257) Doğuşdan sonra septiki xəstəliklərin I qrupuna nə aiddir?
A) Septiki şok
B) Endometrit
C) Döş vəzisinin mastiti
D) Tromboflebit
E) Solpinqooforit
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
258) Sadə yastı çanaqlarda oxabənzər tikiş harada olur?
A) Çanağın girəcəyinin hər hansı bir çəp ölçüsündə
B) Çanağın köndələn ölçüsündə
C) Çanağın çıxacağının düz ölçüsündə
D) Oxabənzər tikiş çanaq oxundan önə tərəf
E) Oxabənzər tikiş çanaq oxundan arxaya tərəf
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
259) Köndələn vəziyyət I mövqe hansıdır?
A) Baş sağdadır
B) Unudulmuş köndələn vəziyyət
C) Baş sol qasıq çuxurundadır
D) Baş çanaq boşluğundadır
E) Baş soldadır
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
260) Natamam abort dedikdə nə başa düşülür?
A) Qanlı ifrazatın olması
B) Döl yumurtası qalıqlarının uşaqlıqda qalması
C) Aşağı seqment nahiyyəsində ağrı
D) Daxili qanaxma
E) Yolda abort
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |