V akansiya elanı



Yüklə 86 Kb.
tarix14.01.2017
ölçüsü86 Kb.
#5204


V

akansiya elanı





Vəzifə:

00045305/ Program üzrə Müşavir (Reproduktiv Sağlamlıq və Gənclər)


Ofis/Layihə:

UNFPA

Qəbul olunma tarixi

1 oktyabr 2009 - cu il

Müddət

1 il (uzadılması mümkündür)

İcra yeri

Bakı, Azərbaycan

Öhdəliklər və Məsuliyyət:

Proqram üzrə Müşavir Baş Müşavir nəzarəti altında Reproduktiv Sağlamlıq və Gənclər sahələri üzrə UNFPA-nın işlərinin səmərəli şəkildə idarəolunmasına əsaslı töhfəsini verməlidir. O, müvafiq siyasi, sosial və iqtisadi tendensiyaları təhlil etməli və qiymətləndirməli, eləcə də layihənin hazırlanması və qiymətləndirilməsi üçün iri həcmli məlumatları təmin etməli və proqramlaşdırma üzrə təşəbbüslərə və milli inkişaf mühitinə qoşulmalıdır. Proqram Analitiki icra müddətində əldə olunan nəticələrin yoxlanılması ilə UNFPA-yə məxsus proqramların təqdim olunmasına rəhbərlik etməli və yardımçı olmalıdır. O, müvafiq sistemlərdən və proseduralardan istifadəni təmin etməli və istiqamətləndirməli və lazımi təqdirdə onun genişləndirilməsinə təkan verməlidir. Proqram üzrə Müşavir aktual məsələlərin həlli istiqamətində məsləhətçi, müşavir və mütəxəssislərin işinə dəstək olmaqla hökumət, ikitərəfli və çoxtərəfli donor təşkilatları və mülki cəmiyyətdə fəaliyyət göstərən tərəfdaşlarla birgə əlaqələrin qurulması və saxlanmasına dəstək olmalıdır.

Proqram üzrə Müşavir UNFPA-nın mandatının alınması məqsədilə birgə fəaliyyət çərçivəsində müxtəlif təcrübələrə malik tərəfdaşlara effektiv təsir göstərməlidir. Proqram üzrə Müşavir BMT-nin Ölkə Nümayəndəliyində fəaliyyət göstərən proqram heyəti üçün operativ iştirakçı qismində çıxış edir.

Nəticə-Yönümlü Funksional Hesabat (fərdi köməklik, məşğuliyyət, mənafe birliyi və fəaliyyətin təsirinə yönəldilən)


  • Hökumətin prioritetləri və UNFPA-nın proqram üzrə siyasət və proseduralarına əsasən Hökumət tərəfdaşları, UNFPA-nın Regional Ofisi, QHT və digər tərəfdaşlarla birgə əməkdaşlıq çərçivəsində ölkə proqramı və onun komponent layihələrinin tərtibi və layihələndirilməsinə yardımçı olmalıdır. İbrət dərsləri, yeni hazırlanmış siyasət və ən mükəmməl təcrübələrin daxil edildiyi və müvafiq icra və nəzarət mexanizmləri və sistemlərinin yaradıldığı proqram/proyektin layihələndirilməsi işlərinin keyfiyyətlə aparılmasın təmin etməlidir.




  • Reproduktiv Sağlamlıq və Gənclər sahəsi üçün münasib hesab edilən siyasi, sosial və iqtisadi mühiti təhlil və şərh etməli və UNFPA-nın dəstəyi və müdaxiləsi imkanlarını müəyyən etməlidir. Siyasi və strateji sənədləri, dövlət planları və inkişaf mühitini təhlil edən yeni siyasi inkişaf və strategiyalar barədə məlumatları təqdim etməli, siyasi dialoqlar, texniki köməkliyin əlaqələndirilməsi və inkişaf çərçivələri üçün icmal və məlumatları hazırlamalıdır.

  • Mövcud monitorinq və qiymətləndirmə vasitələrindən istifadə etmək və yeni mexanizm və sistemlərlə tanış olmaqla nəticələrin əldə olunması əsasında proqram və layihə işlərinin gedişini təhlil etməli və hesabatı təqdim etməlidir; ziddiyyət və resurs çatışmazlıqlarını müəyyən etməli və düzəliş işlərinin aparılmasını tövsiyə etməlidir. Təsdiq olunmuş layihə büdcələri ilə əlaqədar təchizatın təmin etməli və təchizatın nəzərdə tutulmuş səviyyəyə çatdırılması üçün Layihə xərclərinə və ödənişlərinə nəzarət etməlidir.

  • Layihə ilə bağlı məlumatların vaxtında və səmərəli şəkildə təqdim olunmasını asanlaşdırmaq və layihənin işçi heyətinin təlimə olan ehtiyaclarını ön plana çəkmək məqsədilə icra qurumları, mütəxəssislər, hökumət tərəfdaşları və digər BMT Agentlikləri ilə birgə əlaqələr qurmaqla layihənin idarəolunmasını sürətləndirməli və yardımçı olmalıdır.

  • Proqramlar, layihələr, strategiyalar, yanaşmalar, bilik mübadiləsi və nəzərdə tutulan gələcək strategiyaların tətbiqi zamanı istifadə olunan ibrət dərsləri, mükəmməl təcrübələr və idarəçilik mexanizmləri üzrə davam etdirilən təcrübəni təhlil etməklə cari və Reproduktiv Sağlamlıq və Gənclər məsələləri barədə biliklərin formalaşmasına dəstək olmalıdır.

  • Müvafiq sənədlərin xüsusilə layihə icmalları, konfrans sənədləri, çıxışlar, donor profillərini hazırlamaq və donor toplantılarında və ictimaiyyətin məlumatlandırılmasına həsr olunan görüşlərdə çıxış etməklə Ölkə Nümayəndəliyinin təbliğat və resurslarının mobilizasiyası ilə əlaqədar apardığı səylərə yaxından köməklik göstərməlidir.



Funksional Bacarıqlar

İlkin Bacarıqlar





  • Nəticə-yönümlü proqramların hazırlanması və idarəolunması

İlkin araşdırma və təhlil aparmaqla nəticələrin əldə olunması və proqram/layihələrin icrasına səmərəli şəkildə nəzarət etməklə dəstək olmalıdır. Qəbul edilmiş uğurlu yanaşmaların layihələndirilməsi və tətbiqində həddindən artıq ciddilik prinsiplərini nəzərə alaraq layihənin inkişaf etdirilməsi imkanlarını müəyyən etmək və təkliflərin hazırlanması prosesində yaxından iştirak etmək məqsədilə analitik bacarıqlardan istifadə etməlidir.


  • Yeni yanaşmaların innovasiyası və marketinqi

Mövcud proses və məhsulları genişləndirməlidir. İnnovasiya strategiyaları, ən mükəmməl təcrübələr və yeni yanaşmaları sənədləşdirməli və təhlil etməlidir. Dəyişikliklərə tez bir müddətdə uyğunlaşmalıdır.
Əlavə Bacarıqlar


  • Milli hökumət və tərəfdaşların resurslarının istifadəsi /Strateji ittifaq və tərəfdaşlığın qurulması

Məlumatların bölüşdürülməsi və hadisələr haqqında məlumatların təmin edilməsi məqsədilə geniş əlaqə şəbəkəsi yaradılmalı, saxlanmalı və istifadə olunmalıdır. Tərəfdaş və maraqlı tərəflərlə strateji ittifaqların gücləndirilməsi üçün seçilmiş materialları təhlil etməlidir.


  • Siyasi yönümlü gündəliyin təbliği /irəli sürülməsi

Dəlillərə əsaslanan təbliğata dair müvafiq məlumatları hazırlamalı və əlaqələndirməlidir. Mətbuatda və mülki cəmiyyətdə istifadə edilən əlaqə şəbəkəsini saxlamalı və UNFPA/mandatının müdafiəsi istiqamətində bütün imkanlardan maksimum yararlanmalıdır.


  • Resursların mobilizasiyası

Donorla bağlı verilənlər bazası və məlumatları təhlil edən və saxlayan resursların mobilizasiyası strategiyalarını zəruri məlumatlarla təmin etməli və donorlar üçün təqdimat mərasimlərinin keçirilməsində layihə profilləri ilə əlaqədar verilənlər bazasını təkmiləşdirməlidir.

.

Ümumi Bacarıqlar:



Dəyərlər




Vahidlik/Mandat öhdəliyi


BMT/UNFPA-nın dəyərlərinə uyğun olaraq fəaliyyət göstərməli və görülən işlər üçün hesabat verməlidir. UNFPA-nın mandatı və təşkilati məsələlərdə şəxsi öhdəliyini nümayış etdirməlidir.

Bilik mübadiləsi/Təhsilin davam etdirilməsi


İşçi heyətin təhsili və peşəsinin təkmilləşdirilməsi üçün cavabdehliyi üzərinə götürməli, rəsmi və qeyri-rəsmi vasitələrin köməyi ilə fəal şəkildə bütün imkanlardan istifadə etməlidir. Digərləri tərəfindən qazanılan ən yaxşı təcrübələri mənimsəməklə, təşkilat daxilində və ondan kənarda əldə edilmiş biliklərdən yaralanmalıdır. Yeni təcrübənin fəal şəkildə tətbiqinə və yayılmasına imkan yaratmalıdır

Çoxşaxəli inkişafın dəyərləndirilməsi


Beynəlxalq perspektivləri nümayiş etdirməli, dəyərləndirmə fərqlərini qiymətləndirməli və müxtəlif mədəniyyət sahələrindən bilik əldə etməlidir. Din və mədəniyyətlə bağlı çıxışlar etməli və onlara hörmət, nəzakət hissi ilə yanaşmalıdır. Digər şəxslərin perspektivliyini dərindən anlamaq üçün məlumat əldə etməli, müşahidələr aparmalı və onun davranış xüsusiyyətlərini və tendensiyalarını davamlı şəkildə nəzərdən keçirməlidir.

İdarəçilik Əlaqələri

Qruplarla iş fəaliyyəti


Ümumi məqsədlərə nail olmaq və vəzifələrin bölüşdürülməsinə imkan yaratmaq məqsədilə UNFPA daxilində və ondan kənarda çalışan həmkarlarla birgə fəaliyyət göstərməlidir. Ziddiyyətlərin fəal şəkildə həlli yollarını axtarmalı və qrup tərəfindən verilən qərarlara dəstək olmalıdır.

Məlumat və ideyaların təqdim olunması


Yazılı və şifahi məlumatlar vaxtında, düzgün qaydada və asanlıqla başa düşülən tərzdə təqdim olunmalıdır. Məlumatların dinlənilməsi və mübadiləsi məqsədilə toplantı və qrup müzakirələrinə fəal şəkildə cəlb olunmalıdır. Məsələlərin həlli istiqamətində fikirlərini səmimiyyətlə ifadə etməli və digərlərinin fikirlərinə hörmətlə yanaşmalı və cavablandırmalıdır.

Mübahisələrin idarəolunması və Özünüidarə

Böhran və ya gərgin hallar yaşandığı müddət ərzində sakit, rahat və səbirli olmağa çalışmaqla şəxsi reaksiya göstərməli və ziddiyyət təşkil edən mübahisələri aradan qaldırmalıdır. Məsələlərin həllinə yönəldilən narazılıqları asanlıqla ifadə etməlidir. Qeyri-müəyyən və ya anlaşılmaz şəraitə tab gətirməli və işlərini səmərəli şəkildə davam etdirməlidir.


İnsanlarla birgə fəaliyyət




Səlahiyyət Əhalinin inkişafı / Məhsuldarlığa nəzarət


Qrupun digər üzvləri ilə bağlı nəticələrin əldə olunmasına fəal şəkildə köməklik göstərmək məqsədilə imkanların araşdırılması ilə məşğul olan işçi qrupa özünü inteqrasiya etməlidir. Özünün zəif və güclü cəhətlərini etiraf etməli və nəzərdə tutulan tənqid və iradları səmimi qarşılamalı və kolleqa və nəzarətçilərlə ədalətli davranmalıdır. Yeni məqsədlər və tapşırıqlar axtarmalı və onların öyrənilməsi istəyini bildirməlidir. Fərdi işlərin planlaşdırılması və məqsədlərin müəyyən olunmasında iştirak edən və məhsuldarlığın davamlı şəkildə artırılmasını yerinə yetirən şəxsi heyətin məhsuldarlığı ilə əlaqədar öhdəliyi qəbul etməlidir.

Fərdi Rəhbərlik və Effektivlik

Analitik və strateji düşüncə


Məlumatların toplanması, vəziyyətin təhlili və problemlərin müəyyən olunmasında müvafiq analitik vasitələrdən istifadə etməli və məlumatlardan məntiqi nəticələr çıxarmalıdır. Nəticələrə dair strateji təsirlərə malik tapşırıq və fəaliyyətə yönəldilən müvafiq prioritet məsələləri aydınlaşdırmaq bacarığını nümayiş etdirməlidir. Qrupun və digər maraqlı tərəflərin məlumata olan ehtiyaclarını əvvəlcədən nəzərə almaq və onunla yaxından tanış olmaq.

Nəticələrin istiqamətləndirilməsi / Yüksək keyfiyyət


İşçi heyətin yüksək keyfiyyət normalarına cavab verməsi istiqamətində səy göstərməlidir. Vəziyyətlə əlaqədar yaranmış ehtiyacların ödənilməsi istiqamətində işlər görməli və uğurlu nəticələrin əldə edilməsinə israrla yanaşmalıdır.

Qərarların müvafiq qaydada və şəffaf şəkildə qəbul edilməsi


Müxtəlif və mürəkkəb məsələləri nəzərə almaq və qərarlara ediləcək hər hansı təsirlərlə bağlı öhdəliyi üzərinə götürməklə vaxtında və müvafiq qərarlar qəbul etməlidir.


Tələb olunan keyfiyyətlər:

Biz aşağıda qeyd olunan tələblərə cavab verən namizədlər axtarırıq:


  • Gündəlikdə duran siyasət yönümlü məsələlərin təbliği və ön plana

çəkilməsi bacarığı.

  • Yeni yanaşmaların innovasiyası və marketinqi ilə əlaqədar təcrübə.

  • Üstünlük, öhdəçilik və müxtəlif fikirlərə hörmətlə yanaşma.

  • Əlaqələr, informasiya mübadiləsi və əhalinin inkişaf etdirilməsi qabiliyyəti

Analitik və strateji düşünmə qabiliyyəti və nəticələrin istiqamətləndirilməsi
İş tələbləri:
Akademik tələblər:

  • Səhiyyə, demoqrafiya və ya bununla bağlı digər sosial elmi sahədə magistr dərəcəsi

Təcrübə:

  • Dövlət və özəl sektorda proqram/layihənin idarəolunmasında ən azı 3-5 il peşəkar təcrübə .

Dillər:

  • İngilis və Azərbaycan dillərində yazılı və şifahi sərbəst danışıq qabiliyyəti

Kompüter bacarığı:

  • Hazırkı ofis proqram təminatları üzrə təcrübə


Ərizələrin təqdim olunması üçün son tarix:



23 avqust 2009-cu il

Ərizələrin təqdim olunma şərtləri

  • Müraciət edənlər əlavə olunmuş İşçi Heyətin Tarixçəsinə (www.un-az.org/vac/August/UNFPA/P_11(fixed).doc ) dair formanı tam doldurulması və tövsiyə verəcək ən azı üç şəxslərin məlumatını daxil etmək və aşağıdakı göstərilən electron ünvanına göndərilməlidirlər.


prog_analyst_unfpa@vacancies.un-az.org

Qeydlər:
1) Yalnız əlavə olunmuş İşçi Heyətin Tarixçəsinə (P11) dair formanın məlumatın səliqəli və tam dolduranlar və təqdim edən namizədlər nəzərə alınacaqlar.

2) Yalnız qısa siyahıya alınan namizədlərlə əlaqə saxlanılacaq

3) Ərizə verən namizədlər hər hansı bir ödəniş haqqı verməməlidirlər.

4) UNFPA bərabər imkanlara malik sifarişçidir



Əlaqə saxlamaq üçün şəxs:


Xanım Yeganə Ismayılova

BMT-nin Əhali Fondu

Tel: (+99 412) 498 98 88 daxili.236

Faks: (+99412) 492 23 79





Yüklə 86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin