72) Doğuşun sonunda uşaqlığın çəkisi nə qədər olur?
A) 300 q olur
B) 7 dəfə çoxalır
C) Təqribən 1000 q
D) 5 dəfə çoxalır
E) 2 dəfə çoxalır
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
73) Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir?
A) 24 həftə
B) 16 həftə
C) 14 həftə
D) 12 həftə
E) 22 həftə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
74) Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır?
A) Uşaqlıq boynu arxaya yönəlmişdir
B) Xarici dəlik barmağın ucunu buraxır
C) Uşaqlıq boynunun uzunluğu 4 sm
D) Uşaqlıq boynunun uzunluğu 3 sm
E) Uşaqlıq boynunun 1 sm-ə qədər qısalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
75) Doğuşun başlanmasını göstərən əlamət hansıdır?
A) Sancıların 5 – 8 dəqiqədən bir olması
B) Selikli tıxacın xaric olması
C) Qanaxma
D) Dölyani mayenin axması
E) Sancıların 10 – 12 dəqiqədən bir olması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |