.Rəqabət nədir- Rəqabət termin olaraq marketinqə iqtisadiyyatdan gəlib. Elə marketinqin özündə də daha çox iqtisadi kateqoriya kimi işlənir. Rəqabət müəssisələr arasında qarşılıqlı əlaqə və mübarizə nəticəsində hər bir konkret şirkətin məhsullarin satışı üçün iqtisadi iştirakçılar arasındakı mübarizədir. Və bu rəqabət fərdi bir müəsisənin və bütün iqtisadiyyatın inkişafı üçün bir təkandır. İqtisadi rəqabət bazarlarda satıcılar və alıcılar arasında baş verir. Bir qayda olaraq, bir neçə satıcılar alıcılardan sərfəli təklifləri almaq üçün mübarizə aparırlar. Eyni zamanda, meyli alıcılar da satıcıların yaxşı təklifləri üzrə yarışırlar. Müqavilə bağlanılanda, alıcılar və satıcılar mallar, xidmətlər və ya əmlak mülki hüquqları ilə dəyişirlər. Hamı könüllü fəaliyyət göstərir və öz menafəyini güdür.Bəzən rəqabətdə tam əksinə nəticələrdə verə bilər.Qalib gələnlər üçün- öz sərvətlərindəki artım,şöhrət və təmin edilmiş. Məğlub olanlar üçün isə- məhv olmaq,yoxsulluq,inflyasiya,işsizlik və s. kimi nəticələridə ola bilər. İndi isə gələk əsas məsələyə: bəs rəqabətin hamının yaxşılığına səbəb olduğu cəhəti hansıdır? Cavab çox sadədir: rəqabət olan bazarda müştəri hər zaman qazanclıdır, çünki hər zaman aşağı qiymət, daha yüksək keyfiyyət və daha yaxşı xidmət ilə qarşılaşır. Rəqabət olan bazarda şirkətlər müştərini saxlamaq və yenisini qazanmaq üçün:
daima məhsulu təkminləşdirir, ona yeni, daha faydalı xüsusiyyətlər qazandırır,
müştəriyə göstərilən xidmət səviyyəsini qaldırmaqla müştəri məmnuniyyətini artırmağa çalışır.
43.Quruculuq strategiyaları- Quruculuq strategiyası məhsul bazarının genişləndirilməsi və ya rəqiblərin bazar hissəsinin ələ keçirməsi yolu ilə təşkilatın iş nəticələrinin yaxşılaşdırılmasına əsaslanır.
Quruculu strategiyası daha çox genişlənən bazarlara uyğun gəlir. Ümumilikdə hesab olunur ki, belə bazarlarda fəaliyyəti genişləndirmək asandır, çünki, bu rəqiblərin hesabına baş vermir və deməli, cavab zərbələrini də doğurmur. Bazarın genişlənməsi mərhələsində kompa-niya¬lar bazarla eyni tempdə inkişaf etməyə və böyüməyə can atmalıdırlar.
Quruculuq strategiyası, kompaniyanın rəqiblərinin zəif cinahların olduğu halda böyüməyən bazarlarda da məqsədəuyğun ola bilər. Birləşmiş Krallığın şokolad batonları bazarında Rowntree kompaniyası (indi isveçrə şokolad istehsalçısı Nestle-yə məxsusdur) rəqiblərinin zəif yerlərini aşkarladı. Bazarın lideri Cadbury’s Dairy Milk kompaniyası xammalın dəyərinin yüksəlməsinə cavab olaraq öz məhsulunu kiçiltdi və batoncuqlar daha nazik oldular. Rowntree kompaniyasının müştərilərlə apardığı sorğu göstərdi ki, istehlakçıların əhəmiyyətli hissəsi “daha biçimli” batoncuqlardan narazıdırlar və daha gombul-“canlılar” üçün daha çox pul ödəməyə hazırdılar. Rowntreenin buraxdığı Yorkie məhsulu böyük uğurla satılaraq inkişaf etmiş şokolad batonları bazarının qibtə olunacaq hissəsini ələ keçirdi.
Quruculuq strategiyası, başlanğıcda, xüsusən də iri rəqiblərlə birbaşa ziddiyətin olması güman ediləndə çox xərc apara bilər. Bu strategiyanı qəbul etməzdən öncə, kompaniya gözlənilən hər gəlir üçün öz potensial xərclərini ölçüb biçməlidir.
44