“maliYYƏ” fənnindən mühazirə mətnləri


BEYNƏLXALQ MALIYYƏ MÜNASIBƏTLƏRININ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə149/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   145   146   147   148   149   150   151   152   ...   157
Maliyyə muhazirələri yeni (1)

 
15.1.BEYNƏLXALQ MALIYYƏ MÜNASIBƏTLƏRININ  MƏZMUNU VƏ 
STRUKTURU  
 
Maliyyə  münasibətlərinin  fəaliyyət  dairəsi  ayrı-ayrı  ölkələrin  sərhədləri  ilə 
məhdudlaşmır.  Bu  münasibətlər  beynəlxalq  iqtisadiyyatın  və  beynəlxalq  əlaqələrin  əsasını 
təşkil edir. Аdətən maliyyə beynəlxalq iqtisadi əlaqələrdə aparıcı münasibətlər sistemi kimi 
çıxış edir.  
Beynəlxalq maliyyə münasibətləri dedikdə, dövlətlər və beynəlxalq maliyyə təşkilatları 
arasında yаrаnаn pul münasibətləri nəzərdə tutulur. Bu pul münasibətləri əsas etibarilə dünya 
ölkələri  arasında  idxal-ixrac  əməliyyatları  və  kapitalın  beynəlxalq  hərəkəti  prosesində 
meydana  çıxır.  Idxal-ixrac  əməliyyatları  zamanı  malların  dəyərləndirilməsi,  dövlətlər 
arasında  borc  münasibətləri,  investisiya  axını,  ayrı-ayrı  ölkələrdəki  müəssisələrdən  digər 
ölkələrə gəlirlərin transferi (köçürülməsi) məhz beynəlxalq maliyyə vasitəsilə tənzimlənir.  
Beynəlxalq  maliyyə  həm  də  tarixi  kateqoriyadır.  Belə  ki,  bu  münasibətlərin  meydana 
gəlməsi  dövlətlərin  yaranması  və  ticarətin  meydana  gəlməsi  dövrlərini  əhatə  edir.  Ilkin 
olaraq qızıl və pul münasibətlərinin meydana gəlməsi, mübadilənin natural formadan bazar 
formasına    keçməsi  beynəlxalq  maliyyə  münasibətlərinin  yaranmasına  səbəb  оlmuşdur. 
Əmtəə-pul münasibətləri ticarətin bütün dünyaya yayılmasına və dövlət səviyyəsində ticarət 
əməliyyatlarının genişlənməsinə imkan yaratdı. Hələ qədim dövrlərdən yaranmağa başlamış 
beynəlxalq  maliyyə  münasibətləri  zaman  keçdikcə  genişlənmiş,  iqtisadiyyatın  bütün 
sahələrini  əhatə  etməyə  başlamış  və  bir  sistem  kimi  formalaşmışdır.  Artıq  indiki  iqtisadi 
inkişaf səviyyəsinə çatmış bu sistem uzun bir inkişaf yolu keçmiş və bütün dünya ölkələri bu 
sistem  daxilində  maliyyə-iqtisadi  münasibətləri  qurmuşlаr.  Bu  sistemin  elementləri,  yaxud 
həlqələri kimi çoxlu beynəlxalq və regional maliyyə təşkilatları yaranmış, öz fəaliyyətlərini 


160 
 
 
 
xeyli genişləndirmişlər.  
Beynəlxalq maliyyə münasibətləri bir sıra formalarda özünü təzahür etdirir. Bunlardan 
valyuta münasibətlərini, kredit münasibətlərini, investisiya münasibətlərini göstərmək olar ki, 
bu zaman da beynəlxalq maliyyə münasibətləri bu və ya digər formada təzahür edir.   
1.Beynəlxalq maliyyə münasibətlərini çox zaman valyuta münasibətləri kimi xarakterizə 
edirlər ki, bu da valyuta münasibətlərinin beynəlxalq iqtisadi və maliyyə sistemində əsas  yer 
tutması ilə bağlıdır. Belə ki, valyuta bütün iqtisadi münasibətlərdə əsas ödəniş vasitəsi, bütün 
dünya üzrə yığım və borc vasitəsidir.     
2.Beynəlxalq  maliyyə  münasibətlərinin  ən  mühüm  təzahür  formalarından  biri 
beynəlxalq kreditlər və kredit münasibətləridir. Beynəlxalq kredit münasibətləri qaytarılması 
və faizi ödənilməsi şərtilə valyuta  və əmtəə ehtiyatlarının təqdim olunması ilə əlaqədar olan 
beynəlxalq iqtisadi münasibətlər sferasında borc kapitalının hərəkətidir.   
Beynəlxalq maliyyə:  Bazar və  qeyri-bazar  maliyyəsinə ayrılır.  
Beynəlxalq bazar maliyyəsi-bu, daxili bazar tədavülündən götürülmüş xarici və Avropa 
banklarında  müvəqqəti  azad  pul  vəsaitlərinin  depozitləşdirilməsi,  beynəlxalq  borc  və  pay 
(səhm)  qiymətli  kağızlarının  alınması  vasitəsilə  beynəlxalq  maliyyə  bazarlarında 
yerləşdirilmiş dünya ölkələrinin dövlət və özəl strukturlarının maliyyəsidir. Bazar beynəlxalq 
maliyyəsi bazar şərtləri ilə ölkələrin kredit reytinqinə uyğun olaraq verilir.  
Dünya maliyyəsinin strukturu beynəlxalq maliyyə bazarlarının, beynəlxalq bank işinin, 
beynəlxalq təşkilatların maliyyəsinin və beynəlxalq portfel investisiyalarının məcmusundan 
ibarətdir.  
Beynəlxalq maliyyənin tərkibində özəl və açıq (ümumi)  maliyyəni ayırmaq olar. Özəl 
maliyyənin əsas subyektləri dövlətlərin milli və xarici, fiziki və hüquqi şəxsləri, habelə onlar 
tərəfindən yaradılan təşkilatlardır. Ümumi maliyyənin subyektlərinə suveren dövlətlər, dövlət 
təşkilatları, dövlət qurumları, azad şəhərlər və sair aiddir.  
Dünya  maliyyə  bazarı    funksional  baxımdan:  valyuta  bazarlarına,  sığorta  xidməti 
bazarlarına, kredit bazarına, səhm və kredit bazarlarına bölünür.  
Maliyyə aktivlərinin tədavülü müddətinə görə beynəlxalq maliyyə bazarının  aşağıdakı 
seqmentləri seçilir:   
 valyuta bazarları    kapital bazarları.  
Beynəlxalq  maliyyə  bazarı  iştirakçılarının  tiplərinin,  forma  və  növlərinin  müxtəlifliyi 
onların  geniş  təsnifləşdirilməsini  tələb  rdir.  Təsnifləşdirmənin  aşağıdakı  əlamətləri  seçilir: 
əməliyyatda subyektlərin iştirakı xarakteri, iştirakın məqsəd və motivləri, elemenilərin tipləri 
və onların xarakteristikası; subyektin ölkə mənşəliliyi, investor və borclunun tipləri.  
     

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin