523) Hansı preparat bədxassəli şişin kimyaterapiyasında istifadə edilir?
A) Etanbutol
B) Siklofosfan
C) Levamizol
D) Rifampisin
E) Orvaqil
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
524) Daxili qanaxmaya səbəb olan ginekoloji xəstəlik hansıdır?
A) Submukoz mioma
B) Yumurtalığın apopleksiyası
C) İntersistial mioma
D) Endometrit
E) Retension kista
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
525) Yumurtalığın apopleksiyasına nə səbəb ola bilər?
A) Follikulun partlaması
B) Uşaqlıq borusunun partlaması
C) Şiş ayaqcığının burulması
D) Peritonit
E) Endometriumun hiperplaziyası
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
526) Yumurtalığın apopleksiyası üçün nə xarakterikdir?
A) Qəflətən baş verən ağrı
B) Arterial təzyiqin yüksəlməsi
C) Güclü xarici qanaxma
D) Bədən hərarətinin yüksəlməsi
E) Ödem
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Dostları ilə paylaş: |