99) Erkən zahılıq dövrünün davamiyyəti nə qədərdir?
A) 5 – 6 gün
B) 12 saat
C) 2 saat
D) 40 gün
E) 1 gün
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
100) Doğuşdan sonra hansı qadınlarda uşaqlıq boynu yoxlanılır?
A) Hamilə qadınlarda
B) Ürək, qan-damar xəstəliyi olan qadınlarda
C) Hipertoniyası olan qadınlarda
D) Risk qrupuna aid olan qadınlarda
E) Bütün qadınlarda
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
101) Mamalıq maşasını qoymaq üçün aşağıdakı şəraitlərdən hansı düzdür?
A) Həqiqi konyuqata 11 sm, çanaq ilə döl başı arasında uyğunluq, diri döl, uşaqlıq boynu tam açıq olduqda
B) Həqiqi konyuqata 8 sm, ölü döl, uşaqlıq boynu tam açıq olduqda
C) Həqiqi konyuqata 11 sm, döl kisəsinin vaxtından gec açılması
D) Həqiqi konyuqata 11 sm, uşaqlıq boynunun tam açılışı, çanaqla döl başı arasında uyğunsuzluq
E) Həqiqi konyuqata 8 sm, diri döl, uşaqlıq boynunun natamam açılması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
102) Normal doğuşda çanaqla döl başı arasındakı topoqrafiq münasibəti təyin etmək üçün daxili müayinədə nəyə fikir vermək lazımdır?
A) Kiçik çəp ölçü, böyük əmgək
B) Oxabənzər tikiş, kiçik əmgək
C) Şaquli ölçü, burun kökü
D) Böyük çəp ölçü, böyük əmgək
E) Kiçik çəp ölçü, kiçik əmgək
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |