Yoluxucu xəstəliklər
1016) Yoluxucu xəstəliklərdə infeksiya mənbəyi bunlardan hansılardır?
A) Xəstə insan, patoloji prosesin lokallaşdığı yer, rekonvalessentlər
B) Xəstə insan, qida, ərzaq məhsulları
C) Xəstə insan, rekonvalessentlər və sağlam insan
D) Xəstə insan, xəstə heyvan
E) Xəstə insan, xəstə heyvan, infeksiya gəzdirənlər, rekonvalessentlər
Ədəbiyyat: N.Əliyev. Yoluxucu xəstəliklər 1993
1017) Dezinfeksiyaedici məhlullar hansılardır?
A) Xloramin, lizol, hemodez, poliqlükin
B) Xloramin, lizol, xlorlu əhəng, hidrogen-peroksid, fenol B-propiolakton
C) Xlor, süleymani məhlulu, fenol, hemodez
D) Regidron, lizol, xlorlu əhəng, fenol
E) Lizol, xloramin, albumin, reopoliqlükin, B-propiolakton
Ədəbiyyat: И.Г. Булкин. В.И. Покровский «Инфекционные болезни с основами» эпидемиологи 1979
Dostları ilə paylaş: |