84) Yumurtalıqların polikistozunun hormonal markeri hansı göstəricidir?
A) LH/FSH
B) FSH/Testosteron
C) Kettle indeksi
D) AKTH/Kortizol
E) Testosteron/İnsulin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
85) Qızlarda hansı yaş dövründə ikincili cinsi əlamətlərin olması vaxtından əvvəl cinsi inkişaf haqqında subut edir?
A) 4-5 yaşına qədər
B) 5-6 yaşına qədər
C) 3-4 yaşına qədər
D) 7-8 yaşına qədər
E) 9-10 yaşına qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
86) İldə boyun neçə sm kiçilməsi zamanı osteoporozdan şübhələnmək olar?
A) < 2 sm
B) < 1 sm
C) < 6 sm
D) <4 sm
E) <5 sm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
87) Menopauzada osteoporozun kliniki göstəricilərinə aid deyil?
A) Ağrı sindromu
B) Döş qəfəsinin deformasiyası
C) Əsəbilik
D) Onurğanın əyilməsi
E) Boyun 10-12 sm azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
88) Yumurtalıqların birincili hipofunksiyası zamanı qanda hansı hormonal dəyişikliklər baş verir?
A) Qonadotrop hormonlar artır, estrogenlər azalır
B) Qonadotrop hormonlar azalır, estrogenlər azalır
C) Qonadotrop hormonlar artır, estrogenlər artır
D) Qonadotrop hormonlar azalir, estrogenlər artır
E) Qonadotrop hormonlar normada olur, estrogenlər azalır
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
89) Yumurtalıqların ikincili hipofunksiyası zamanı hansı preparatlarla müalicə aparmaq məqsədəuyğun deyil?
A) Ovulyasiyanı stimullaşdıran preparatlarla müalicə
B) Qonadotrop hormonlarla əvəzedici terapiya
C) Qonadotropin-rilizinq hormonunun sintetik analoqları ilə müalicə
D) Osteoporoz əleyhinə müalicə
E) Antiestrogen preparatlarla müalicə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
90) Yumurtalıqların birincili hipofunksiyasına aşağıdakı simptomların hansı xasdır?
A) Hirsutizm, amenoreya, piylənmə
B) Amenoreya, hirsutizm, sonsuzluq
C) Sonsuzluq, uşaqlıq qanaxmalari, piylənmə
D) Amenoreya, sonsuzluq, uşaqlığın və yumurtalıqların hipoplaziyası
E) Uşaqlığın və yumurtalıqların hipoplaziyası, virilizm, amenoreya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2008
5>4>
Dostları ilə paylaş: |