686) Kəskin hestasion pielonefritin simptomları birindən başqa hansılardır?
A) Güclü baş ağrısı
B) Zədələnmə tərəfində bel ağrısı
C) Zədələnmiş böyrəyin əks tərəfində uzandıqda ağrının güclənməsi
D) Ödemlər
E) Yüksək hərarət, üşütmə
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
687) Xronik pielonefritin kəskinləşməsi əsasən hamiləliyin hansı müddətində başlayır?
A) 10-21 həftəlikdə
B) 22-28 həftəlikdə
C) 33-38 həftəlikdə
D) 29-32 həftəlikdə
E) 40 həftəlikdə
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
688) Qlomerulonefrit üçün hansı əlamət xarakterik deyil?
A) Sifətin ödemi
B) Oliquriya
C) Sarılıq
D) Bel nahiyəsində ağrı
E) Mikrohematuriya
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
689) Böyrəyin funksional çatışmamazlığı nə vaxt inkar olunur ?
A) Sutka ərzində sidiyin xüsusi çəkisi 1005-1028 arasında dəyişərsə
B) Bütün qeyd olunanlar düzdür
C) Səhər sidiyinin xüsusi çəkisi 1020-dən çox olarsa
D) Heç biri
E) Qanda sidik çövhərinin miqdarı 5 mmol/l-dən (30 mq%) yüksək olmazsa
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
690) Böyrəküstü vəzlərin xronik çatışmamazlığının əmələ gəlmə səbəblərinə göstərilən cavablardan hansı aid deyil?
A) Böyrəküstü vəz qabığının hiperplaziyası
B) İki tərəfli total adrenal ektomiya
C) Böyrəküstü vəz şişləri (angioma, qanqlionevroma)
D) Böyrəküstü vəzlərin autoimmun zədələnməsi
E) QİDS olan xəstələrdə böyrəküstü vəzin nekrozu
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
691) Böyrəküstü vəzilərin xronik çatmamazlığının əsas simptomları birindən başqa hansılardır?
A) Arterial hipertenziya
B) İştahanın pozulması
C) Dəri və selikli qişaların hiperpiqmentasiyası
D) Spastik kolit
E) Arıqlama
Ədəbiyyat: Г.М. Савельева; Л.Г. Сичинaва « Акушерство и гинекология » 2002 г.
692) Hamiləlik zamanı sidik sistemində dəyişiklik törədən faktorlara sadalananlardan hansı aid deyildir?
A) Temperatur
B) Mexaniki
C) Endokrin
D) Anadangəlmə
E) Neyrohumoral
Ədəbiyyat: Акушерство. Под ред. Г.М. Савельевой. М.: Медицина, 2000
Dostları ilə paylaş: |