39
elementinin
qoyulması
quyudan
mayenin
çıxarılması
(mənimsənilmə) zamanı dalğa generatorunun işini tənzimləmək
məqsədi daşıyır.
Qurğu aşağıdakı kimi işləyir.
Layın quyudibi sahəsinin işlənməsi zamanı layın udma
qabiliyyəti kifayət qədər olduqda boruarxası fəzanın çıxışı quyu
ağzında bağlanır. İşlənmə üçün reagent boru kəməri 1, şırnaqlı nasos
2, ötürücü boru 10 və hidrodinamiki dalğa generatoru 8 vasitəsi ilə
laya vurulur.
Bu zaman reagent şırnaqlı nasosun 2 giriş soplosundan 3 və
qəbul kamerasından 5 keçərək qarışma kamerasına 4 daxil olduqda
ötürücü boru 13 vasitəsilə pakeraltı fəzadan 12
quyu mayesi
sorularaq boru kəməri 1-dən keçməklə soplodan 3 qarışma
kamerasına 4 daxil olan mayeyə qarışır. Diffuzordan 6, kanal 10-dan
və hidrodinamiki dalğa generatorundan 8 keçən mayenin miqdarı yer
səthindən boru kəməri 1 vasitəsilə vurularaq soplodan 3 keçən və
pakeraltı fəzadan 12 ötürücü boru 13 vasitəsilə
sorulan mayelərin
cəmindən ibarət olur ki, bu da yaradılan dalğaların güclənməsini
təmin edir
Quyunun udma qabiliyyəti məhdud olduqda boruarxası fəzanın
çıxışı quyu ağzında açılır və boru kəməri 1 vasitəsilə vurulan maye
şırnaqlı nasosdan 2 keçərkən ötürücü boru 13 və daraldıcı element 16
vasitəsilə pakeraltı fəzadan quyu mayesi boruarxası fəzaya 11 daxil
olur, onun bir
hissəsi yer səthinə yönəldilir, qalan hissəsi isə boru
kəməri 1-dən keçməklə soplodan 3 qarışma kamerasına 4 daxil olan
mayeyə qarışaraq vurulan maye ilə birlikdə
yenidən hidrodinamiki
dalğa generatorundan keçməklə pakeraltı fəzaya 12 ötürülür. Bu
halda yenə də dalğa generatorundan keçən mayenin miqdarı yer
səthindən vurulan işçi maye ilə pakeraltı fəzadan sorulan mayenin bir
hissəsinnin cəmindən ibarət olur
.
Qeyd edək ki,
bu tipli məlum
qurğularda şırnaqlı nasosun pakeraltı fəzadan sorduğu quyu
mayesinin hamısı boruarxası fəzadan yer səthinə ötürülür və bununla
da generatordan keçən mayenin miqdarı xeyli az olur.
Beləliklə, təklif olunan qurğunun
tətbiqi bütün hallarda
quyudibi sahəyə daha intensivli dalğalarla təsir etməyə imkan verir.