38) 14 həftəlik hamiləlikdə normal dölün ürəyi neçə kameradan ibarət olur?
A) Dörd kameralı
B) Beş kameralı
C) Üç kameralı
D) İki kameralı
E) Bir kameralı
Ədəbiyyat: Клиническое руководство по ультразвуковой диагностике. Под редакцией В.В. Митькова. II том, стр.18 – 19
39) Hamiləliyin birinci üçaylığında öz-özünə uşaqsalma materialında daha tez-tez xromosom aberrasiyalarına hansı aiddir?
A) Triploidiya
B) 15-ci xromosomun trisomiyası
C) 21-ci xromosomun trisomiyası
D) Tetraploidiya
E) Struktur aberrasiyası
Ədəbiyyat: Е.Т.Лильин,Е.А.Богомазов, П.Б.Гофман-Когдошников.»Генетика для врачей» 1990 г.
40) Hamiləliyin ikinci üçaylığında qadınlarda subfebril temperatur, səpki, faringit, boynun limfadeniti müşahidə olunur. Uşaq kiçik bədən çəkisi ilə (2100q), mikrosefaliya, katarakta, karlıq, anadangəlmə ürək qüsuru, hepatosplenomeqaliya, trombositopeniya anemiyası ilə doğulmuşdur. Bu simptomokompleks hansı üçün xarakterdir?
A) Herpetik embriopatiya üçün
B) Məxmərəkli fetopatiya üçün
C) Toksoplazma üçün
D) Xromosom patologiyası üçün
E) Heç biri üçün
Ədəbiyyat: Н.П.Бочков. «Клиническая генетика» 1997 г.
Dostları ilə paylaş: |