MaiLİ İSTİqaməTLƏNMİŞ quyularin səMƏRƏLİ İSTİsmarini təMİn edən profiLLƏRİn və yeni texnoloji optimallaşdirma təDBİRLƏRİNİN



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix23.12.2022
ölçüsü1,03 Mb.
#77619
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
A-referat-az

Dördüncü fəsil dispers maye sistemlərin hazırlanması və 
onların reoloji parametrlərinin tədqiqi üçün yeni qurğuların 
işlənməsi məsələlərinə həsr olunmuşdur. 
Neftçıxarma proseslərində müxtəlif texnoloji əməliyyatları 
uğurla həyata keçirmək və onların səmərələliyini artırmaq üçün 
yüksək keyfiyyətli, uzun müddətli dayanıqlığa malik dispers maye 
sistemlərin işlənib hazırlanması və tətbiq edilməsi məqsədilə 
mayelərin intensiv qarışdırılmasını təmin edən və qarışığın homogen 
vəziyyətə gətirilməsinə imkan yaradan hidravliki qarışdırıcı qurğu 
işlənib hazırlanmışdır (şəkil 1).
Qurğunun iş prinsipi aşağıdakı kimidir. Hazırlanacaq qarışığın 
(emulsiyanın) komponentləri–dispers mühit çən 2 və 6-yа, dispers 
faza isə çən 1-ə lazımi miqdarda yerləşdirilir. Nasos 3 işə salınaraq 
çən 2-dən dispers fazanı çən 6-ya onun aşağı çıxışındakı 8 kranın 11 


22 
açıq, çən 1-in kranının 10 bağlı vəziyyətlərində vurmaqla dispers 
mühit mayesinin dövranı yaradılır. Nasosun 3 çəndən 2 götürüb
vurduğu maye soplodan 4, qarışdırma kamerasından 5 və 
mərkəzdənqaçma forsunkalardan 7 keçərək qarışdırma çəninə daxil 
olur. Vurulan maye soplodan 4 keçərək qarışdırma kamerasına 5 
daxil olarkən çəndəki 6 mayeni onun aşağı çıxışından 8 kran 11-
dən keçməklə sorub özü ilə birlikdə çənə 6 aparır. 
Bu zaman çən 2-də mayenin həcmi elə götürülməlidir ki, çən 1-
dəki dispers fazanın həcmi qədər boş həcm qalsın. Dispers mühit
mayesinin dövranı yaradıldıqdan sonra kran 11 bağlanıb kran 
10 açılaraq ejektora E sorulan dispers fazanın sərfi tənzimlənərək 
12 
Е 
1,2–dispers faza və dispers mühit mayeləri üçün 
çənlər, 3–nasos, 4–soplo; 5–qarışdırma kamerası; 
6–qarışdırma çəni; 7–mərkəzdənqaçma forsunka-
ları(püskürdücülər); 8,9–qarışdırma çəninin aşağı 
və yuxarı çıxışları; 10,11–kranlar; 12–sorma
kamerası. 
Şəkil 1. Hidrodinamiki qarışdırıcı 


23 
(nasosun məhsuldarlığının 10%-indən çox olmamaqla) dispers mühit 
mayesi ilə birlikdə çən 6-ya vurulur. Çən 1-dən dispers faza 
lazımı həcmdə götürüldükdən sonra kran 10 bağlanıb kran 11 açılır 
və çən 6-nın yuxarı çıxışından 9 ardıcıl olaraq ejektorun E sorma 
kamerasına 12, qarışdırma kamerasına 5 sorularaq yuxarı çıxışından 
9 daxil olan maye ilə qarışaraq yenidən forsunkalardan keçib çən 6-
ya daxil olur. Qarışıq bircins (homogen) vəziyyətə gələnədək 
resirkulyasiya edilir. Nasosun 3 vurduğu maye ejektorun E 
soplosundan 4 keçərək qarışdırma kamerasına 5 sorulan maye ilə 
qarışır və forsunkalardan (püskürdücülərdən) 7 çıxarkən eyni 
istiqamətdə fırlanan fakellər bir-birinə çırpılaraq intensiv 
dispersləşməyə məruz qalırlar.
Forsunka (püskürdücü) kimi tangensial girişi, burulğan 
kamerası və çıxış soplosu olan mərkəzdənqaçma forsunkalardan 
istifadə olunur. Bu forsunkalar elə yerləşdirilir ki, onlardan 
püskürülən konusşəkilli genişlənən maye şırnaqlarının 
(fakellərinin) fırlanması eyni istiqamətdə yönəldilmiş olsun, yəni 
tangensial dəliklərin istiqaməti püskürdücünün birində saat əqrəbi 
istiqamətində, digərində isə əks istiqamətdə açılmalıdır.
Beləliklə, qurğuda komponentlərin üç pilləli qarışdırılması 
prosesi həyata keçirilir: birinci pillə dispers mühit və dispers maye 
fazaları ejektordan keçərkən onların ilkin qarışması baş verir, ikinci 
pillə mayelərin qarışması mərkəzdənqaçma forsunkalarda və nəhayət 
üçüncü pillə forsunkalardan qarışma çəninə qarşı-qarşıya püskürülən 
konusvari genişlənən fakellərin eyni istiqamətdə fırlanması hesabına 
intensiv qarışma və dispersləşmə baş verir.
Yeni viskozimetr qurğusu təklif və tətbiq edilmişdir.
Viskozimetr aşağıdakı hissələrdən ibarətdir: silindrik qabdan, onun 
aşağı hissəsinə geydirmə qayka vasitəsilə bərkidilən kapilyardan, 
qabın yuxarı hissəsindəki qapağın mərkəz kanalında yerləşdirilmiş 
kipkəcdən, kipkəc vasitəsilə silindrik qaba daxil edilən sabit təzyiq 
borusundan və onu təzyiq mənbəyi ilə birləşdirən qaz xəttindən, 
onun üzərində qoyulmuş manometr və reduktordan, səviyyə 
ölçəndən və termostat köynəyindən. 
Viskozimetrin iş prinsipinin sxemi şəkil 2-də verilmişdir.


24 
Şəkil 2. Viskozimetrin iş
prinsipinin sxemi 
Kapilyar viskozimetrin 
işinin məğzi ondan 
ibarətdir 
ki, 
məlum 
viskozimetrin 
silindrik 
qabın yuxarı qapağındakı 
mərkəzi 
kanalda 
yerləşdirilmiş 
kipkəcdən 
keçməklə silindrik qabdakı 
mayenin içərisinə daxil 
olan, 
dalma 
dərinliyi 
tənzimlənə bilən sabit 
təzyiq borusu ilə təchiz 
edilməsi, qabda mayenin 
səviyyəsi 
dəyişdikdə, 
kapilyarın uclarında təsir 
edən təzyiqin sabitləşməsini
təmin edir. Belə ki, sabit 
təzyiq borusunun yuxarı 
ucundan daxil olan havanın 
(qazın) yaratdığı sabit 
təzyiq, mayeni onun aşağı ucunadək sıxışdıraraq boru arxasına daxil 
olmaqla, kapilyarın yuxarı ucuna təsir edən təzyiqi sabitləşdirir, yəni 
kapilyardan axan mayenin həcminə müvafiq həcmdə sıxılmış hava 
(qaz) borudan çıxaraq onun arxasındakı mayenin səviyyəsi üzərinə 
qalxır. Beləliklə, hər yeni rejimdə borudakı təzyiqə və onun dalma 
dərinliyinə müvafiq təzyiq altında maye kapilyardan sabit sərflə axır 
və bu da ölçülərək qeydə alınır. 
Viskozimetrdə aparılan təcrübələr nəticəsində aşağıdakı 
kəmiyyətlərin ölçüləri qeyd olunur: 
1. Kapilyarın radiusu R

və uzunluğu l
k

2. Sabit təzyiq borusunun silindrik qaba dalma dərinliyih
b

3. Qaz (hava) xəttindəki təzyiq, P
x

4. Silindrik qabda mayenin səviyyəsi, h
m

5. Kapilyardan axmış mayenin həcmi ΔV və axma vaxtı Δt


25 
Bu məlumatlar əsasında hər rejimdə kapilyara təsir edən təzyiq 
düşküsünün ΔP hesablanması şəkil 2-də verilən sxem əsasında 
aparılır: 
∆ PP

ρg (∆l
k
) – P
0
(6)
Burada: ρ - mayenin sıxlığı,
P
o
– kapilyarın çıxışındakı təzyiq; 
Δh – sabit təzyiq borusunun ucundan kapilyaradək məsafə; 
g - sərbəst düşmə təcilidir. 
Mayenin sərfi isə hər rejimdə kapilyardan axmış mayenin 
həcmini ΔV vaxta Δt bölməklə tapılır:
t
V
Q


=
(7) 
Hesablanmış parametrlərə əsasən sürüşmə gərginlikləri və 
sürət qradientləri
γ
aşağıdakı ifadələrdən tapılır:
2
4Q
2
k
k
k
R
l
P
R
π
γ

τ
=
=

(8)
Təklif olunan viskozimetrdə kapilyarın çıxışı atmosferlə 
əlaqəli olduğu üçün, ona təsir edən təzyiqlər fərqi ancaq sabit təzyiq 
borusunun silindrik qabın içərisinə daxil edilmiş ucuna düşən 
təzyiqin P
x
və maye sütununun ∆h hesabına yaranır. 
Belə ki, sıxılmış qaz (hava) boruya daxil olaraq mayeni 
silindrik qaba sıxışdırır və səviyyə borunun ucuna çatdıqdan sonra 
qaz qabarcıqları çıxaraq boru arxasındakı mayeninn səviyyəsinə 
qalxıb orada müəyyən təzyiq P
sq 
yaradır. Borunun ucunda təsir edən 
təzyiqlərin müvazinət şərti aşağıdakı kimi yazıla bilər: 
P
x
=P
sq
(h
b
– h
m
ρg (9)
 
Buradan görünür ki, P
x
təzyiqinin sabit saxlanması şərtində 
silindrik qabda mayenin səviyyəsi düşdükcə (h
m
artdıqca) sıxılmış 
hava(qaz) silindrik qaba daxil olaraq mayenin səviyyəsinə təsir
edən təzyiqi P
m
artırır və beləliklə borunun ucundakı təzyiqin P

sabit qalması təmin edilir.


26 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin