151
malik olan kommersiya müəssisə və təşkilatlarının maliyyəsindən fərqli olaraq ev
təsərrüfatının maliyyəsi maliyyə sisteminin üstün həlqəsi deyildir və tabe, lakin maliyyə
münasibətlərinin ümumi məcmuuda əhəmiyyətli rol oynayır.
Ev təsərrüfatının üzvləri məhsul istehsal etmək və müxtəlif növ xidmət göstərməklə
bazarda həmin məhsulun satıcıları və eyni zamanda onlar, bu məhsulların başlıca
istehlakçıları kimi çıxış edir. Bu səbəbdən də, ev təsərrüfatı iqtisadi münasibətlərin
əhəmiyyətli subyektinə malik olur. iqtisadiyyatın ən iri subyekti olmaqla kommersiya
müəssisələri (təşkilatları) dövlətlə birlikdə ev təsərrüfatının bütün makro tənzimləmə
prosesində iştirak edir. Onların iqtisadi nəticələrindən nəinki ayrıca təsərrüfat vahidinin və
habelə bütövlükdə ölkənin əhalisinin rifahı asılıdır. Ev təsərrüfatı ölkənin iqtisadiyyatı ilə
qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqda olur və cəmiyyətin sosial-siyasi sabitliyi ilə şərtlənir.
Ev təsərrüfatının daxili və xarici pul münasibətləri fərqləndirilir. Daxili pul
münasibətlərinə müxtəlif ailə pul fondlarının (uzun müddətə istifadə edilən əmtəələrin əldə
edilməsi, mənzil alınması və s. üçün ehtiyat fondu) formalaşması üzrə maliyyə (pul)
münasibətləri, xarici maliyyə münasibətlərinə isə hüquqi şəxslər və dövlətlə cari tələbatın
səviyyəsini saxlamaq üçün sığorta ehtiyatlarını, gələcəkdə investisiyalaşdırmaq məqsədilə
pul fondlarının formalaşdırılması üzrə münasibətləri və s. aid etmək olar. Ev təsərrüfatının
xarici maliyyə münasibətləri ev təsərrüfatında aşağıdakı maliyyə münasibətləri baş verir:
• digər ev təsərrüfatları ilə birgə pul fondlarının formalaşması və istifadəsi üzrə (onlara
ev təsərrüfatının iştirak edə biləcək qarşılıqlı mübadiləsi aid deyil) münasibətlər;
• maddi istehsalın və ya xidmət sahələrinin müxtəlif sferalarında işləyən və ev
təsərrüfatına nisbətən işverən kimi çıxış edən müəssisələr ilə istehsal edilmiş məcmu daxili
məhsulun bir hissəsinin dəyər formada bölgüsü
üzrə münasibətlər;
• kommersiya banklar: ilə istehsal krediti cəlb etmək və onların ödənilməsi bank
hesablarında müvəqqəti azad pul vəsaitlərini yerləşdirmək üzrə;
• sığorta təşkilatları ilə müxtəlif sığorta fondlarının formalaşdırılması və
istifadəsi üzrə;
• dövlət ilə büdcə və büdcədənkənar fondların yaradılması və istifadəsi üzrə.
Yuxarıda göstərilən münasibətlər "ev təsərrüfatı maliyyəsi" kateqoriyasının sosial-
iqtisadi mahiyyətini təşkil edir. İqtisadi sistemdə ev təsərrüfatlarının rolu aşağıdakılardan
ibarətdir:
• Müəssisə tərəfindən istehsal olunan əmtəə və xidmətlərin alıcısı kimi çıxış edirlər.
• Həmin müəssisələrə istehsal amillərini təklif edirlər.
• İstehsalda formalaşan məcmu gəlirin müəyyən hissəsini yığıma yönəldərək, real
maliyyə aktivləri əldə edirlər.
Dostları ilə paylaş: