637) Cinsi tarım stromasının şişlərinə hansı aiddir?
A) Qranulyoz hüceyrəli şiş
B) Yumurtalığın fibroması
C) Sertoli və Leydiq hüceyrələrinin androblastoması
D) Tekahüceyrəli şiş
E) Bütün bəndlər düzdür
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
638) T2 N1 M0 vulva xərçəngi hansı mərhələyə uyğundur?
A) I
B) IV
C) III
D) II
E) V
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
639) Endometriumun xərçənginin histoloji formasına hansı aid deyil?
A) Solğun hüceyrəli adenokarsinoma
B) Yüksək differensasiya etmiş adenokarsinoma
C) Az differensasiya olunmuş adenokarsinoma
D) Differensasiya olunmamış
E) Buynuzlaşmamış yastı hüceyrəli xərçəng
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
640) Endometriumun hiperplastik prosesinin diaqnozunda daha informasiyalı üsul hansıdır?
A) Uşaqlıq boşluğunun aspiratının sitoloji müayinəsi
B) Histersalpinqoqrafiya
C) Histerskopiya
D) Bioptantın histoloji müayinəsi
E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
641) Endometriumun vəzili-kistoz və atipik hiperplaziya formalarının bilavasitə inkişaf səbəbi hansıdır?
A) Prolaktinin endometriuma təsiri
B) Hiperxolesterinemiya
C) Davamlı anovulyasiya və daimi estrogen stimulyasiyası
D) Hiperlipidemiya
E) Tsiklin II faza çatmamazlığı
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
642) Endometriumun atipik hiperplaziyasının morfoloji mənzərəsinə hansı aid deyil?
A) Hüceyrə polimorfizmi
B) Əyri, girintili-çıxıntılı vəzilərin miqdarının artması
C) Stromanın ödemi
D) Stroma və vəzi komponentlərinin münasibətinin pozulması
E) Mitozun əhəmiyyətli dərəcədə çoxluğu
Ədəbiyyat: Е.М.Вихляева « Руководство по эндокринной гинекологии » 2002 г .
Dostları ilə paylaş: |