Maliyyə hesabatı


Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası



Yüklə 3,18 Mb.
səhifə24/124
tarix24.12.2023
ölçüsü3,18 Mb.
#193062
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   124
S.S-bz-liyev-Derslik Maliyy-Hesabat-

Maliyyə hesabatı formalarında düzəlişlərin aparılması qaydası


Maliyyə hesabatı doldurulan zaman hər hansı bir səhvə yol vermək olmaz. Konkret olaraq, yol verilən bir səhvi düzəltmək olmaz. “Mühasibat uçotu” haqqında Qanunda dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanları nəzərdə tutulmur (vergi hesabatlarından başqa).


Cari dövrün təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsi aşkar- landığı hallarda hesabat dövrünün sonunadək mühasibat uçotunun müvafiq hesablarında əlavə müxabirləşmələr tərtib etməklə düzəlişlər aparıla bilər.
Hesabat ili başa çatdıqdan sonra əgər illik maliyyə hesabatı hələ təsdiq olunmamışdırsa, düzəlişlər dekabr ayının mühasibat müxabirləşmələrində həyata keçirilir. Bu düzəlişlər müvafiq ünvanlara təqdim olunur.
Əgər, ötən ilin təsərrüfat əməliyyatlarında yol verilən səhvlər cari ildə müəyyənləşdirilmişdirsə, onda hər hansı bir düzəlişin aparılmasına yol verilmir.
Beləliklə, bütün hallarda yol verilən səhvlər həmin dövrdə düzəldil- məlidir, ötən tarixlə düzəliş aparmaq olmaz.
Mühasibat uçotunda səhvlərin müstəqil sürətdə aşkarlanması və düzəldilməsinə görə təşkilatın baş mühasibinə cərimə qoyulmur.


    1. İnventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biridir




İnventarlaşma dedikdə, təşkilatın əmlak və öhdəliklərinin faktiki mövcudluğunun mühasibat uçotu məlumatlarına uyğunluğunun yoxlanıl- ması başa düşülür.
İnventarlaşmanın başlıca məqsədi aşağıdakılardır:

  • əmlakın faktiki mövcudluğunun aşkara çıxarılması;

  • əmlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatları ilə üzləş- dirilməsi;

  • maliyyə öhdəliklərinin uçotda tam əks etdirilməsinin yoxlanılması.

Bu zaman müəssisənin əmlakı dedikdə, əsas vəsaitlər, qeyri-maddi aktivlər, maliyyə qoyuluşları, istehsalat ehtiyatları, hazır məhsullar, mallar, sair ehtiyatlar, pul vəsaitləri və onların ekvivalentləri, digər maliyyə aktivləri, maliyyə öhdəlikləri qismində kreditor borcları, bank kreditləri, borclar və ehtiyatlar başa düşülür. Bunlardan başqa, təşkilatın mühasibat uçotunda qeydə alınan, lakin ona mənsub olmayan əmlakın digər növləri (məsuliyyətli müha- fizəyə qəbul edilən, icarəyə götürülən, emal üçün alınan), habelə hər hansı bir səbəbdən qeyd olunmayan əmlak da inventarlaşmaya məruz qalmalıdır.
Yerləşdiyi məkandan yerdən asılı olmayaraq, təşkilatın bütün əmlakı və maliyyə öhdəliklərinin bütün növləri inventarlaşdırılmalıdır. Əmlakın inventarlaşdırılması onun yerləşdiyi yerlər və maddi məsul şəxslər üzrə həyata keçirilir.
İnventarlaşmanın aparılması qaydası (hesabat dövründə inventarlaş- manın sayı, onun keçirildiyi tarix, əmlak və öhdəliklərin siyahısı və i.a.) təşkilatın rəhbəri tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında məcburi inventarlaşma aparılması da mümkündür.
Bütün hallarda illik hesabat tərtib ediləndən əvvəl inventarlaşma həyata keçirilir.
Təşkilatda inventarlaşmanı aparmaq üçün aşağıdakı tərkibdə komis- siya yaradılır:



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin