161
aşağıdakılar çıxış edir. Müəssisələrdə kapitalın dövriyyəsi prosesində pul formasında
müvəqqəti sərbəstləşmiş kapital, dövlətin və xüsusi bölmənin banklara cəlb edilmiş pul
yığımları və sair.
Beynəlxalq kredit bir sıra prinsiplər əsasında fəaliyyət göstərir. Bu prinsipləri aşağıdakı
kimi müəyyən etmək olar:
1) Qaytarılma. Alınmış kreditlər, xüsusilə beynəlxalq kreditlər hökmən qaytarılmalıdır.
Başqa sözlə, müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməlidir.
2) Ödənilmə. Bu dəyər qanununun fəaliyyətinin
və kreditin şərtlərinin
həyata keçirilməsi üsulunu əks etdirir. Bu zaman, ilk növbədə kreditə görə faizlərin
ödənilməsi həyata keçirilir.
3) Maddi təminatlıq. Kreditlərin maddi təminatlığı dedikdə, onun ödənilməsinə zəmanət
başa düşülür. Yəni kredit alınan maddi imkanları tam ödənilməli və bu imkanlar krediti
ödəyə biləcək
səviyyədə olduğu halda, kreditlər verilə bilər.
4) Məqsədli xarakter. Beynəlxalq kreditlər necə gəldi hər bir ehtiyacı olana verilmir.
Belə kreditlər konkret məqsədlər və layihələr əsasında verilir və məqsədli xarakter daşıyır.
Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq kredit bir sıra vacib funksiyaları
yerinə yetirir. Həmin funksiyalar aşağıdakılardan ibarətdir:
1. Borc kapitalının ölkələr arasında yenidən bölgüsü.
2. Beynəlxalq hesablaşmalar sahəsində dövriyyə xərclərinə qənaət edilməsi.
3. Kapitalın qovuşmasının və mərkəzləşdirilməsinin sürətləndirilməsi.
Dostları ilə paylaş: