261) Uşaqlığın hansı anomaliyalarında sonsuzluğa rast gəlinir?
A) Uşaqlığın fibromioması
B) Yəhərvari uşaqlıq
C) Qoşa uşaqlıq və uşaqlıq yolu
D) Uşaqlığın həddən artıq kiçik olması
E) Uşaqlığın düzgün olmayan vəziyyətləri
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
262) Hansı yanaşı xəstəliklərdə ən çox hamiləliyin II yarısının toksikozuna rast gəlinir?
A) Süzənək
B) Qripp
C) Anemiya
D) Sidik yollarının xəstəlikləri
E) Qan xəstəlikləri
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
263) Ciftin hansı anomaliyasında doğuş vaxtı qanaxma ehtimalı çoxdur?
A) Cifdə əlavə paycığın olması
B) Göbək ciyəsinin uzun olması
C) Ciftin həqiqi bitişməsi
D) Ciftin infarktı
E) Ciftin kiçik olması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
264) Göbək ciyəsinin hansı anomaliyasında döl üçün təhlükə daha çox ola bilər?
A) Göbək ciyəsinin yalançı düyünü
B) Göbək ciyəsinin həqiqi düyünü
C) Göbək ciyəsinin mərkəzi bitişməsi
D) Göbək ciyəsinin başa dolanması
E) Göbək ciyəsinin kənari bitişməsi
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
265) Eklampsiya zamanı arterial təzyiq 160/110, dölün başı çanaq çıxacağındadır, ürək döyüntüsü 1 dəqiqədə160 vurğudur, bu vaxt mamanın taktikası?
A) Doğuşu stimulə etmək
B) Dölün vakkum-ekstraksiyası
C) Başın deşilməsi
D) Mamalıq maşası qoymaq
E) Keysəriyyə əməliyyatı
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
266) Hamiləlik sarı cismi öz işini hamiləliyin hansı müddətinə kimi davam etdirir?
A) 12 həftə
B) 20 həftə
C) 8 həftə
D) 22 həftə
E) 16 həftə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
Dostları ilə paylaş: |