109
prosesində işitirak
etmirlər, lakin aktiv əsas fondların fəaliyyətinə normal şərait yaradırlar.
Qeyri-istehsal fondlarına müəssisənin balansında olan yaşayış evləri, uşaq və idman
müəssisələri, zəhmətkeşlərə mədəni - məişət xidməti göstərən digər obyektlər daxildir.
İstehsal fondlarından fərqli olaraq onlar istehsal prosesində iştirak etmir və öz dəyərini hazır
məhsulun üzərinə keçirmirlər. Qeyri - istehsal fondları istehsalın həcminə və əmək
məhsuldarlığının artımına təsir göstərməsə də onların daim artırılması, müəssisə işçilərinin
rifahının yaxşılaşdırılması, onların maddi və mədəni həyat səviyyəsinin yüksəlməsi ilə
qırılmaz surətdə bağlıdır. Bu isə son nəticədə müəssisənin fəaliyyətinə müsbət təsir göstərir.
Əsas fondlar təkcə müəssisənin deyil, dolayısı ilə ölkənin maddi - texniki bazasını
təşkil edir. Müəssisənin istehsal gücü, əməyin texnika ilə silahlanması səviyyəsi onların
həcmindən asılıdır. Əsas fondların artımı və əməyin texniki təchizatının daim yüksəldilməsi
əmək prosesini zənginləşdirir, əməyə yaradıcı xarakter verir, cəmiyyətin mədəni - texniki
səviyyəsini artırır. Əsas fondlar istehsalın intensivləşdirilməsinin bütün amilləri hesabına
makro iqtisadi artımını təmin edən başlıca zəmindir.
Cəmiyyətin maddi resurslarının ən mühüm hissəsi məhz əsas fondlarda öz əksini tapır.
Əsas fondların 60 - 70 faizə qədərini əsas istehsal fondları təşkil edir. Müəssisənin əsas
istehsal fondları külli miqdarda əmək vəsaitlərindən ibarətdir ki, onlar da özlərinin iqtisadi
həmcinsliyinə baxmayaraq məqsədli təyinatına, istismar müddətlərinə və digər
xüsusiyyətlərinə görə fərqlənirlər. Elə buradan da əsas fondların müxtəlif qruplar üzrə
təsnifatı meydana çıxır. Mövcud təsnifata görə müəssisənin əsas istehsal fondları aşağıdakı
qruplara bölünür:
-mülkiyyət hüququ əsasında müəssisəyə məxsus olan torpaq sahələri və təbiətdən
istifadə obyektləri (su, yerin təki, digər təbii resurslar);
-binalar (istehsal - texniki, xidməti və s.);
-tikililər (istehsala xidmət edən mühəndis - inşaat obyektləri);
-ötürücü qurğular (elektrik şəbəkələri, istilik şəbəkələri);
-maşınlar və avadanlıqlar (iş maşınları və avadanlıq, güc maşınları və avadanlıq);
-ölçü və tənzimləyici cihazlar, qurğular və laboratoriya avadanlığı;
-hesablama texnikası;
-nəqliyyat vasitələri (daxili və istehsaldankənar);
-alətlər və tərtibatlar (dəyəri 50 minimum əmək haqqı məbləğindən artıq olanlar);
-istehsal və təsərrüfat inventarları;
-təsərrüfatdaxili yollar;
-torpaqların və icarəyə götürülmüş binaların, əsas avadanlığın və əsas fondlara aid
edilən digər obyektlərin yaxşılaşdırılması üçün kapital qoyuluşları.
Əsas fondların ayrı - ayrı qruplarının onların ümumi həcmində tutduğu yerə görə bu
fondların istehsal strukturu müəyyən edilir. Əsas fondların hansı qruplarına vəsait qoyulması
müəssisə üçün çox əhəmiyyətlidir. Müəssisə maşın və avadanlığın, yəni fondların aktiv
hissəsinin xüsusi çəkisinin optimal ölçüdə artırılmasında həmişə maraqlıdır. Çünki fondların
bu hissəsi istehsalın həlledici sahələrinə xidmət edir, bu və ya başqa məhsul buraxılışı üzrə
111
quraşdırılması xərclərinin məbləği daxildir. Bu göstəricilər amortizasiya normasını və
amortizasiya ayırmaları ölçüsünü, müəssisə aktivlərinin mənfəətini və rentabelliyini,
onlardan istifadə göstəricilərini təyin etmək üçün tətbiq olunur.
Elmi-texniki tərəqqi əsas fondların istehsalı şərtlərinin və amillərinin dəyişilməsinə,
deməli, onların istehsal xərclərinin, cari bazar qiymətlərinin və tariflərinin dəyişilməsinə təsir
edir. Vaxt keçdikcə əsas fondlar müəssisənin balansında qarışıq qiymətlərlə, daha doğrusu,
onların yaradılması və ya əldə edilməsinin cari bazar qiymətləri ilə əks etdirilir. Belə çıxır ki,
müasir təsərrüfatçılıq şəraitində əsas fondların ilk dəyəri ilə qiymətləndirilməsi onların
istənilən tarixə həqiqi dəyərini real əks etdirmir. Ona görə də əsas fondların yenidən
qiymətləndirilməsi və onların vahid dəyər ölçülərinə gətirilməsi zərurəti yaranır. Bu
məqsədlə əsas fondların bərpa dəyərinə görə qiymətləndirilməsi lazım gəlir.
Bərpa dəyəri müasir şəraitdə əsas fonların təkrar istehsalına çəkilən xərcləri əks etdirir.
Bir qayda olaraq bərpa dəyəri əsas fondlar yenidən qiymətləndirilərkən müəyyən edilir. Əsas
fondların qiymətləndirilməsi hökumətin xüsusi qərarı ilə həyata keçirilir və belə bir tədbir
ölkəmizdə axırıncı dəfə 1 iyul 1996 - cı il tarixə “Azərbaycan Respublikasında əsas
vəsaitlərin (fondların) yenidən qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2 avqust 1996-cı il tarixli 99 saylı qərarı ilə aparılmışdır. Əsas fondların
yenidən qiymətləndirilməsi nəticəsində onların bərpa dəyəri kəskin şəkildə artır və bunun
nəticəsi kimi müəssisənin maliyyə-iqtisadi göstəriciləri pisləşir.
Dostları ilə paylaş: