (seçmə) metodu
tətbiq etməklə təhlil olunmuş və lülənin istiqamətinin dəyişmə sayı
təyin edilmişdir. Alınmış nəticələr V
0
= ƒ( n) asılılığı şəklində nümayiş
etdirilmişdir. Müəyyən edilmişdir ki, bu halda da n parametrinin
artması ilə işçi agentin xüsusi sərfi V
0
çoxalır. Bununla yanaşı, ℓ-in
hər interval sərhəddinə V
0
= ƒ( n) şəklində ayrıca xarakterik əyri
uyğun gəlir.
Beləliklə, alınan asılılıqların əsas xarakterik cəhəti ondan
ibarətdir ki, quyular ℓ parametrinin interval qiymətlərinə uyğun
olaraq kifayət qədər yaxşı qruplaşırlar.
Qeyd etmək lazımdır ki, quyu lüləsinin vertikaldan
kənarlaşmasının nisbətən kiçik qiymətlərində (0< ℓ<300 – birinci
interval və 300< ℓ<600 – ikinci interval) lülənin istiqamətinin
dəyişmə sayı n-in artması ilə işçi agentin xüsusi sərfi V
0
bir qədər
zəif artır, lakin böyük qiymətlərdə ( ℓ>600 – üçüncü interval) V
0
-ın
artımı kəskin xarakter alır. Bununla yanaşı, V
0
= ƒ( n) asılılıqlarının
xarakteri keyfiyyət baxımından dəyişməz qalır.
Beləliklə, müəyyən edilmişdir ki, maili istiqamətlənmiş qazlift
quyularının istismarı zamanı lülə profilinin vəziyyəti mayeni yer
səthinə qaldırmaq üçün lazım olan enerji sərflərinə çox ciddi təsir
göstərir. Həmçinin göstərilmişdir ki, qazlift istismar üsulunda
quyuların optimal hasilatının dəyişməsinə səbəb olan amillər,
digər əsas göstəricilərlə yanaşı maye ilə birlikdə çıxarılan qazın
miqdarı və mayenin fiziki-kimyəvi xassələridir.
21
Qeyd edilən parametrlərin qazlift quyularının işinə təsirini
aydınlaşdırmaq, həmçinin işçi agentin izafi miqdarını müəyyən
etmək üçün geniş miqyaslı mədən tədqiqatları aparılmışdır.
Tədqiqatlar Neft Daşları və Palçıq Pilpiləsi yataqlarının qazlift
quyularında həyata keçirilmişdir. Bu iki yataq uzun müddətdir ki,
paralel istismar olunur və onları bir-birindən fərqləndirən əsas cəhət
məhz neftlərinin fiziki-kimyəvi xassələrinin müxtəlifliyidir. Palçıq
Pilpiləsi yatağının nefti tərkibində 20-40 % ağır komponentlərin
(asfalten, qudron və s.) olması ilə xarakterikdir. Bu yataqdan
çıxarılan neftin sıxlığı 920 kq/m
3
-dan da çoxdur. Əksinə, Neft
Daşları yatağının nefti yüngül neftlərə aiddir və onun sıxlığı 840-880
kq/m
3
həddində dəyişir. Reoloji xarakteristikasına görə bu yatağın
nefti özünü adi Nyuton mayesi kimi aparır.
Hər iki yataqdan eyni göstəricilərə malik quyular seçilərək eyni
şəraitdə tədqiqatlar aparmaqla müəyyən edilmişdir ki, yüngül neftə
nisbətən ağır nefti yer səthinə qaldırmaq üçün təxminən iki dəfəyə
yaxın az işçi agent sərf olunur.
Bütövlükdə Palçıq Pilpiləsi yatağının qazlift quyularının
işini təhlil edərkən belə qənaətə gəlmək olur ki, eyni şəraitdə nefti
yer səthinə qaldırmaq üçün Neft Daşları yatağının quyularına
nisbətən burada 70–80 % az qaz sərf olunur.
600>300>600>300> Dostları ilə paylaş: |