908) Bir resept nüsxəsinə neçə psixotrop maddə yazmaq olar?
A) 3
B) 2
C) 1
D) 5
E) 4
Ədəbiyyat: E. Ağayev, İbrahim Rəhimov.“Farmakologiya”. Bakı, 2005
909) Sadalanlardan hansı dərman vasitələrinin parenteral qəbuluna aid deyil?
A) Venadaxili
B) Rektal
C) Əzələdaxili
D) Dərialtı
E) İntraplevral
Ədəbiyyat: Bədəlova X. E. Ağayev, İbrahim Rəhimov. “Farmakologiya”. Bakı, “Nurlan”, 2005
910) Orqanizmə çoxlu miqdarda ineksiya məhlulu yeritmək lazım gələrsə həlledici kimi nədən istifadə edilir?
A) 0,1% kalium permanqanat
B) 4% NaHCO3
C) 5% qlükoza
D) 5% askorbin turşusu
E) 3% hidrogen peroksidi
Ədəbiyyat: E. Ağayev, İbrahim Rəhimov.“Farmakologiya”. Bakı, 2005
911) Peroral yolla orqanizmə yeridilən dərman maddəsi neçə dəqiqədən sonra təsir göstərir?
A) 5 dəqiqə sonra
B) 60 dəqiqə sonra
C) 15-40 dəqiqə sonra
D) Həmin anda
E) 10 dəqiqə sonra
Ədəbiyyat: E. Ağayev, İbrahim Rəhimov.“Farmakologiya”. Bakı, 2005
912) Mədə bağırsaq sisteminin selikli qişasını qıcıqlandıran maddələrə hansı aiddir?
A) Almagel
B) Adrenalin
C) Aspirin
D) Bezilpensillin
E) Festal
Ədəbiyyat: E. Ağayev, İbrahim Rəhimov.“Farmakologiya”. Bakı, 2005
Dostları ilə paylaş: |