Marketinq strategiyası imtahan sualları Marketinq haqqında anlayış



Yüklə 64,33 Kb.
səhifə5/17
tarix26.06.2022
ölçüsü64,33 Kb.
#62326
1   2   3   4   5   6   7   8   9   ...   17
Marketinq strategiyası imtahan sualları

Sosial-mədəni mühit- İqtisadi mühitdə dəyişikliklərlə bərabər marketinqin idarəedilməsinə az təsir göstərməyən sosial münasibətlər və dəyərlərdə (hər halda inkişaf etmiş Qərbdə belədir) də mütəmadi olaraq dəyişikliklər baş verir. Bunu aşağıdakı misallarla sübut etmək olar: Demoqrafik dəyişikliklər Qərbdə “yavaş-yavaş işləyən demoqrafik bomba” artıq müxtəlif müəssisələrə təsir göstərməyə başlayıb. Ümumi həyat səviyyəsinin qalxması ilə orta ömür uzunluğu da artmışdır (Birləşmiş Millətlər Təşkilatının baş katibi Kofi Annanın bildirdiyinə görə son otuz ildə orta ömür uzunluğu 10 ilə qədər artmışdır). Ölüm səviyyəsi bütün yaş qruplarında, xüsusən də yaşlı təbəqədə azalmışdır. Məsələn, Böyük Britaniyada kişilərin orta ömür uzunluğu 1901-ci ildə 48 yaşdan 1961-ci ildə 68 yaşa və 1991-ci ildə 73 yaşa qədər qalxmışdır. Qadınların orta ömür uzunluğu 1901-ci ildə 52 yaşdan 1961-ci ildə 61 yaşa və 1991-ci ildə 78 yaşa qədər artmışdır.

23.Texnoloji mühit- XX əsrin sonu sənayenin bütün sahələri praktiki olaraq texnoloji dəyişikliklərin təsirinə məruz qaldı. Məsələn, mikroprosessor postindustrial dövrün müjdəçisi oldu və ehtimal ki, heç bir digər iotira deyil, məhz o, müasir həyata çox güclü təsir göstərdi. Mikroprossesorlar məlumatların yığılması, onların işlənməsi və yayılmasına inqilabi surətdə təsir etdi. Onlar istehsal texnologiyasında əhəmiyyətli dəyişikliklərə səbəb oldu və texnoloji dəyişikliklərin artım tempini sürətləndirdi. Elmi-tədqiqat fəaliyyətinin müasir presedentsiz səviyyəsi texnoloji proseslər və dəyişikliklərin artım tempinə əhəmiyyətli tövhə vermişlər.
Bütün bunlar yeni ixtiraların kommersiyalaşdırma dövrünün qısalması ilə bağlıdır.
Kommersiyalaşdırma dövrünün belə qısalması öz növbəsində məhsulun həyat tsiklinin də qısalmasına səbəb oldu: indi əvvəlkinə nisbətən daha tez qocalma gedir. Yeni texnologiyalar marketinqin müəyyən sahələrinə güclü təsir göstərir. Mikrokompüterlərin meydana gəlməsi və onların idarəetmə prosesinə geniş tətbiqi bazarın mürəkkəb modelləşdirmə sisteminə marağı artırdı və qərarların qəbuluna müsbət mənada təsir göstərdi. İndi əvvəlkinə nisbətən daha sürətlə daha çox informasiyaları saxlamaq, təhlil etmək və hasil etmək mümkündür.

Yüklə 64,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin