Mamalıq-ginekologiya ixtisası üzrə yeni 142 test nümunələri
12.11.12-ci il tarixində əlavə olunmuşdur.
1) Ambulator şəraitdə vakuum-aspirasiya metodu vasitəsilə hamiləliyin süni pozulması əməliyyatına aybaşının neçə gündən çox olmayaraq gecikməsi zamanı icazə verilir?
A) 7 gün
B) 20 gün
C) 14 gün
D) 16 gün
E) 10 gün
Ədəbiyyat: Ədəbiyyat:
2) Hamiləliyin süni pozulmasına sosial göstərişlərə aşağıda qeyd olunanlardan hansı aiddir?
A) Çoxuşaqlılıq (5 və ya daha artıq uşaq)
B) Ailədə əlil uşağın olması
C) Nigahdankənar hamiləlik
D) Bütün sadalananlar
E) Hamiləlik dövründə nigahın pozulması
Ədəbiyyat: Ədəbiyyat:
3) Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərə aşağıda qeyd olunanlardan hansı aiddir?
A) Hamiləlik dövründə ərin ölməsi
B) Bütün sadalananlar
C) Qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması
D) Ərin 2-ci qrup əlil olması
E) Qadının qaçqın və ya məcburi köçkün statusunun olması
Ədəbiyyat: Ədəbiyyat:
4) Vakuum-aspirasiya əməliyyatından sonra qadın hansı müddətə tibbi personalın müşahidəsi altında olmalıdır?
A) 6-7 saat
B) 10 saat
C) 4-5 saat
D) 1 sutka
E) 1-2 saat
Ədəbiyyat: Ədəbiyyat:
5) Qadınların doğuşa psixoprofilaktik cəhətdən hazırlanması üzrə məşğələlərin hamiləliyin hansı müddətindən başlanması məqsədəuyğundur?
A) 30 həftə
B) 20 həftə
C) 26-28 həftə
D) 12 həftə
E) 32-34 həftə
Ədəbiyyat: Ədəbiyyat:
6) Zahı qadın doğum evindən evə yazıldıqdan sonra hansı müddət ərzində qadın məsləhətxanasına müraciət etməlidir?
A) 7 gündən gec olmayaraq
B) 42 gündən sonra
C) 10 gündən sonra
D) 30 gündən sonra
E) 3 gündən gec olmayaraq
Ədəbiyyat: Ədəbiyyat:
7) Hansı halda zahı qadın mama tərəfindən patronaj olunmalıdır?
A) Doğum evinin (şöbəsinin) göstərişi üzrə ( telefon və ya yazılı müraciət), doğuşdan sonrakı dövr fəsadlı olduqda
B) Doğum evindən çıxdıqdan sonrakı 7 gün ərzində məsləhətxanaya müraciət etmədikdə
C) Bütün sadalanan hallarda
D) Qadın məsləhətxanasına müəyyən olunmuş müddət ərzində baş çəkmədikdə
E) Erkən evə yazıldıqda ( doğum evindən evə yazıldıqdan 2-3 gün sonra)
Ədəbiyyat: Ədəbiyyat:
8) “Analar məktəbi”ndə qadınlarla məşğələlər hamiləliyin hansı müddətindən başlanır?
A) 20-22 həftə
B) 30-32 həftə
C) 34-36 həftə
D) 15-16 həftə
E) 12 həftə
Ədəbiyyat: Ədəbiyyat:
9) Hamiləlik və doğuşdan sonrakı müddət ərzində verilən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi hamiləliyin hansı müddətində verilməlidir?
A) 30 həftə
B) 32 həftə
C) 28 həftə
D) 34 həftə
E) 35 həftə
Ədəbiyyat: Ədəbiyyat:
10) Kənd təsərrüfatı istehsalatında çalışan qadınlara hamiləliyə və doğuşa görə əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi normal doğuşda hansı müddətə verilir?
A) 126 gün
B) 140 gün
C) 154 gün
D) 180 gün
E) 110 gün
Ədəbiyyat: Ədəbiyyat:
11) İki və daha çox uşaq doğulduqda hamiləlik və doğuşdan sonrakı müddət ərzində verilən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi neçə təqvim günü müddətinə verilir?
A) 154 gün
B) 130 gün
C) 140 gün
D) 126 gün
E) 156 gün
Ədəbiyyat: Ədəbiyyat:
12) Kiçik müddətli hamiləliyin pozulması əməliyyatından əvvəl hansı müayinələr aparılmalıdır?
A) Qanın sifilisə müayinəsi (ekspres-diaqnostika)
B) Birinci hamiləlikdə qanın rezus amili
C) Uretradan, servikal kanaldan və uşaqlıq yolundan götürülən yaxmanın mikroskopik müayinəsi
D) Bütün sadalananlar
E) Qanın İİV-ə müayinəsi
Ədəbiyyat: Ədəbiyyat:
13) Doğuşun çətin olma hallarına hansı hallar aid edilir?
A) Vaxtından əvvəl doğuşlarda diri uşaqla evə yazıldıqda
B) Çoxdöllü doğuşlar
C) Bütün sadalananlar
D) Mamalıq maşası qoyulduqda
E) Hamiləlik dövründə hipertenziv pozğunluqlar
Ədəbiyyat: Ədəbiyyat:
14) Hansı hallar hamiləlik və doğuşdan sonrakı müddət ərzində əmək qabiliyyətinin müvəqqəti itirilmə müddəti nə 14 təqvim günü əlavə olunmasına əsas verir ?
A) Mamalıq maşası qoyulduqda
B) Bütün sadalananlar
C) Dölün vakuum-ekstraktorla xaric edilməsi
D) Ciftin əllə ayrılması
E) Vaxtından əvvəl doğuşlarda diri uşaqla evə yazıldıqda
Ədəbiyyat: Ədəbiyyat:
15) Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının antenatal xidmət müəssisəsinə neçə gəlişi tövsiyə olunur?
A) 5 gəliş
B) 7 gəliş
C) 4 gəliş
D) 9 gəliş
E) 8 gəliş
Ədəbiyyat: Ədəbiyyat:
16) Hamiləliyin fizioloji gedişi zamanı hansı infeksiyaya müayinənin aparılmasına ehtiyac yoxdur?
A) Sifilis
B) İnsan İmmunçatmamazlığı virusu
C) Hepatit B
D) Ureaplazma infeksiyası
E) Məxmərək
Ədəbiyyat: Ədəbiyyat:
17) Hamiləliyin fizioloji gedişatı zamanı birinci gəlişdə hansı müayinənin aparılmasına ehtiyac yoxdur?
A) Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi
B) Toksoplazma gondii JgG, JgM
C) Qanın klinik analizi
D) Ultrasəs müayinəsi
E) Rubella JgG
Ədəbiyyat: Ədəbiyyat:
18) Hamiləliyin fizioloji gedişi zamanı fol turşusu hamiləliyin hansı müddətinə qədər təyin olunmalıdır?
A) 12 həftəyə qədər
B) 8 həftəyə qədər
C) 16 həftəyə qədər
D) 24 həftəyə qədər
E) 32 həftəyə qədər
Ədəbiyyat: Ədəbiyyat:
19) Hamiləliyin fizioloji gedişində fol turşusu hansı dozada təyin olunmalıdır?
A) 500 mkq/sutka
B) 200 mkq/sutka
C) 800 mkq/sutka
D) 5 mq/sutka
E) 400 mkq/sutka
Ədəbiyyat: Ədəbiyyat:
20) Hamilə qadın antenatal xidmət müəssisəsinə ilk dəfə müraciət etdikdə məsləhətvermə xidmətinə neçə dəqiqə vaxt ayrılmalıdır?
A) 10 dəqiqə
B) 15 dəqiqə
C) 50 dəqiqə
D) 30-40 dəqiqə
E) 20 dəqiqə
Ədəbiyyat: Ədəbiyyat:
21) Hansı halda hamilə qadın risk qrupuna aid edilmir?
A) Anamnezində 3 və daha çox özbaşına düşük olan hamilə qadın
B) Anamnezində preeklampsiya , eklampsiya olan hamilə qadın
C) Anamnezində Keysəriyyə kəsiyi əməliyyatı olan hamilə qadın
D) 4 və daha çox doğuşu olmuş hamilə qadın
E) Bədən çəkisi indeksi 24 olan hamilə qadın
Ədəbiyyat: Ədəbiyyat:
22) Hamilənin antenatal xidmət müəssisəsinə neçənci gəlişində ona “Hamilə qadının ev kartası” təqdim olunur?
A) 2-ci
B) 3-cü
C) 1-ci
D) 5-ci
E) 4-cü
Ədəbiyyat: Ədəbiyyat:
23) Hamiləliyin fizioloji gedişində ultrasəs müayinəsi neçə dəfə aparılmalıdır?
A) 5 dəfə
B) 2 dəfə
C) 8 dəfə
D) 3 dəfə
E) 7 dəfə
Ədəbiyyat: Ədəbiyyat:
24) Hamilə qadının boyu 160 sm, çəkisi 62 kq-dır. Qadının bədən kütləsi indeksi (BÇİ) neçədir?
A) 42
B) 35
C) 98
D) 30
E) 24,2
Ədəbiyyat: Ədəbiyyat:
25) Qravidoqramma hansı göstəricinin dinamikada qrafik şəklidir?
A) Bütün sadalananlar səhvdir
B) Hamilə qadının bədən çəkisinin
C) Qarın çevrəsi
D) Dölyanı mayenin miqdarı
E) Uşaqlıq dibinin hündürlüyü
Ədəbiyyat: Ədəbiyyat:
26) Hamiləliyin I trimestrində Rubella JgG (-) olduğu halda həkimin taktikası necə olmalıdır?
A) 1 həftədən sonra müayinə təkrar olunmalıdır
B) Rubella JgM müayinəsi aparılmalıdır
C) Hamiləlik pozulmalıdır
D) 2 həftədən sonra müayinə təkrar olunmalıdır
E) Sadalananların heç biri
Ədəbiyyat: Ədəbiyyat:
27) Rezus mənfi immunizasiya olmamış qadına antirezus antiteli hamiləliyin hansı müddətində yeridilməlidir?
A) 32 həftəsində
B) 28 həftəsində
C) 12 həftəsində
D) 24 həftəsində
E) 18 həftəsində
Ədəbiyyat: Ədəbiyyat:
28) Fizioloji gedişatlı hamiləliyin 40 həftəsində doğuş baş verməyibsə, həkimin taktikası necə olmalıdır?
A) Doğuşun induksiyasına başlanılır
B) Hamilə qadın təcili hospitalizasiya olunur
C) Növbəti gəliş 1 həftədən sonraya təyin olunur
D) Hamiləlik cərrahi yolla başa çatdırılır
E) Sadalananların heç biri
Ədəbiyyat: Ədəbiyyat:
29) Hamiləliyin fizioloji gedişində sifilis, hepatit B və İİV-ə müayinə neçə dəfə aparılır?
A) 5 dəfə
B) 2 dəfə
C) 1 dəfə
D) 3 dəfə
E) Sadalananların heç biri
Ədəbiyyat: Ədəbiyyat:
30) Antenatal qulluq dedikdə nə nəzərdə tutulur?
A) Hamiləlikdən əvvəlki dövrdə nəzarət
B) Doğuş dövründə nəzarət
C) Doğuşdan sonrakı dövrdə nəzarət
D) Doğuşaqədər nəzarət
E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat:
31) Hansı halda hamilə qadın təxirə salmadan tibb müəssisəsinə müraciət etməlidir?
A) Sidik ifrazının azalması
B) Uşaqlıq yolundan qanaxma
C) Bütün sadalanan hallarda
D) Dölün hərəkət aktivliyinin kəskin dəyişməsi
E) Epiqastral və ya sağ qabırğaaltı nahiyədə ağrı
Ədəbiyyat: Ədəbiyyat:
32) Hamilə qadının arterial təzyiqini hansı vəziyyətdə ölçmək olmaz?
A) Sadalananlardan heç biri
B) Kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meylli yarıuzanmış vəziyyətdə olduqda
C) Qadın beli üstə uzandıqda
D) Qadın oturaq vəziyyətdə olduqda
E) Qadın yarımoturaq vəziyyətdə olduqda
Ədəbiyyat: Ədəbiyyat:
33) İİV-ə təkrar müayinə hamiləliyin hansı müddətində aparılmalıdır?
A) 37-38 həftə
B) 34-36 həftə
C) 24-26 həftə
D) 27-28 həftə
E) 29-30 həftə
Ədəbiyyat: Ədəbiyyat:
34) Perinatal səhiyyənin prinsiplərinə hansı aid deyil?
A) Qulluq uyğun texnologiyanın istifadəsinə əsaslanmalıdır
B) Qulluqda ailənin dəstəyinə geniş yer ayrılmalıdır
C) Qulluq tibb müəssisələrinin səviyyəsinə görə müəyyən olunmalıdır
D) Qulluq tam olmalıdır
E) Qulluğun elmi sübutlara əsaslanması vacib deyil
Ədəbiyyat: Ədəbiyyat:
35) Döşlə əmizdirən qadınlar doğuşdan sonra ilk 6 ay ərzində hansı üsuldan istifadə edə bilməzlər?
A) Kondomlar
B) Kombinə olunmuş oral kontraseptivlər
C) Uşaqlıq daxili vasitə
D) Spermisidlər
E) Laktasion amenoreya metodu
Ədəbiyyat: Ədəbiyyat:
36) Döşlə əmizdirən qadınlar doğuşdan 6 həftə keçdikdən sonra hanra hansı üsuldan istifadə edə bilərlər?
A) Kondomlar
B) Spermisidlər
C) Yalnız progestin tərkibli inyeksion kontraseptivlər
D) Yalnız progestin tərkibli oral kontraseptivlər
E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat:
37) Laktasion amenoreya metodu hansı halda hamiləlikdən qorumur?
A) Körpəyə əlavə qida və maye verilir
B) Ana körpəni yalnız döşlə əmizdirir
C) Doğuşdan sonra 6 aydan az vaxt keçmişdir
D) Əmizdirmələr arasında fasilə gündüzlər 4 saatdan, gecələr 6 saatdan çox olmur
E) Doğuşdan sonra ananın aybaşı tsikli bərpa olunmamışdır
Ədəbiyyat: Ədəbiyyat:
38) Abortdan sonra qadının dərhal klinikaya müraciət etməsini tələb edən əlamət hansıdır?
A) Bütün sadalananlar
B) Başgicəllənmə
C) Qanaxmanın 2 gündən artıq davam etməsi
D) Qanaxmanın artması
E) Hərarət, halsızlıq
Ədəbiyyat: Ədəbiyyat:
39) Döşlə əmizdirməyən qadınlar doğuşdan hansı müddət keçdikdən sonra kombinə olunmuş oral kontraseptivlərin qəbuluna başlaya bilərlər?
A) 2 həftə
B) 16 həftə
C) 12 həftə
D) 8 həftə
E) 3 həftə
Ədəbiyyat: Ədəbiyyat:
40) Kombinə olunmuş oral kontraseptivlərin qəbulu üçün hansı hal əks-göstərişdir?
A) Yaşı 35 və daha çox olmaqla gün ərzində 15 ədəddən çox siqaret çəkən qadınlar
B) Güclü aybaşı qanaxmaları səbəbindən anemiyası olan qadınlar
C) Abortdan sonra
D) Doğuşdan 6 aydan artıq vaxt keçdikdən sonra uşaq əmizdirən qadınlar
E) Anamnezində uşaqlıqdankənar hamiləlik olmuş qadınlar
Ədəbiyyat: Ədəbiyyat:
41) Hansı qadınlar Kombinə olunmuş oral kontraseptivlərdən istifadə edə bilərlər ?
A) HİV-ə yoluxmuş qadınlar
B) Böyük cərrahi əməliyyatların aparılması ilə bağlı uzun müddətli hərəkətsizlik dövründə
C) Qan laxtalanması pozuntuları olan qadınlar
D) Auralı miqren
E) Doğuşundan 6 həftədən az müddət keçmiş uşaq əmizdirən qadınlar
Ədəbiyyat: Ədəbiyyat:
42) Təcili kontrasepsiya qorunulmamış cinsi əlaqədən sonra maksimal olaraq neçə gün ərzində istifadə olunmalıdır?
A) 2 gün
B) 3 gün
C) 4 gün
D) 5 gün
E) 1 gün
Ədəbiyyat: Ədəbiyyat:
43) Hansı qadınlar mini həblərdən heç bir məhdudiyyət olmadan istifadə edə bilərlər ?
A) Doğuşundan 6 həftədən az müddət keçmiş uşaq əmizdirən qadınlar
B) Oraq nüvəli anemiyası olan qadınlar
C) Qara ciyərin aktiv fazalı xəstəlikləri olan qadınlar
D) Qara ciyər toxumasını zədələyən dərman preparatlarını (vərəm və ya epilepsiya əleyhinə) qəbul edən qadınlar
E) Hal-hazırda dərin venaların trombozu və ya emboliyası olan qadınlar
Ədəbiyyat: Ədəbiyyat:
44) Hansı halda Uşaqlıqdaxili vasitədən istifadə etmək olmaz?
A) Uşaqlıq boşluğunu deformasiya etməyən fibromalar
B) Yumurtalıqların xoşxassəli şişləri/kistaları
C) Şəkərli diabeti ( ağırlaşmamış və ya damar ağırlaşmaları ilə) olan qadınlar
D) Süd vəzinin xəstəlikləri ( xərçəng daxil olmaqla)
E) Çanaq orqanlarının vərəmi
Ədəbiyyat: Ədəbiyyat:
45) Hansı halda Uşaqlıq daxili vasitədən istifadə etmək olmaz?
A) Bütün qeyd olunanlar
B) Uşaqlığın, endometriumun, uşaqlıq boynunun şişi
C) Maliqnizasiya olunmuş trofoblastik xəstəliklər
D) Çanaq orqanlarının iltihabi xəstəliyi, irinli servisit, xlamidioz, qanoreya
E) Reproduktiv traktın anatomik qüsurları
Ədəbiyyat: Ədəbiyyat:
46) Hamiləliyin qarşısını almaq üçün Laktasion Amenoreya Metodu doğuşdan sonra neçə ay müddətində istifadə oluna bilər?
A) 9 ay müddətində
B) 7 ay müddətində
C) 6 ay müddətində
D) Qadınının döşlə əmizdirdiyi müddət ərzində hamilə qalmaq ehtimalı yoxdur
E) 12 ay müddətində
Ədəbiyyat: Ədəbiyyat:
47) Laktasion Amenoreya Metodunun effektiv istifadəsi üçün hansı şərtlərə riayət olunmalıdır?
A) Doğuşdan sonra ananın aybaşı dövrünün bərpa olmaması
B) Körpənin tələbatına uyğun tez-tez, gecə və gündüz, yalnız və ya demək olar ki, yalnız ana südü ilə qidalandırılması
C) Bütün qeyd olunanlar
D) Əmizdirmələr arasında fasilə gündüzlər 4 saatdan, gecələr isə 6 saatdan çox olmamalıdır.
E) Körpənin 6 aydan kiçik olması
Ədəbiyyat: Ədəbiyyat:
48) Təcili kontrasepsiya məqsədilə levonorgestrel tərkibli hormonal vasitə (Postinor) hansı rejimdə təyin olunur?
A) 0,75 mq levonorgestrel qorunulmamış cinsi əlaqədən 24 saat sonra qəbul olunmalıdır, ikinci doza 0,75 mq levonorgestrel birincidən 24 saat sonra qəbul olunmalıdır.
B) 0,75 mq levonorgestrel qorunulmamış cinsi əlaqədən sonra mümkün qədər tez qəbul olunmalıdır, ikinci doza 0,75 mq levonorgestrel birincidən 12 saat sonra qəbul olunmalıdır.
C) 0,75 mq levonorgestrel qorunulmamış cinsi əlaqədən sonra mümkün qədər tez qəbul olunmalıdır, ikinci doza 0,75 mq levonorgestrel birincidən 48 saat sonra qəbul olunmalıdır.
D) Bütün sadalanan rejimlərdə təyin etmək olar
E) 1,5 mq levonorgestrel qorunulmamış cinsi əlaqədən sonra mümkün qədər tez qəbul olunmalıdır, ikinci doza 1,5 mq levonorgestrel birincidən 12 saat sonra qəbul olunmalıdır.
Ədəbiyyat: Ədəbiyyat:
49) Preeklampsiyanın müalicəsində hansı müalicə taktikası düzgün deyil?
A) Labetolol 20 mq birmomentli vena daxilinə, lazımi effekt qyd olunmursa, 10 dəqiqədən sonra 40 mq təkrar yeridilə bilər.
B) Hidralazin 5-10 mq vena daxili yavaş sürətlə, lazım gəldikdə hər 20-30 dəqiqədən bir təkrar təyin edilir.
C) Bütün qeyd olunanlar tətbiq olunmalıdır.
D) Nifedipin 10 mq daxilə, lazım gələrsə 30 dəqiqədən bir təkrar təyin edilir
E) Nifedipin və MgSO4 birlikdə təyin olunmalıdır
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
50) Dölün ağ ciyərlərinin yetişməsini sürətləndirmək məqsədilə kortikosteroidlər hansı dozada təyin olunur?
A) Betametazon 12 mq əzələ daxilinə 12 saat intervalla 2 dəfə ( cəmi 24 mq)
B) Betametazon 12 mq əzələ daxilinə 24 saat intervalla 2 dəfə ( cəmi 24 mq)
C) Bütün qeyd olunanlar düzgündür
D) Betametazon 6 mq əzələ daxilinə 12 saat intervalla 2 dəfə ( cəmi 12 mq)
E) Betametazon 6 mq əzələ daxilinə 6 saat intervala 4 dəfə ( cəmi 24 mq)
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
51) Eklampsiyanın inkişaf edə biləcəyi ehtimalını bildirən, vəziyyətin təcili idarə edilməsini tələb edən əlamət hansıdır?
A) Sidiyin rənginin tündləşməsi
B) Qəflətən ödemlərin, xüsusilə üz və oma nahiyəsində, meydana çıxması
C) Diurezin azalması
D) Bütün sadalananlar
E) Arterial təzyiqin qəflətən yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
52) Preeklampsiyalı qadınlara doğuş zamanı hansı preparatı təyin etmək olmaz?
A) Bütün sadalananlar
B) Erqometrin
C) Nifedipin
D) MgSO4
E) Oksitosin
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
53) Hamiləliyin müddəti 37 həftə olduğu halda preeklampsiyalı qadının hamiləliyinin aparılma taktikası necə olmalıdır?
A) Preeklampsiyanın ağırlıq dərəcəsindən asılı olmayaraq hamiləliyi təcili başa çatdırmaq qərarı verilməlidir
B) 1 həftə ərzində hamiləliyin gedişinə nəzarət edilməlidir
C) Hamiləliyin 39 həftəsinə qədər gözləmə taktikası, sonra doğuş fəaliyyətinin induksiyası
D) Betametazon təyin etdikdən sonra hamiləlik Keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılmalıdır.
E) Doğuş fəaliyyətinin başlanmasına qədər gözləmə taktikası
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
54) Preeklampsiyanın risk faktorlarına nə aiddir?
A) Ailə anamnezində preeklampsiya
B) Diastolik təzyiq 80 mm.c. süt.-dan yuxarı
C) Şəkərli diabet
D) Çoxdöllü hamiləlik
E) Hamısı
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
55) Hamiləlik dövründə hansı ödem patoloji hesab olunur?
A) Aşağı ətraflarda qeyd olunan ödemlər
B) Heç biri
C) Əllərdə şişkinlik
D) Sürətlə inkişaf edən yayılmış ödemlər ( xüsusilə bel və üz nahiyələrində)
E) Hamısı
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
56) Preeklampsiya hansı əlamətlərlə səciyyələnir?
A) Hamiləliyin 20-ci həftəsinə qədər inkişaf edən hipertenziya və proteinuriya ( ödem də qeyd oluna bilər) ilə səciyyələnir
B) Hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edən hipertenziya və proteinuriya ( ödem də qeyd oluna bilər) ilə səciyyələnir
C) Sistolik arterial təzyiq göstəricisinin 140 mm.c. süt. olması ilə səciyyələnir
D) Aşağı ətraflarda ödemlərin inkişaf etməsi ilə səciyyələnir
E) Heç biri düzgün deyil
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
57) Ağır preeklampsiya diaqnozunun qoyulması üçün istənilən dərəcəli hipertenziya və proteinuriya hansı ağırlaşdırıcı əlamətlərlə müşayiət olunmalıdır?
A) Epiqastral nahiyədə ağrı
B) Dölün bətndaxili inkişaf ləngiməsi
C) Ürəkbulanma və ya qusma
D) Beyin simptomları ( baş ağrısı, görmə pozğunluğu)
E) Bütün qeyd olunanlar
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
58) Ağır preeklampsiya əlamətləri qeyd olunduqda doğum şöbəsində arterial təzyiq hansı intervalla ölçülməlidir?
A) Qadının vəziyyəti stabilləşənə qədər 4 saatdan bir ölçülməlidir
B) Qadının vəziyyəti stabilləşənə qədər 6 saatdan bir ölçülməlidir.
C) Qadının vəziyyəti stabilləşənə qədər arterial təzyiq hər 30 dəqiqədən bir ölçülməlidir
D) Qadının vəziyyəti stabilləşənə qədər hər 15 dəqiqədən bir ölçülməlidir
E) Qadının vəziyyəti stabilləşənə qədər saatda 1 dəfə ölçülməlidir
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
59) Qıcolma əleyhinə maqnezium-sulfatla müalicə hansı müddət davam edilməlidir?
A) Doğuşdan dərhal sonra maqnezium sulfatla müalicə başa çatdırılmalıdır
B) Doğuşdan və ya axırıncı qıcolma tutmasından sonra 24 saat ərzində davam etdirilməlidir
C) Doğuşdan və ya axırıncı qıcolma tutmasından sonra 12 saat ərzində davam etdirilməlidir
D) Doğuşdan və ya axırıncı qıcolma tutmasından sonra 4 saat ərzində davam etdirilməlidir
E) Doğuşdan və ya axırıncı qıcolma tutmasından sonra 8 saat ərzində davam etdirilməlidir
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
60) Döşlə əmizdirən qadınlara hansı preparatı təyin etmək olar?
A) Enalapril
B) Kaptopril
C) Nifedipin
D) Bütün sadalananlar
E) Metildopa
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
61) Zahılıq dövrünün neçənci sutkalarında arterial təzyiqin yüksəlməsi ehtimalı çoxdur?
A) 7-8
B) 8-10
C) 1-2
D) 11-14
E) 3-6
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
62) Hamiləliyin birinci trimestrində hansı antihipertenziv preparatlar təyin edilə bilər?
A) Metildopa, labetolol, nifedipin
B) Bütün sadalananlar
C) Heç biri
D) Atenolol
E) Hidralazin
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
63) Maqnezium -sulfatın təsirinin neytrallaşdırılması məqsədilə hansı preparat təyin olunur?
A) 5 ml 10%-li Ca-qlukonat məhlulu vena daxilinə
B) 10 ml 10%-li Ca-qlukonat məhlulu vena daxilinə yavaş sürətlə
C) Predizolon 300-600 mq
D) Heç biri
E) Təzə dondurulmuş plazma ( 15ml/kq)
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
64) Maqnezial terapiyanın aparılma taktikası – düzgün variantı hansıdır?
A) İlkin doza: 20 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 1 qramm quru maddə vena daxilinə yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. Saxlayıcı doza: 1-2 qramm/saat sürətlə infuzomat vasitəsilə yeridilir
B) İlkin doza: 40 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 6 qramm quru maddə vena daxilinə yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. Saxlayıcı doza: 1-2 qramm/saat sürətlə infuzomat vasitəsilə yeridilir
C) İlkin doza: 20 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 2 qramm quru maddə vena daxilinə yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. Saxlayıcı doza: 1-2 qramm/saat sürətlə infuzomat vasitəsilə yeridilir
D) İlkin doza: 10 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 4 qramm quru maddə vena daxilinə yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. Saxlayıcı doza: 1-2 qramm/saat sürətlə infuzomat vasitəsilə yeridilir
E) İlkin doza: 20 ml-ə qədər fizioloji məhlulda həll olunmuş 4 qramm quru maddə vena daxilinə yavaş sürətlə 5-10 dəqiqə ərzində yeridilir. Saxlayıcı doza: 1-2 qramm/saat sürətlə infuzomat vasitəsilə yeridilir
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
65) Xroniki hipertenziyalı qadınların müalicəsində hansı preparatların istifadəsi əks-göstərişdir?
A) Heç biri
B) Nifedipin
C) AÇF-inhibitorlarının və angiotenzin reseptorların blokatorları
D) Labetolol
E) Dopegit
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
66) Hestasion arterial hipertenziya dedikdə hamiləliyin hansı dedikdə hamiləliyin hansı müddətində meydana çıxan hipertenziya nəzərdə tutulur?
A) Heç biri düzgün deyil
B) Hamiləliyin 20-ci həftəsindən sonra
C) Hamiləliyin 12-ci həftəsindən sonra
D) Hamiləliyin I trimestrində
E) Hamiləliyin 20-ci həftəsindən əvvəl
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
67) Hipertenziya diaqnozu hansı hallarda qoyulur?
A) Sistolik arterial təzyiq 120 mm.c.süt. olduğu halda
B) Sistolik arterial təzyiq 140 mm.c.süt. və daha yüksək olduğu halda
C) Heç biri düzgün deyil
D) Sistolik arterial təzyiq 135 mm.c.süt. olduğu halda
E) Sistolik arterial təzyiq 130 mm.c.süt. olduğu halda
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
68) Preeklampsiya diaqnozu hamiləliyin hansı müddətində qoyula bilməz?
A) Hamiləliyin 24 həftəsindən sonra
B) Hamiləliyin 32 həftəsindən sonra
C) Hamiləliyin 34 həftəsindən sonra
D) Hamiləliyin 36 həftəsindən sonra
E) Hamiləliyin 20 həftəsindən əvvəl
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
69) Qıcolmaların profilkatikası məqsədilə maqnezium sulfat istifadəsi zamanı maqnezium intoksikasiyasının hansı əlamətləri meydana çıxa bilər?
A) Tənəffüsün depressiyası
B) Yuxululuq
C) Bütün sadalananlar
D) Diz reflekslərinin itməsi
E) Əzələ zəifləməsi
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
70) Preeklampsiyanın müalicəsində başlıca prinsip hansıdır?
A) Antianemik terapiyanın təyini
B) Antibakterial terapiyanın təyini
C) Hamiləliyin başa çatdırılması
D) Diuretiklərin təyini
E) Güclü periferik vazodilatatorlardan istifadə etməklə hipotenziv terapiya
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
71) Xroniki arterial hipertenziya dedikdə hansı hal nəzərdə tutulur?
A) Hamiləliyin 20-ci həftəsinə qədər mövcud olan və doğuşdan 6 həftə keçdikdən sonra saxlanılan hipertenziya
B) Hamiləliyin 34 həftəsindən sonra meydana çıxan hipertenziya
C) Hamiləliyin 26-cı həftəsindən sonra meydana çıxan hipertenziya
D) Hamiləliyin 20-ci həftəsindən sonra meydana çıxan hipertenziya
E) Hamiləliyin 32 həftəsindən sonra meydana çıxan hipertenziya
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
72) Preeklampsiyanın risk faktorlarına aid olmayanı hansıdır?
A) Bədən çəkisi indeksinin 35-dən yuxarı olması
B) Birinci hamiləlik
C) Doğuşlar arasında intervalın 2 ildən az olması
D) Doğuşlar arasında intervalın 10 ildən çox olması
E) Yaşı 18-35 arasında olan qadınlar
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
73) Ağır preeklampsiya və eklampsiya zamanı təxirəsalınmaz yardım hansı istiqamətdə aparılmalıdır?
A) Bütün sadalananlar
B) Arterial təzyiqin tənzimlənməsi
C) Qıcolmaların profilaktikası və müalicəsi
D) Hamiləliyin təhlükəsiz başa çatdırılmasının təmin edilməsi
E) Fəsadların profilaktikası və müalicəsi
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
74) Eklamptik qicolmaların hansı hallarla differensial diaqnostikası aparılmalıdır?
A) Subaraxnoidal qansızma
B) Bütün sadalananlar
C) Birincili generalizə olunmuş epilepsiya
D) Hipoqlikemiya
E) Dölyanı maye ilə emboliya
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
75) Preeklamsiya zamanı maqnezium-sulfat hansı məqsədlə istifadə olunur?
A) Bütün qeyd olunanlar
B) Ağrıkəsici
C) Hipotenziv vasitə kimi
D) Antianemik
E) Qıcolmaların profilaktikası məqsədilə
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
76) Ağır preeklampsiyaların bazis müalicəsində arterial təzyiqə nəzarət məqsədilə hansı dərman preparatlarından istifadə oluna bilər?
A) Nifedipin
B) Bütün qeyd olunanlar
C) Hidralazin
D) Labetolol
E) Natrium-nitroprussid
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
77) Amniosentezin aparılması üçün optimal müddət hansıdır?
A) Hamiləliyin 16-18-ci həftəsi
B) Hamiləliyin 20-22-ci həftəsi
C) Hamiləliyin 8-ci həftəsi
D) Hamiləliyin 34-cü həftəsi
E) Hamiləliyin 32-ci həftəsi
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
78) Amniosentezin aparılmasına göstərişlər hansılardır?
A) Ailə anamnezində sinir borusunun defekti qeyd olunduqda
B) Valideynlərdən biri və ya hər ikisi autosom-resessiv anomaliyaların daşıyıcısı olduqda
C) Ailədə xromosom anomaliyası olan uşaq olduqda
D) Bütün sadalananlar
E) Hamilə qadının yaşının 35-dən çox olması
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
79) Hansı vəziyyət amniosentezin aparılmasına əks-göstəriş deyil?
A) Uşaqlığın mioması
B) Heç biri əks-göstəriş deyil
C) Hamiləliyin pozulma təhlükəsi
D) Qadının yaşının 35-dən çox olması
E) Anamnezdə laparotomiya
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
80) Amniosentezin ağırlaşmaları hansıdır?
A) Özbaşına düşük
B) Bütün qeyd olunanlar
C) Döl qişalarının vaxtından əvvəl cırılması
D) Dölün travması
E) Vaxtından əvvəl doğuş
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik dövründə hipertenziv vəziyyətlər” üzrə kliniki protokol
81) Vaxtından əvvəl doğuşlar dedikdə hamiləliyin hansı müddəti nəzərdə tutulur?
A) Hamiləliyin 22 həftəsindən 37 həftəsinə qədər
B) Hamiləliyin 28 həftəsindən 39 həftəsinə qədər
C) Hamiləliyin 28 həftəsindən 38 həftəsinə qədər
D) Hamiləliyin 30 həftəsindən 40 həftəsinə qədər
E) Hamiləliyin 20 həftəsindən 37 həftəsinə qədər
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
82) İnduksiya olunmuş vaxtından əvvəl doğuşlara ana tərəfindən göstəriş hansıdır?
A) Hamiləliyin davam etdirilməsinin hamilə qadının sağlamlığı üçün təhlükəli olduğu ağır ekstragenital patologiya zamanı
B) Dölyanı mayenin vaxtından əvvəl axması ( xorioamnionitin inkişafı ilə)
C) Heç biri
D) Hamiləliyin ağırlaşmaları: preeklampsiya, eklampsiya, hepatoz
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
83) İnduksiya olunmuş vaxtından əvvəl doğuşlara döl tərəfindən göstəriş hansıdır?
A) Heç biri
B) Dölün hamiləliyin təcili başa çatdırılmasını tələb edən proqressivləşən hipoksiyası
C) Dölün antenatal ölümü
D) Bütün sadalananlar
E) Dölün həyatla uyğunlaşmayan inkişaf qüsurları
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
84) Vaxtından əvvəl doğuşların sosial risk faktorları hansıdır?
A) Heç biri
B) Aşağı sosial-iqtisadi durum
C) Aşağı çəki-boy göstəricisi
D) Bütün sadalananlar
E) Yaşı 16-dan az olan hamilələr
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
85) Vaxtından əvvəl doğuşların risk faktorlarına nə aid edilir?
A) Anamnezdə vaxtından əvvəl doğuş
B) Uşaqlığın fibromioması
C) Bakterial vaginoz
D) Bütün sadalananlar
E) Çoxdöllü hamiləlik
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
86) Hamiləlik müddəti 28-34 həftə olduqda vaxtından əvvəl doğuşlar hansı doğuşayardım müəssisəsində aparılmalıdır?
A) II səviyyəli doğuşayardım müəssisələri
B) Heç biri
C) I səviyyəli doğuşayardım müəssisələri
D) Bütün sadalananlar
E) III səviyyəli doğuşayardım müəssisələri
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
87) Hamiləlik müddəti 34-37 həftə olduqda vaxtından əvvəl doğuşlar hansı doğuşayardım müəssisəsində aparılmamalıdır?
A) III səviyyəli doğuşayardım müəssisələri
B) Bütün sadalananlar
C) I səviyyəli doğuşayardım müəssisələri
D) II səviyyəli doğuşayardım müəssisələri
E) Heç biri
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
88) Hamiləliyin 34 həftəsinə qədər yenidoğulmuşun respirator disstress sindromunun profilaktikası məqsədilə hansı tədbirlər aparılmalıdır?
A) Heç biri
B) Antibiotiklər təyin olunmalıdır
C) Vitaminlər təyin olunmalıdır
D) Bütün sadalananlar
E) Kortikosteroidlər təyin olunmalıdır
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
89) Vaxtından əvvəl doğuş təhlükəsi olan qadınlara kortikosteroidlərin yeridilməsi hansı müsbət təsirə malikdir?
A) Nekrozlaşdırıcı enterokolitin inkişafı riskini azaldır
B) Heç biri
C) Bütün sadalananlar
D) Dölün respirator distress sindromunun profilaktikasıdır
E) Həyatın ilk 48 saatı ərzində sisten infeksiyaların inkişafı riskini azaldır
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
90) Kortikosteroidlərin təyininə nə əks-göstərişdir?
A) Kəskin böyrək çatmamazlığı
B) Bütün sadalananlar
C) Şəkərli diabet
D) Vərəm
E) Kəskin infeksiya
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
91) Tokolitik terapiya hansı məqsədlə aparılır?
A) Bütün sadalananlar
B) Dölün respirator distress sindromunun profilaktikasını aparmaq və hamiləliyin müddətindən asılı olaraq onu müvafiq tibb müəssisəsinə çatdırmaq imkanı əldə etmək üçün
C) Hamiləliyi 40 həftəyə qədər davam etdirmək məqsədilə
D) Hamiləliyi 38 həftəyə qədər davam etdirmək məqsədilə
E) Heç biri
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
92) Tokoliz məqsədilə hansı preparat istifadə olunur?
A) Fol turşusu
B) Maqnezium-sulfat
C) Betametazon
D) Nifedipin
E) Eritromisin
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
93) Ginipral preparatının təyini üçün hansı vəziyyət əks-göstərişdir?
A) Arterial hipertenziya
B) Hipertireoz
C) Bütün sadalananlar
D) Şəkərli diabet
E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
94) Vaxtından əvvəl doğuşlarda dölyanı mayenin vaxtından əvvəl axması zamanı hansı antibiotik istifadə olunur?
A) Tavanik
B) Eritromisin
C) Spiramisin
D) Bütün sadalananlar
E) Seftriakson
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
95) Vaxtından əvvəl doğuşlarda dölyanı mayenin vaxtından əvvəl axması zamanı antibiotiklərin istifadəsinin müsbət təsiri nədən ibarətdir?
A) Doğuşun latent fazasini qısaldır
B) Neonatal infeksiyanın tezliyini azaldır
C) Surfaktant və oksigen terapiyasının aparılma zərurətini azaldır
D) Bütün sadalananlar
E) Heç biri
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
96) Vaxtından əvvəl doğuşların aparıldığı doğum zalında temperatur neçə dərəcə olmalıdır?
A) 270C
B) 260C
C) 240C
D) 280C
E) 250C
Ədəbiyyat: Ədəbiyyat:“Vaxtından əvvəl doğuşlar” üzrə kliniki protokol
97) Doğuşdan sonrakı qanaxma dedikdə hansı qan itkisi nəzərdə tutulur?
A) Uşaq doğulduqdan sonra 500 ml qan itkisi
B) Uşaq doğulduqdan sonra 450 ml qan itkisi
C) Uşaq doğulduqdan sonra 400 ml qan itkisi
D) Uşaq doğulduqdan sonra 200 ml qan itkisi
E) Uşaq doğulduqdan sonra 300 ml qan itkisi
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
98) Erkən doğuşdan sonrakı qanaxma dedikdə nəzərdə nə tutulur?
A) Doğuşdan sonra ilk 72 saat ərzində olan qanaxma
B) Doğuşdan sonra ilk 96 saat ərzində olan qanaxma
C) Doğuşdan sonra ilk 36 saat ərzində olan qanaxma
D) Doğuşdan sonra ilk 48 saat ərzində olan qanaxma
E) Doğuşdan sonra ilk 24 saat ərzində olan qanaxma
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
99) Gecikmiş doğuşdan sonrakı qanaxma dedikdə nəzərdə nə tutulur?
A) Doğuşdan sonra ilk 24 saat ərzində olan qanaxma
B) Doğuşdan sonra 24 saatdan 8 həftəyə qədər müddət ərzində qanaxma
C) Doğuşdan sonra ilk 6 saat ərzində olan qanaxma
D) Doğuşdan 12 saat keçdikdən sonra qeyd olunan qanaxma
E) Doğuşdan sonra 24 saatdan 6 həftəyə qədər müddət ərzində qanaxma
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
100) Doğuşdan sonrakı qanaxmaların hansı risk faktorları ayırd edilir?
A) Çoxsululuq
B) Çoxdöllü hamiləlik
C) Heç biri
D) Asiya etnik mənsubluğu
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
101) Doğuşdan sonrakı qanaxmaların hansı risk faktorları ayırd edilir?
A) Piylənmə
B) Bütün sadalananlar
C) Cift gəlişi
D) Uşaqlıq üzərində aparılan cərrahi müdaxilə
E) Preeklampsiya
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
102) Doğuşdan sonrakı qanaxmaların hansı risk faktorları ayırd edilir?
A) İri döl
B) Doğuşun induksiyası
C) Bütün sadalananlar
D) Yaş (40-dan yuxarı)
E) Doğuşun davamiyyətinin uzanması ( 12 saatdan çox)
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
103) Doğuşdan sonra uşaqlığın tonusuna nəzarət hansı tezliklə aparılmalıdır?
A) Doğuşdan sonrakı ilk bir saat ərzində hər 30 dəqiqədən bir
B) Doğuşdan sonrakı ilk bir saat ərzində hər 10 dəqiqədən bir
C) Doğuşdan sonrakı ilk bir saat ərzində hər 20 dəqiqədən bir
D) Doğuşdan sonrakı ilk bir saat ərzində hər 15 dəqiqədən bir
E) Doğuşdan sonrakı ilk bir saat ərzində hər 5 dəqiqədən bir
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
104) Doğuşun 3-cü dövrünü aktiv aparılması məqsədilə oksitosin hansı rejimdə istifadə olunur?
A) Uşaq doğulduqdan sonra birinci dəqiqə ərzində 20 vahid əzələ daxili və ya 10 vahid vena daxili
B) Uşaq doğulduqdan 2 dəqiqə sonra 10 vahid əzələ daxili və ya 5 vahid vena daxili
C) Heç biri
D) Cift doğulduqdan sonra birinci dəqiqə ərzində 10 vahid əzələ daxili və ya 5 vahid vena daxili
E) Uşaq doğulduqdan sonra birinci dəqiqə ərzində 10 vahid əzələ daxili və ya 5 vahid vena daxili
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
105) Doğuşdan sonrakı qanaxmaların etiotrop müalicəsi hansı ardıcıllığı gözləməklə aparılır?
A) Tonus, Travma, Toxuma, Trombin
B) Toxuma ,Trombin, Travma, Tonus
C) Trombin, Toxuma, Travma, Tonus
D) Trombin, Travma, Tonus, Toxuma
E) Travma, Tonus, Trombin, Toxuma
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
106) Dövr edən qanın həcminin normal səviyyəsi hansı düsturla təyin olunur?
A) DQH (ml)= bədən çəkisi (kq) x60 (dövr edən qanın həcmi/ 1 kq çəkiyə)
B) DQH (ml)= bədən çəkisi (kq) x80 (dövr edən qanın həcmi/ 1 kq çəkiyə)
C) DQH (ml)= bədən çəkisi (kq) x75 (dövr edən qanın həcmi/ 1 kq çəkiyə)
D) DQH (ml)= bədən çəkisi (kq) x90 (dövr edən qanın həcmi/ 1 kq çəkiyə)
E) DQH (ml)= bədən çəkisi (kq) x70 (dövr edən qanın həcmi/ 1 kq çəkiyə)
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
107) Doğan qadında dövr edən qanın həcmi hamilə olmayan qadınla müqayisədə neçə faiz çox olur?
A) 25%
B) 20%
C) 40%
D) 30%
E) 35%
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
108) Doğuşdan sonrakı qanaxmanın intensiv müalicəsində kristalloidlərin infuziyası hansı rejimdə aparılmalıdır?
A) İtirilən qanın həcminə 4:1 nisbətində
B) İtirilən qanın həcminə 2:1 nisbətində
C) İtirilən qanın həcminə 3:1 nisbətində
D) İtirilən qanın həcmində
E) İtirilən qanın həcminə 1,5:1 nisbətində
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
109) Doğuşdan sonrakı qanaxmalarda cərrahi əməliyyata hazırlıq mərhələsində qanaxmanı müvəqqəti dayandırmaq məqsədilə hansı tədbir aparılmalıdır?
A) Heç biri
B) Uşaqlıqdaxili tamponada
C) Qarın aortasının sıxılması
D) Uşaqlığın bimanual kompressiyası
E) Bütün sadalanan tədbirlər aparıla bilər
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
110) Doğuşdan sonrakı qanaxmalarda cərrahi hemostaz üsulları hansıdır?
A) Uşaqlıq arteriyalarının bilateral bağlanması
B) Total və ya subtotal histerektomiya
C) Daxili qalça arteriyalarının bilateral bağlanması
D) Bi-Linç üsulu ilə uşaqlığa cərrahi kompression tikişlərin qoyulması
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
111) Doğuşdan sonrakı qanaxmaların etiotrop müalicəsində uterotoniklərin təyinatında hansı ardıcıllığa riayət edilməlidir?
A) Oksitosin- karboprost- mizoprostol- metilerqometrin
B) Oksitosin – metilerqometrin- mizoprostol- karboprost
C) Karboprost-mizoprostolol – oksitosin- metilerqometrin
D) Bütün sadalananlar
E) Metilerqometrin- karboprost- oksitosin- mizoprostol
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
112) Doğuşdan sonrakı qanaxmaların etiotrop müalicəsində oksitosin hansı dozada təyin olunur?
A) 20 vahid oksitosin 500 ml kristalloidlə vena daxili damcı ilə
B) 10 vahid oksitosin 500 ml kristalloidlə vena daxili 10 dəqiqə ərzində
C) 40 vahid oksitosin 500 ml kristalloidlə vena daxili 10 dəqiqə ərzində
D) 20 vahid oksitosin 500 ml kristalloidlə vena daxili 10 dəqiqə ərzində
E) 30 vahid oksitosin 500 ml kristalloidlə vena daxili 10 dəqiqə ərzində
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
113) Doğuşdan sonrakı qanaxmaların etiotrop müalicəsində metilerqometrin hansı dozada təyin olunur?
A) 3 ml metilerqometrin əzələ daxilinə və ya vena daxilinə
B) Bütün sadalananlar
C) 0,5 ml metilerqometrin əzələ daxilinə və ya vena daxilinə
D) 2 ml metilerqometrin əzələ daxilinə və ya vena daxilinə
E) 1 ml metilerqometrin əzələ daxilinə və ya vena daxilinə
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
114) Doğuşdan sonrakı qanaxmaların etiotrop müalicəsində mizoprostol hansı dozada təyin olunur?
A) 600-1000 mkq per os və ya per rectum
B) 200 mkq per rectum
C) Heç biri
D) Bütün sadalananlar
E) 400 mkq per rectum
Ədəbiyyat: Ədəbiyyat:“Zahılıq dövrünün qanaxmaları” üzrə kliniki protokol
115) Döl qişalarının vaxtından əvvəl cırılmasının risk amillərinə nə aid deyil?
A) Təkrar hamiləlik
B) İstmiko-servikal çatmamazlıq
C) Çoxdöllü hamiləlik
D) Urogenital infeksiya
E) Zərərli vərdişlər
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
116) Döl qişalarının vaxtından əvvəl cırılmasının risk amillərinə nə aid edilir?
A) Döldə inkişaf qüsurları
B) Qadının əvvəlki hamiləliklərində döl qişalarının vaxtından əvvəl cırılması halları
C) Çoxsululuq
D) Uşaqlığın inkişaf qüsurları
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
117) Döl qişalarının vaxtından əvvəl cırılmasına şübhə olduqda hansı hallarda bimanual müayinə aparılır?
A) Yalnız aktiv doğum fəaliyyəti qeyd olunduqda
B) Axan dölyanı mayenin keyfiyyətindən asılı olaraq həkim hər bir halda fərdi yanaşır
C) Axan dölyanı mayenin miqdarından asılı olaraq həkim hər bir halda fərdi yanaşır
D) Doğuşayardım müəssisəninin qəbul şöbəsində rutin müayinə üsulu kimi aparılır
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
118) Döl qişalarının vaxtından əvvəl cırılmasına şübhə olduqda hansı diaqnostika üsullarından istifadə olunur?
A) Ultrasəs müayinəsi
B) Bütün sadalananlar
C) Uşaqlıq boynunun güzgülərlə müayinəsi
D) Nitrozin testi
E) Kristallizasiya testi
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
119) Döl qişalarının vaxtından əvvəl cırılmasına şübhə olduqda ultrasəs müayinəsinin hansı nəticəsi oliqohidroamnionu təsdiqləyir?
A) Heç biri
B) Amniotik mayenin indeksinin 90 mm və ən dərin cibin vertikal ölçüsünün 30 mm olması
C) Bütün sadalananlar
D) Amniotik mayenin indeksinin 80 mm-dən az və ən dərin cibin vertikal ölçüsünün 20 mm-dən az olması
E) Amniotik mayenin indeksinin 100-dən az mm və ən dərin cibin vertikal ölçüsünün 40 mm-dən az olması
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
120) Döl qişalarının vaxtından əvvəl cırılması zamanı xorioamnionit inkişaf edərsə, hamilə qadına hansı doğuşayardım müəssisəsində yardım göstərilməlidir?
A) Hamiləyə istənilən səviyyəli doğuşayardım müəssisəsində yardım göstərilə bilər
B) II səviyyəli doğuşayardım müəssisəsi
C) III səviyyəli doğuşayardım müəssisəsi
D) Bütün sadalnanlar
E) Heç biri
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
121) Döl qişalarının vaxtından əvvəl cırılması hamiləliyin 34 həftəsinə qədər baş verərsə, hamiləlik hansı müddətə uzadıla bilər?
A) 48 saat
B) 72 saat
C) 1 həftə
D) Ana və döl tərəfdən heç bir əks-göstəriş yoxdursa, spontan doğum fəaliyyəti başlayana qədər hamiləlik uzadıla bilər
E) 96 saat
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
122) Hansı əlamət xorioamnionitin kliniki simptomlarına aid deyil?
A) Anada taxikardiya (>100 vurğu/dəq)
B) Döldə taxikardiya (>160 vurğu/dəq)
C) Anada hərarətin yüksəlməsi ( > 380C)
D) Anemiya
E) Uşaqlıq yolundan irinli iyli ifrazat
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
123) Döl qişalarının vaxtından əvvəl cırılması zamanı xorioamnioniti nəzərdən qaçırmamaq məqsədilə hansı müayinələr aparılır?
A) Beta-hemolitik streptokokkun aşkarlanması məqsədilə müayinənin aparılması
B) Hər gün uşaqlığın tonusuna, ağrılı olub-olmamasına və uşaqlığın yığılmalarına nəzarət
C) Bütün sadalananlar
D) Gündə 2 dəfə bədən hərarəti və nəbzin sayına nəzarət
E) Həftədə 1 dəfədən az olmayaraq qanda leykositlərin və C-reaktiv zülalın səviyyəsinin təhlili
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
124) Döl qişalarının vaxtından əvvəl cırılması zamanı hansı antibiotiklərə üstünlük verilir?
A) Bütün sadalananlar
B) Benzilpenisillin
C) Seftriakson
D) Spiramisin
E) Azitromisin
Ədəbiyyat: Ədəbiyyat:“Döl qişalarının vaxtından əvvəl cırılmasının diaqnostika və müalicəsi “ üzrə klinik protokol
125) Natamam (yolda olan) abortun əlaməti hansıdır?
A) Uşaqlıq kiçik, böyük və ya hamiləlik müddətinə uyğun ölçüdə ola bilər
B) Bütün sadalananlar
C) Aybaşının kəsilməsi, güclü vaginal qanaxma ilə müşayiət edilir.
D) Uşaqlıq boynu – açıqdır, döl yumurtası elementləri dəlikdən xaric olur
E) Ağrı qanaxma zamanı artır
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
126) Rüşeymsiz hamiləlik diaqnozunun təsdiqlənməsi üçün transvaginal USM hansı intervalla aparılmalıdır?
A) 5 gün
B) 3 gün
C) 2 gün
D) 1 gün
E) 7 gün
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
127) Ciftin vaxtından əvvəl qopmasına meyl törədən səbəblər hansıdır?
A) Uşaqlığın həddindən artıq dartılması
B) Bütün sadalananlar
C) Uşaqlıqda və ciftdə iltihabi və degenerativ dəyişikliklər
D) Cift yatağının yararsızlığı, trofoblast invaziyasının çatışmazlığı
E) Hamilənin orqanizminin damar sistemində dəyişikliklər
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
128) Ciftin aşağıda yerləşməsi dedikdə hansı vəziyyət nəzərdə nə tutulur?
A) Ciftin kənarı daxili dəliyə yaxın yerləşir və 1/3hissəsini örtür
B) Cift daxili dəliyin 2/3 hissəsini örtür
C) Cift aşağı seqmentdə yerləşib , uşaqlıq boynunun daxili dəliyini tam örtür
D) Heç biri
E) Ciftin uşaqlığın aşağı seqmentində daxili dəliyə çatmamış (6-7 sm) yerləşməsi
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
129) Beçəxorun rastgəlmə tezliyini hansıdır?
A) 1:200
B) 1:1200
C) 1:10000
D) 1:500
E) 1:5000
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
130) Beçəxorun əlamətləri hansıdır?
A) USM zamanı “qar çovğunu” şəklini xatırladan təsvir müəyyən edilir
B) Ara-sıra təkrarlanan vaginal qanaxma halları qeyd olunur
C) Uşaqlıq hamiləlik müddətinə nisbətən daha böyük olur
D) Bütün sadalananlar
E) Aybaşı kəsilməsi zamanı hamiləliyin erkən əlamətləri (qusma, ürəkbulanma) daha ağır keçir.
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
131) Cift gəlişlərinin risk faktoru hansıdır?
A) Ekstrakorporal mayalanma
B) Endometriumda distrofik dəyişikliklər ( keçirilən iltihabi xəstəliklər. Abortlar və doğuşlr nəticəsində)
C) Bütün sadalananlar
D) Uşaqlığın desidual qatında qan dövranının pozulması ( cərrahi əməliyyatdan sonra)
E) Cinsiyyət üzvlərinin inkişaf anomaliyaları
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
132) Ağır dərəcəli ciftin vaxtından əvvəl qopmasının əlamətləri hansıdır?
A) Arterial hipotoniya
B) Bütün sadalananlar
C) Qarında kəskin ağrı, ümumi zəiflik, başgicəllənmə
D) Retroplasentar hematoma əmələ gəldikdə qanlı ifrazat qeyd olunmur
E) Uşaqlıq yolundan qanaxmanın həcmi 500 ml-dən artıq
Ədəbiyyat: Ədəbiyyat:“Hamiləlik zamanı qanaxmalar” üzrə klinik protokol
133) Doğuşdan dərhal sonra “Dəri dəriyə” təmasının məqsədi nədən ibarətdir?
A) Yenidoğulmuşun bədən hərarətinin saxlanılmasına imkan verir
B) Ana ilə uşaq arasında bilavasitə psixoloji və emosional təmasın yaranmasına kömək edir
C) Uşaqda iybilmə qabiliyyətinin inkişafına kömək edir
D) Döşlə əmizdirməyə və anada laktasiyanın yaxşılaşmasına kömək edir
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
134) Blennoreyanın profilaktikası məqsədilə yenidoğulmuşun ğözlərinin işlənməsi nə vaxt aparılmalıdır?
A) Doğulduqdan sonra ilk 2 saat ərzində
B) Doğulduqdan sonra ilk 1 saat ərzində
C) Doğulduqdan sonra ilk 3 saat ərzində
D) Doğulduqdan sonra ilk 20 dəqiqə ərzində
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
135) Yenidoğulmuşların hemorragik xəstəliyinin Vit. K1 ilə profilaktikası nə vaxt aparılmalıdır?
A) Heç bir cavab düzgün deyil
B) Həyatlarının ilk 12 saatı ərzində
C) Həyatlarının ilk 24 saatı ərzində
D) Həyatlarının ilk 6 saatı ərzində
E) İstənilən vaxt aparıla bilər
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
136) Hansı yenidoğulmuşlar hemorragik xəstəliyin inkişafına görə yüksək risk qrupuna daxildirlər?
A) Yarımçıq uşaqlar
B) Anaları heparin, salisilatlar alan uşaqlar
C) Asfiksiya və doğuş travması olan uşaqlar
D) Anaları qıcolma əleyhinə preparatlar alan uşaqlar
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
137) Yenidoğulmuş uşağın normal bədən hərarətini hansı çərçivədədir?
A) 36,0-36,4oC
B) 37,0-38,0oC
C) Bütün sadalananlar
D) 35,5-37,0oC
E) 36,5-37,5oC
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
138) Yenidoğulmuş uşağın bədən hərarəti doğuş zalında neçə dəfə ölçülməlidir?
A) 3 dəfə
B) Bədən hərarətini ölçməyə ehtiyac yoxdur
C) 2 dəfə
D) 4 dəfə
E) 1 dəfə
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
139) Yenidoğulmuş uşağın yetişkənlik dərəcəsinin təyini ( Ballard üzrə müayinə) nə vaxt aparılır?
A) Evə yazılmazdan öncə
B) Doğuşdan dərhal sonra
C) Həyatının üçüncü günü
D) Həyatının birinci günü
E) Həyatının ikinci günü
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
140) Göbək güdülünə qulluq necə aparılmalıdır?
A) Göbək güdülünün bağlanması uşaq doğulduqdan sonra 2 saat ərzində aparılır
B) Göbək güdülü antiseptiklərlə işlənmir
C) Göbək güdülü quru saxlanılır
D) Göbək güdülü bağlanılmır
E) Bütün sadalananlar doğrudur
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
141) Əgər ana HbsAg müsbətdirsə, immunlaşdırılma nə vaxt aparılmalıdır?
A) Bədən kütləsindən və ümumi vəziyyətindən asılı olmayaraq bütün yenidoğulmuşlar həyatlarının ilk 24 saatında immunlaşdırılmalıdırlar
B) Bədən kütləsindən və ümumi vəziyyətindən asılı olmayaraq bütün yenidoğulmuşlar həyatlarının ilk 18 saatında immunlaşdırılmalıdırlar
C) Bədən kütləsindən və ümumi vəziyyətindən asılı olmayaraq bütün yenidoğulmuşlar həyatlarının ilk 12 saatında immunlaşdırılmalıdırlar
D) Bədən kütləsindən və ümumi vəziyyətindən asılı olmayaraq bütün yenidoğulmuşlar həyatlarının ilk 36 saatında immunlaşdırılmalıdırlar
E) İmmunlaşdırılma aparılmır
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
142) Kütləsi 1800 qram və daha çox olan yenidoğulmuşlara vərəm əleyhinə vaksin nə vaxt yeridilir?
A) Bütün sadalananlar
B) Heç biri
C) Həyatının 2-ci günündən gec olmayaraq
D) Həyatının 2-ci günündən tez olmayaraq tibb müəssisəsindən çıxarkən
E) Həyatının 1-ci günü
Ədəbiyyat: Ədəbiyyat: “Sağlam yenidoğulmuşa qulluq” üzrə kliniki protokol
Dostları ilə paylaş: |