33
zənginləşdirilmiş nanobentonitin şişməsi xammal bentonitə nisbətən
xeyli dərəcədə intensivləşir.
Nanobentonitin bu xassələrindən istifadə edilərək qeyri-bircins
layların neftverimini artırmaq üçün yeni texnologiya işlənmişdir.
Təklif olunan texnologiya araqatı tətbiq etməklə layda nefti hasilat
quyularının quyudibi zonasına sıxışdırmaq prinsipinə əsaslanır.
Təklif olunan üsulu həyata keçirmək üçün araqatı kimi KMS
polimerinin
dizel-qələvi
tullantısında
(DQT)
məhluluna
zənginləşdirilmiş bentonit gili əlavə etməklə alınan tərkibdən istifadə
edilir.
DQT-nin əsas üstün cəhəti həm də çox yüksək çöküntü vermək
qabi-liyyətinə malik olmasıdır.
Zənginləşdirilmə nəticəsində bentonit
gilinin hissəciklərinin
ölçüləri xammal bentonit gilinin ölçülərinə nisbətən 10-13 dəfə
azalır. Kiçik ölçülü bentonit gilindən hazırlanmış məhlulu asanlıqla
qeyri-bircins layın daha dərin və daha kiçik keçiricilikli qatlarına
yeritmək mümkün olur ki, bu da həm layda qaz ayrılmasını
intensivləşdirir, həm də bərabər sıxışdırma zonası əmələ gətirərək
nefti hasilat quyularına doğru sıxışdırmaq üçün əlverişli şərait
yaradır.
Beləliklə, alınan yeni tərkibin sıxışdırma
qabiliyyətini
öyrənmək məqsədilə xüsusi laboratoriya qurğusunda silsilə
eksperimentlər aparılmışdır. Arakəsmə vasitəsilə müxtəlif
keçiriciliyə və məsaməliliyə malik iki qatdan ibarət (kiçik və yüksək
keçiricilikli) lay modeli yaradılmış, əvvəlcə su ilə,
sonra isə təklif
olunan tərkibdə araqatı tətbiq etməklə sıxışdırma prosesi həyata
keçirilmişdir.
Aparılan eksperimentlərin nəticələrinə əsasən müəyyən
edilmişdir ki, su ilə sıxışdırmaya nisbətən araqatı tətbiq etməklə
sıxışdırma zamanı neftvermə əmsalı kiçik
və yüksək keçiricilikli
laylarda müvafiq olaraq 4.3 və 6.0 % artır. Kiçik və yüfsək
keçiricilikli layların məlumatlarının birgə emalı göstərmişdir ki,
ümumi halda su ilə sıxışdırmaya nisbətən araqatı tətbiq etdikdə
neftvermə əmsalı 6 % çoxalır.
Dostları ilə paylaş: