Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ Fənn: Mülki müdafiə Fakültə: siyasi və ictimai elmlər İxtisas: Fəlsəfə Qrup: 131F



Yüklə 475,02 Kb.
səhifə1/5
tarix03.12.2022
ölçüsü475,02 Kb.
#72162
  1   2   3   4   5
Adi və kütləvi qırğın sliahlar





Qərbi Kaspi Universiteti


SƏRBƏST İŞ

Fənn: Mülki müdafiə
Fakültə: siyasi və ictimai elmlər
İxtisas: Fəlsəfə
Qrup: 131F
Müəllim: Əmrahov Elşən
Tələbə: Ələsgərov Mahmud
Mövzu:Adi və kütləvi qırğın sliahlar
BAKI 2022
MÜNDƏRİCAT
1.Adi qırğın silahları
2. Kütləvi qırğın silahları
3. Adi qırğın vasitələri və onlardan mühafizə
4. Kütləvi qırğın silahlarının ehtimal olunan növləri

1.Adi qırğın silahları
Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hal hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox yaxındır. Adi silahları həm sərbəst, həm də düşmənin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədilir. Adi qırğın vasitələri – partladıci maddələrdən və yandırıcı silahlardan ayrılan enerjiyə əsaslanan silahlardan və soyuq silahlardan ibarətdir. Yüksəkdəqiqli silahlar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, aviasiya bombaları və kassetlər, artilleriya mərmiləri, torpedalar, kəşfiyyat – zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitələridir.
Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bunlardır:
• yandırıçı silahlar
• müxtəlif konstruksiyalı qəlpəli aviabombalar və minalar, sürpriz minalar
• kasset döyüş sursatı
• həcmli partlayış döyüş sursatı
• kəşfiyyat- zərbə kompleksi
• beton dağıdan silahlar
• fuqas döyüş sursatları
• idarə olunan aviasiya bombaları
• kumulyativ döyüş sursatları
• yüksək dəqiqli silahlar
• uçucu olmayan silahlar.
Bu silahlar partladılan zaman insanları zədələmir, elektrik qovşaqlarında qısa qapanma yaradaraq xəbərdarlıq sistemlərini, su təchizatı, elektrik təchizatı sistemlərini, idarəetmə sistemlərini sıradan çıxarır (qrafit bombalar). Yaxın gələcəkdə inkişaf etmiş ölkələrin ordusunda təsiri yeni fiziki prinsiplərə əsaslanan perspektiv silah növləri işlədiləcək. Bu silahlar işıq sürəti və ya ona yaxın sürətlə yayılan istiqamətləndirilmiş yüksək intensivlikli enerji selinin təsirinə əsaslanır. Bu silahlara istiqamətlənmiş nüvə silahı, lazer, mikrodalğalı silahlar aiddir. İnfrasəs, radiotezlikli, geofiziki, meteoroloji və başqa silah növlərinin istehsalı uçun təcrübələr aparılır. ABŞ-da hesablamişlar ki, meteoroloji silahların işlənməsi zamanı, məsələn, yodlu gümüşün istifadə olunması zamanı illik temperaturun 1°S aşağı düşməsi, yağıntıların 12,5% artmasına, əhali arasında xəstəliklərin çoxalmasına səbəb olur və bu zaman istehsalat itkilərinin artması, tibbi xidmətlərə çəkilən xərclərin artması 130 milyard dollar illik maliyyə itkisinə səbəb olur. Hal hazırda çay, dəniz, okean (sunami) sularının enerjisindən, zəlzələ, vulkan püskürməsindən silah kimi istifadə etmək üçün sinaqlar aparılır. Perspektiv silah növlərinin istifadə olunması çox təhlükəlidir və zədələyici gücünə görə kütləvi qırğın silahları kimi xarakterizə oluna bilər. Müasir silahların insanlara birbaşa zədələyici təsirindən başqa ikincili faktorlar da vardır. Bu faktorlara aiddir:
• radioaktiv təhlükəli obyektlərin zədələnməsi (AES, radioaktiv maddələr saxlanılan yerlər) nəticəsındə radioaktiv zədələnmə ocağı yaranır;
• kimyəvi zəhərlənmə ocağının əmələ gələməsi;
• kütləvi yanğınlar;
• bəndlərin dağılması nəticəsində subasmalar və s.
Yandırıcı silahlar adi qırğın vasitələri içərisində xüsusi yer tutur. Bu silahların əsasında yandırıcı vasitələrin istifadəsi durur və bu zaman ayrılan yüksək hərarətin insanlara, texnikaya, binalara, qurğulara, meşələrə, kənd təsərrüfatına birbaşa yandırıcı təsirinə əsaslanır. Amerika klassifikasiyasına əsasən yandırıcı silahlar kütləvi qırğın silahlarına aiddir və bu silahların istifadəsi güclü psixoloji təsir yaradır. Yandırıcı silahların əsasını təşkil edən yandırıcı maddələr 3 qrupa bölünür:
• neft məhsulları əsaslı yandırıcı maddələr;
• metallar əlavə edilmiş yandırıcı maddələr;
• termit və termit əsaslı yandırıcı maddələr.
Yandırıcı maddələrin xüsusi qrupuna adi və plastik fosfor, qələvi metallar, öz- özünə alışan trietilen alüminium aiddir.
Neft əsaslı yandırıcı maddələrin ən geniş yayılmış novü napalmdır. Napalm jeleyəbənzər, özlü, güclü yapışqanlığı olan yüksək temperaturda yanan yandırıcı maddədir. Napalm benzinə xüsusi qatılaşdırıcı əlavə etməklə alınır. Napalm adətən 3-10% qatılaşdırıcıdan, 90-97% benzindən ibarətdir. Havada asan alışır və yanarkən 1000-1200°S temperatur yaranır, yanma müddəti 5-10 dəq.dir, müxtəlif səthlərə asan yapışır və çətin söndürülür. Napalm B daha effektivdir, asan alışır, hətta nəm səthlərə yapışır, sudan yüngüldür, ona görə suyun üzərində üzür və çətin sönür. Yanarkən əriyib sığınacaqlara və texnikanın içərisinə axır, açıq dərinin üzərinə düşən 1q napalm B ağır yanıqlara səbəb olur. Açıqda yerləşən canlı qüvvənı tamamilə məhv etmək üçün lazım olan napalmın ümumi miqdarı qəlpəli fuqas döyüş sursatının miqdarından 4-5 dəfə azdir. Napalm B- ni səhra şəraitində də hazırlamaq mümkündür.
Napalma toz vəya qırıntı şəklində maqnezium, həmçinin kömür, asphalt və ya başqa maddələr qatılarsa piroqellər alınar. Piroqellərin yanma hərarəti 1600°S çatır.

Yüklə 475,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin