260) Aşağıdakılardan hansı qarın boşluğu qanaxmasının səbəbi ola bilməz?
A) Yumurtalığın apopleksiyası
B) Dalağın subkapsulyar partlaması
C) Boru abortu tipi ilə pozulmuş uşaqlıqdan kənar hamiləlik
D) Yumurtalıq şişinin ayaqcığının burulması
E) Tibbi abort zamanı uşaqlığın perforasiyası
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
261) Yumurtalıq artımının boylama axarının kistləri (Qartner yolu) nədən əmələ gəlir?
A) Paranefral yollardan
B) Birincili böyrəyin özülündən
C) Paramezonefrotik (müller) axarının rudimentindən
D) Birincili böyrəyin axarının rudimentindən
E) Urogenital sinusun rudimentindən
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
262) Aşağıdakı hallardan hansında ginekoloji stasionara təcili hospitalizasiya göstəriş deyil:
A) Submukoz miomatoz düyünün doğulması
B) Endometriumun atipik hiperplaziyası
C) Boru abortu tipi ilə pozulmuş uşaqlıqdan kənar hamiləlik.
D) Uşaqlıq artımlarının kəskin irinli iltihabı
E) Yumurtalığın şişinin ayaqcığının burulması
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
263) Ginekologiyada müalicəvi - diaqnostik laparoskopiyanın optimal ağrısızlaşdırma üsulu:
A) Venadaxili anesteziya
B) Endotraxeal narkoz
C) Ağırsızlaşdırma üsulunun seçimi endoskopik müdaxilənin həcmindən və xəstənin vəziyyətinin ağırlığından asılıdır.
D) Peridural anesteziya
E) Yerli infiltrasion anesteziya
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |