683) Vərəm əleyhinə peyvəndi kim vurmalıdır? A) Prosedura tibb bacısı
B) Xüsusi hazırlıq keçmiş tibb bacısı
C) Sahə həkimi
D) Həkim
E) Sahə tibb bacısı
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998.
684) Yeni doğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir? A) Silverman
B) Neceparenko
C) Apqar
D) Dubovic
E) Ortner
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998.
685) Doğuş şişi nədir? A) Bətndaxili infeksiya
B) Sümük və sümüküstlüyü arasına qansızma
C) Dölyanı mayenin aspirasiyası
D) Öndə gələn hissənin ödemi
E) Dölyanı mayenin toxumalara toplanması
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998.
686) Baş beyin zədələnməsinin əsas əlaməti hansıdır? A) Sarılıq
B) Hemorragik sindrom
C) Qıcolma
D) Hipotermiya
E) Hipertermiya
Ədəbiyyat: Н.П.Шабалов, Д.А.Ходов «Неонатология» Москва медицина 1998.