252) Xoriokarsinoma hansının bədxassəli törəməsidir:
A) Trofoblastın
B) Teka - toxumanın
C) Desidual qişanın
D) Endometriumun
E) Miometriumun
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
253) Xoriokarsinoma zamanı metastazların daha çox lokalizasiya olduğu yer:
A) Qara ciyər
B) Yumurtalıqlar
C) Uşaqlıq yolu
D) Böyrəklər
E) Parametrium
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
254) Xoriokarsinoma üçün aşağıdakılardan hansı xarakter deyil:
A) Yumurtalıqların teka - lütein kistləri
B) Böyük piyliyə metastazlar
C) Cinsiyyət yollarından residivləşən asiklik qanlı ifrazat
D) Uşaqlıq və ya uşaqlıqdan kənar hamiləliklə mütləq əlaqə
E) Erkən və sürətli metastazlaşma
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
255) Trofoblastik xəstəliyin müalicəsinin effektliyinin qiymətləndirilməsinin əsas diaqnostik üsulu:
A) Kompyuter tomoqrafiyası
B) Laparoskopiya
C) Histeroskopiya, ayrı - ayrılıqda diaqnostik qaşınma
D) Dinamik transvaginal exoqrafiya
E) Qan zərdabında və sidikdə xorionik qonadotropinin titrinin dinamikada təyin edilməsi
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
256) Uşaqlıqdan kənar hamiləlik aşağıdakılardan hansında lokalizasiya oluna bilməz:
A) Uşaqlığın rudimentar buynuzu
B) Yumurtalıq
C) Uşaqlıq yolu
D) Qarın boşluğu
E) Uşaqlıq boynu
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |