147
1. Tərtib formasına görə:
• sadə veksellər ( borclu tərfindən yazılır və imzalanır, borcun qaytarılmasının mütləq
öhdəliyidir);
• köçürmə veksellər ( kreditor tərəfindən yazılır və imzalanır, borcluya əmr sayılır).
3. Gəlirlərin ödənilməsi üsuluna görə:
• faiz vekseli ( nominal üzrə satılır, faiz hesablanması çərtini təcəssüm etdirir,
nominaldan yüksək qiymətə ödənilir);
• diskont vekselləri ( nominaldan aşağı qiymət üzrə satılır, faiz hesablamaq şərtini
özündə təcəssüm etdirmir, nominal üzrə ödənilir).
Veksellərə aşağıdakı xassələr xarakterikdir:
• mücərrədlik;
• mübahisəsizlik ( şəksizlik);
• etiraz hüququ;
• birgə məsuliyyət.
Veksel ciddi formal sənəddir və mütləq rekvizitləri ehtiva edir ki, onlaran birinin
olmaması onu yarasız edir.
Sertifikat bütövlükdə qısamüddətli qiymətli kağızdır.Bu kağız
kredit müəssisənin
yazılı şəhadətnaməsi olmaqla həmin müəssisədə pul vəsaitinin depozitə qoyulmasını əks
etdirir.Sertifikat əmanətçinin müəyyən olunmuş müddət başa çatdıqdan
sonra əmanət
qoyduğu pul vəsaitini və bu vəsaitə görə fazini geri almasına hüquq verən sənəddir.
Sertifikatlar aşağıdakı kimi təsnifləşdirilir:
• depozit və əmanət sertifikatları;
• adlı və təqdimatlı sertifikatlar;
• müddətli və tələb olunanadək sertifikatlar.
Depozit sertifikatları qiymətli kağızların hüquqi şəxslər tərəfindən əldə olunan
formasıdır. Bu sertifikatlar pul vəsaitlərinin bank tərəfindən depozitə qəbul edilməsini yazılı
sübut edən, sahibinə müəyyən müddətdə tam məbləğdə depoziti və hesablanmış fazii almaq
hüququ verir.Bu sertifikatların nominal qiyməti yüksək olur.
Əmanət sertifikatları qiymətli kağzıların elə bir növüdür ki, bu kağızlar fiziki şəxslər
tərəfindən əldə olunur.Bu sertifikatlar əmanətçilər tərəfindən müəyyən məbləğin əmanətə
verilməsi və bank tərəfindən onun qəbul edilməsini yazılı təsdiq edir.Sahibinə müəyyən
müddətdə əmanəti və ona hesablanmış faizi geri almaq hüququ verir.Əmanət sertifikatları
aşağı nominal qiymətə malik olurlar.
13.5. FOND BİRJALARI
Qiymətli kаğızlаr bаzаrının iştirаkçılаrının məcmusu оnun təşkilаti strukturunu təşkil еdir.
Qiymətli kаğızlаrın infrаstrukturu аşаğıdаkılаrdаn ibаrətdir: birjа ticаrət sistеmi (fоnd
birjаsı); birjаdаnkənаr ticаrət sistеmi; qеydiyyаtçılаr; dеpоzitаrilər; hеsаb-ticаrət sistеmi;
infоrmаsiyа аgеntliyi və şəbəkələr.
149
BFB-nın yerli banklar, prokerlər və İstanbul Fond Birjası da daxil ilmaqla 20 səhmdarı
mövcuddur. Birjanın fəaliyyəti AR Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən
tənzimlənirdi. Hazırda bunu Mərkəzi Bank həyata keçirir.
BFB yarandığı dövrdən aşağıdakı istiqamətlərdə iş aparılmışdır:
1) Səmərəli maliyyə vasitəçiliyi həyata keçirilməsi üçün əməliyyat infrastrukturu
yeniləşdirilmişdir;
2)ticarət sistemlərinə məsafədən qoşulma və poçt-ticarət sistemlərinin inteqrasiyası
keçirilmişdir;
3)kompleks investisiya xidmətlərinin həyata keçirilməsini təmin edən qanunvericilik
bazası yaradılmışdır;
4)dünyanın bir çox maliyyə mərkəzləri və fond birjaları ilə əməkdaşlıq əlaqələri
qurulmuşdur;
5)enerji sektorunun qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi intensivləşmiş,
BVF-da valyuta, qızıl, gümüş və digər əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət
başlanılması kimi mühüm nailiyyətlər əldə edilmişdir.
Dostları ilə paylaş: