Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış



Yüklə 64,33 Kb.
səhifə16/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   ...   9   10   11   12   13   14   15   16   17
Marketinq strategiyası imtahan sualları

Onlayn marketinq tədqiqatı- Öz mahiyyəti etibarilə İnternet şəbəkəsinin həqiqətən də olduğu “informasiya super magistralı” bazar haqqında informasiyalardan tutmuş müştərilər və rəqiblər haqqında informasiyaya qədər şəbəkədə ucuz və sürətli informasiya yığımını təmin edən çoxlu imkanlara malikdir. Ən ciddi problem mövcud məlumat çoxluğu arasında faktiki istiqamət və daha əsaslı marketinq qərar qəbul edilməsi üçün lazım olan informasiyanın aşkarlanması ola bilər. Bir sıra təşkilatlar bu mənada öz köməyinin təklif edir və bazarın onlayn tədqiqatı üzrə mütəxəssislərin sayı durmadan artır. Məsələn, Forrester Research kompaniyası Ümumdünya hörümçək torunda uyğun informasiyanın diqqətli axtarışı və konkret sənaye sahələrində tədqiqatlar və təmayüllər haqqında mütəmadi hesabatlar nəşr etməklə öz müştərilərinə vaxtında və ən son informasiyaları təqdim etmək üzrə ixtisaslaşıb. Beynəlxalq marketinqdə Böyük Britaniya hökuməti bu yaxınlarda (1999-cu il) Böyük Britaniyadan ixracın irəlilədilməsinə və stimullaşdırılmasına və ölkə iqtisadiyyatına investiya qoyuluşuna məsul olan şöbə yaratdı. British Trade İnternational təşkilatı öz saytı əsasında ixracatçılara ölkələr üzrə, sektor və/və ya predmet əlamətləri üzrə seçilmiş uyğun informasiyanın onlayn axtarışı üzrə xidmət təklif edərək bazar tədqiqatında kömək edir. Ənənəvi marketinq tədqiqatı keyfiyyət və miqdar metodlarından ibarətdir. Keyfiyyət metodlarına məqsədli qrupların sorğusu, dərinləşdirilmiş müsahibə və proyeksiya üsulları, miqdari üsullara isə - sorğu və eksperimentlər aiddir. 49. Yeni məhsulların uğurları və müvəffəqiyyətsizlikləri-Uğurlu yeni məhsullar mövcudlara nisbətən daha yüksək məhsuldardılar; onlar rəqib təkliflə müqayisədə daha yüksək qiymətə malik olmasına baxmayaraq, daha uğurla satılırlar. Uğursuz məhsulların əksəriyyəti – ya qiymət səviyyəsində, yaxud da ondan aşağı dəyərlilik təqdim edənlərdir. Uğurlu məhsullar müştəri üçün əhəmiyyət kəsb edən üstünlüyün təklifidir. Uğursuz məhsullar da məhsuldarlıqla əlaqədar üstünlüyə malikdirlər, lakin, bu müştərilərin az dəyərli hesab etdikləri “əlavə dekorasiya” ilə bağlıdır
Uğurlu yeni məhsullar qiymət və məhsuldarlıqda üstünlüklə yanaşı çox vaxt mövcud məhsullardan kəskin fərqlənən faydalar təqdim edirlər. Misal kimi Psion cib orqanayzerlərini və Linx çap texnologiyasını göstərmək olar.Yeni məhsullar mövcudlarla müqayisədə əhəmiyyətli üstünlüklərə malik olmalıdırlar. Mətbəx və hamam otağı üçün avadanlıq üzrə Spring Ram Corporation, Qrem Huley, Con Sonders, Naycel Pirsi motosikl istehsalı üzrə Honda və fərdi kompüterlərin istehsalı və satışı sferasında ixtisaslaşan Amstrad kimi kompaniyaların uyğun bazarlara kifayət qədər gec çıxaraq uğur qazanmalarına baxmayaraq, həmişə bazara birinci girmək daha yaxşıdır. Novatorluqla bağlı qaçılmaz riskə baxmayaraq, bazarda bazara birinci girmək daha yaxşıdır və bunun bir neçə səbəbi var. İnnovasiyanın tətbiqinin ilkin mərhələlərində yeniliyin dəyərliliyi daha yüksəkdir və bu da maksimal kommunikasiya effekti və alıcılar arasında sınaq alışlarının geniş yayılması imkanı verir. Yeniliyin müəllifi birinci olaraq alıcını ələ alır və deməli, onun ardınca gələn rəqiblər öz bazar mövqelərini təkmilləşdirməli və istehlakçıları öz təchizatçılarını dəyişməyə məcbur etmək üçün daha yaxşı və/və ya daha ucuz şeylər istehsal etməlidirlər.
Yeni məhsulların uğursuzluq tipləri Yeni məhsulların uğursuzluğu necə baş verir? Bu suala cavab verərək biz firmaların yeni məhsulların müxtəlif uğursuzluğundan yaxa qurtarmaq üçün nə etməli olduğunu müəyyənləşdirə bilərik. Yeni məhsulların altı kateqoriyalı iflası var: heç kimə lazım olmayan təkmilləşdirilmiş siçan tələsi; rəqib səddini keçməyə qabil olmayan, liderin məhsuluna anoloji məhsul; rəqiblərin digərlərinə üstün gəlmək qabiliyyəti; ətraf mühitin xüsusiyyətlərini bilməmə; istehsalı tədricən artan məhsul; qiymət böhranı.
50
Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin