85) Nə vaxt doğan qadın güc verməməlidir? A) Ciftin ayrılma əlamətləri müsbət olduqda
B) Döl başının xarici fırlanması zamanı
C) Çiyinlər doğularkən
D) Dölün başının ənsə doğulandan sonra
E) Təpə qabarları doğularkən
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
86) Göbək ciyəsinin xarici ucunun təqribən 10 sm uzanması əlaməti kimin adı ilə bağlıdır? A) Pickacek
B) Şreder
C) Krede - Lazarevic
D) Kustner - Cukalov
E) Alfeld
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
87) Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır? A) Qadına gücənmək təklif etmək
B) Qadına nəfəs alması təklif etmək
C) Göbək ciyəsinin pulsasiyasını yoxlamaq
D) Qasıq üzərindən ovucun kənarı ilə bir qədər basmaq
E) Uşaqlıq dibinin hündürdə durma səviyyəsinin dəyişilməsini müəyyən etmək
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985